AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə66/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   62   63   64   65   66   67   68   69   ...   151
Zahiri əlamətlər
İzdivacın əsas hədəflərindən biri cinsi ehtiyacın təmin olunması, qadınla kişi arasında ruhi asyişin bərqərar olmasıdır. Nə qədər kişi və qadın təqva, dəyanət və s. müsbət keyfiyyətləri ilə bir-birinə uyuşur, xasiyyətcə bir-irini bəyənirlərsə, zahiri cəhətdən də bir-birinə münasib və uyğun olmalıdır. Bir sözlə, kişi qadın üçün «ideal ər» qadın kişi üçün «ideal qadın» olub-olmamaqlarını özləri müəyyənləşdirməlidirlər.

Bu bairədə məsum İmamlarımızın hədislərində faydalı məsləhətlər və göstərişlər var.

Həzrət Əli (ə) buyurur: «Orta boylu, qarabuğdayı, iri gözlü və mütanasib bədəni olan bir qızla evlənin. Əgər belə izdivacdan peşman olsanız, mehriyyə üçün verdiyiniz pulu ödəməyə hazıram».

Rəsuli-Xuda (s) buyurur: «Gözləri göy və ya yaşıl olan qızlarla evlənin, onlarda xeyir-bərəkət var».

Həzrət Əli (ə) buyurur: «Özü gözəl, yaraşıqlı və əndamı mütanasib olmaq qız üçün ilk xoşbəxtlikdir».

İmam Rza (ə) buyurur: «Kişinin xoşbəxtliyinin nişanələrindən biri budur ki, arvadı gözəl və ağ bədənli olsun».

Bu hədisin mahiyyətinə diqqət yetirdikdə gördük ki, məsum İmamlarımızın və İslam Peyqəmbər (s) qızların digər indivudual xüsusiyyətləri ilə yanaşı, zahiri gözəlliklərini də yüksək qiymətləndirir və bu nişanələri kişinin, həm də qadının özü üçün xoşbəxtliyə yetməyin, xeyir-bərəkətə nail olmağın əsas amilləri kimi səciyyələndirirlər.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin