Rahatlıq və əsəblərin tarazlığı Alimlər yazırlar ki, cinsi instinktin vaxtında və düzgün təmin edilməsi, habelə toxumların mülayim şəkildə ayrılması hər bir adamın orqanizminin sağlamlığı üçün zəruridir. Ondan imtina edilmə bir sıra ruhi və bəzən də cismani xəstəliklərə səbəb olur. Əgər cinsi instinkt vaxtında təbii yolla və düzgün üsullarla təmin edilməzsə, bu bir sıra xəstəliklərin o cümlədən əsəb zəifliyi, iztirab, gərkinlik, acı xəsiyyət, bədbinlik, güşıninşinlik, saralıb-solma, əzginlik, həyacanlanma və bəzəndə mədə xorası, həzmetmə sisteminin pozulması və baş ağrısı kimi xəstəliklərin baş verməsinə gətirib çıxarır. Cinsi instinktin təbii və şəriətlə icazə verilmiş təmin edilmə yolu nigahdır. Bu istiqamətə istifadə olunan digər yollar qeyri-təbii olub, günah və icazə verilmiş qaydalardan kənarlşma hesab edilir. Bu yollar özündən sonra hay-küylü və təhlükəli təsirlərə malik olacaqdır. Buna görə də öz sağlamlığı barədə düşünən hər bir kəs imkan olan kimi nigah etdirməlidirlər.