ATANIN NÜFUZU ÜSTÜNDÜR, YOXSA QIZIN SƏRBƏSTLİYİ?
Allah bütün insanları azad yaratmışdır. Bu qanuna uyğun olaraq əsası və səbəbi olmadan heç bir kəs digərindən üstün deyildir və onun ixtiyarı yoxdur ki, başqasının həyatını təhlükəyə məruz qoysun. Bu xüsusi hətta Peyqəmbərlər, dahi şəxsiyyətlər və onların hamısının sərvəri olan Peyqəmbər (s) də bu ixtiyara malik deyildir. Quran-Kərimdə Peyqəmbər mütləq hakim («Əhzab» sürəsi, ayə 6) adı verilməsinə baxmayaraq o da şəxsi azadlıq hökmünü poza bilməz. Ancaq Allah Quran-Kərimdə bu həqiqəti şərh edib, Peyqəmbərə (s) buyurub: «Sən yalnız müjdə verən və qorxu gətirən və insanlardan üstün də deyilsən» («Faşiyə» sürəsi, ayə 21-22) («Əhzab» sürəsi, ayə 6).
Müqəddəs İslam şəriətində xüsusi adamlara ictimai məsuliyyət və xalq kütlələrinin idarə edilməsində məsləhət xarakterli üstünlük verilmişdir. Ailədə də analar və atalar xüsusi şəraitdə həmin böyüklüyə malikdirlər. Bu böyüklüyün fəlsəfəsi səhvlərin qarşısını almaq, hüquqları bərpa etməkdir. Bu məsləhət xarakterli qanundan sui-istifadə olunarsa, üstünlük də öz-özünə qüvvəsini itirər.
Dostları ilə paylaş: |