Nişan mərasiminə bir neçə sual: 1. Sual: Oğlanla qız nişanlandıqda hicaba nə dərəcədə riayət etməlidirlər?
Cavab: Nişanlı oğlan və nişanlı qız artasında, kəbinlərikəsilməmiş heç bir əlaqəyə yol verilmir və onlar izdivaca girən ana qədər bir-birinə naməhrəmdirlərt. Hətta ləzzət almaq məqsədilə bir-birinə baxmaq və geyimlərində səhlənkarlığa yol vermək caiz deyil.
2. Sual: Nişan və toy məclisində oğlanla qız şəkil çəkdirmək məqsədilə naməhrəmlərin qarşısında vacib sayılan hicaba riayət etməlidirlər?
Cavab: Naməhrəmin müqabilində vacib hicaba hökmən riayət etmək gərəkdir.
Nişan üzüyü Sual:Kişi nişan üzüyü adı ilə platindən (ağ qızıldan) istifadə edə bilərmi? Və namaz qılan vaxtı bu cür üzüyün barmaqda olması caizdirmi?
Cavab: Kişi barmağında ağ qızıl üzüyün olmasının eybi yoxdur. Sarı qızıl üzüyün hökmü ona aid deyil və namaza da xələl gətirmir.