İzdivacın şərtləri
Izdivac zamanı əqdin oxunmsını bir necə şərti vardır:
1. Ehtiyat-vacib odur ki, əqd ərəbcə, oxuna, həm də səhih (düzgün) oxuna. Əgər kişi və qadın «siğə»ni ərəbcə səhih oxuya bilməsələr, onda özlərinə məxsus ləfzlə (əlbəttə ərəbcə) bacardıqları kimi oxusunlar, lakin çalışsınlar ki, «zəvvəctu» və «qəbiltu» kəlmələrini aydın və başa düşüləcək tərzdə tələffüz etsinlər və lazım deyil ki, vəkil tutsunlar.
2. Kişi və ya qadın siğə oxuyarkən qadın deməlidir ki; «zəvvəctukə nəfsi»-niyyəti bu olmalıdır ki, özünü həmin kişinin arvadı qərar versin. Eyni zamanda, kişi deməklə ki, «qəbiltut-təzvicə», -niyyəti, həmin qadını özünə arvad kimi qəbul etmək olmalıdır.
Həmçinin, əgər siğəni kişi və qadınınvəkil tutduqları adamlar oxuyurlarsa; «zəvvəctu» və ya «qəbiltu» dedikdə, niyyətlərini tutsunlar ki, onları vəkil edən kişi və qadının bir-birinə ər-arvadf olsunlar.
3. Siğəni oxuyan şəxs – həddi buluğa çatmış adam olmalıdır, istər özləri üçün oxuyanda, istərsə də, başqaları tərəfindən vəkil tutulanda.
4. Əgər kişi və qadın hər ikisi izdivaca razı olsalar, lakin qadın zahirən, müəyyən səbəblərə görə desə ki, razı deyiləm və məlum olsa ki, qəlbən razıdır – belə halda əqd səhihdir.
5. Əqd (kəbin) oxunarkən, bir hərf də qələt oxunsa (o sürətdə ki, kəlmənin mənası dəyişə bilər) – onda əqd batildir.
6. Əgər bir adam ərəb dilinin xüsusiyyətlərini bilmirsə, lakin qiraəti səhihdirdirsə, əqdin hər bir kəlməsinin ayrı-ayrılıqda mənasını bilirsə, o, kəbin oxuya bilər.
7. Əgər bir qadının, bir kişi ilə razılıqları olmadan evləndirsələr, sonradan qadın və kişi desələr ki, «biz bu izdivaca razılıq» - əqd səhihdir.
8. Əgər kişi ilə qadını, yaxud onlardan birini məcburən evləndirsələr, lakin əqd oxunduqdan sonra desələr ki, bu kəbinə razıyıq – onda əqd səhihdir.
9. Evlənən vaxt kişi və qadın arasında izdivacın şərtlərini poza bilməyən əhd peymanları olsa – o əhdə vəfa etmək hər ikisinə vacibdir.
10. Əgər kişi şərt kəssə ki, evlənəndən sonra arvadını şəhərdən (yaxud yaşadıqları məntəqədən) kənara aparmayacaq – lazımdır ki, o şərtə riayət eləsin.
Dostları ilə paylaş: |