Təhsil proqramının qiymətləndirilməsi prosesinin əsas iştirakçıları aşağıdakılardır:
təhsil proqramı qiymətləndirilən ali təhsil müəssisəsi;
ANİ;
ANİ tərəfindən təşkil olunan ekspert qrupu;
Akkreditasiya Şurası.
Ali təhsil müəssisəsi:
ali təhsil müəssisələrinin və təhsil proqramlarının ... nömrəli Akkreditasiya qaydalarına uyğun olaraq sahə səfərindən ən azı üç ay əvvəl özünütəhlil hesabatını təqdim edir;
əsaslandırılmış yazılı ərizə təqdim edərək ekspertlərin qrupdan çıxarılmasına dair müraciət edə bilər;
ekspert qrupunun sahə səfərinin koordinasiyası və təşkilində iştirak edir;
ANİ, yaxud ekspert qrupunun müraciətinə əsasən təhsil proqramının informasiya dəstəyi/infrastrukturu, o cümlədən kitabxana resursları, materialları və texniki təminatı, yekun tezislər (olduğu təqdirdə), imtahan materialları və digər resurslara çıxış təmin edir;
təmin olunmuş məlumata görə məsuliyyət daşıyır;
sahə səfəri müddətində müvafiq şərait, məkan və avadanlıq təmin edir;
ekspert qrupunun sahə səfəri zamanı özünütəhlil hesabatında təqdim edilmiş məlumatları əsaslandıran sübutları nümayiş etdirir.
Xarici qiymətləndirmə prosedurunun ümumi məsuliyyətini ANİ daşıyır. ANİ:
AST-ə uyğun olan Metodologiya və prosedurlar hazırlayır və fəaliyyətində istifadə edir;
təhsil proqramının normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək üçün təqdim olunan sənədləri nəzərdən keçirir;
təhsil proqramının qiymətləndirilməsi üçün zəruri olan əlavə məlumat, yaxud sənədlərın təmin edilməsinə dair müraciət edə bilər;
sahə səfərinin nəticələrini müzakirə edir;
yekun hesabatı hazırlayır;
ali təhsil müəssisəsinin faktoloji xətalarla bağlı təqdim etdiyi qeydləri nəzərə alır;
razılaşdırılmış son tarixlərə riayət edir.
Akkreditasiya Şurası:
ANİ tərəfindən təqdim edilmiş yekun hesabatı nəzərdən keçirir;
təhsil proqramı qiymətləndirilən ali təhsil müəssisəsinin nümayəndələrinin rəyini dinləyir;
zəruri olduğu təqdirdə, ekspert qrupundan məsləhət alır;
Ali təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qaydalarına əsasən təhsil proqramının akkreditasiya edilməsi, yaxud akkreditasiya edilməməsinə dair qərar qəbul edir.