ANİ ali təhsil müəssisəsini təhsil proqramının akkreditasiya prosedurunun başlaması barədə məlumatlandırır və öz koordinatorunu təyin edir.
|
Ay 0
|
Ali təhsil müəssisəsi üçün ANİ tərəfindən təlim təşkil edilir.
|
Ay 0-1
|
Ali təhsil müəssisəsi özünütəhlil hesabatı hazırlamağa başlayır.
|
Ay 1
|
Ali təhsil müəssisəsi özünütəhlil hesabatının ilkin layihəsini təqdim edir.
|
Ay 3
|
ANİ özünütəhlil hesabatının uyğunluğunu yoxlayır və zəruri olduğu təqdirdə, düzəlişlər edilməsini xahiş edir.
|
Ay 3
|
Müraciət olunduğu təqdirdə, ali təhsil müəssisəsi düzəliş olunmuş özünütəhlil hesabatını təqdim edir.
|
Ay 4
|
ANİ ekspert qrupunu yaradır.
|
Ay 4
|
ANİ ali təhsil müəssisəsini ekspert qrupunun tərkibi barədə məlumatlandırır.
|
Ay 5
|
Ekspert qrupunun ANİ tərəfindən təlimləndirilməsi
|
Ay 5
|
Ekspert qrupunun hazırlıq görüşü
|
Ay 5
|
Sahə səfəri
|
Ay 6
|
Ekspert qrupu qiymətləndirmə hesabatının layihəsini ANİ-ə təqdim edir
|
Ay 7
|
ANİ-nin koordinatoru hesabat layihəsini təhlil edir və müvafiq düzəlişlərin edilməsinə dair müraciət edir
|
Ay 7-8
|
Ekspert qrupu düzəlişlər edilmiş qiymətləndirmə hesabatını ANİ-ə təqdim edir
|
Ay 7-8
|
ANİ qiymətləndirmə hesabatını ali təhsil müəssisəsinə göndərir
|
Ay 8
|
Ali təhsil müəssisəsi faktaloji səhvlərlə bağlı qeydlərini təqdim edə bilər
|
Ay 8-9
|
ANİ qeydləri ekspert qrupuna göndərir
|
Ay 9
|
Ekspert qrupu ali təhsil müəssisəsinin qeydlərinə baxır və yekun hesabatı ANİ-ə təqdim edir
|
Ay 9
|
ANİ yekun hesabatı Akkreditasiya Şurasına təqdim edir
|
Ay 9
|
Akkreditasiya Şurası akkreditasiya qərarı verir
|
Ay 10
|
ANİ akkreditasiya qərarını yekun hesabatla birlikdə ali təhsil müəssisəsinə təqdim edir
|
Ay 10
|
ANİ qiymətləndirmə hesabatını dərc edir
|
Ay 10
|
ANİ ali təhsil müəssisəsi və ekspert qrupundan rəy toplayır
|
Ay 11
|
Ali təhsil müəssisəsi ekspert qrupunun tövsiyələrinin həyata keçirilməsi ilə bağlı planını ANİ-ə təqdim edir
|
Proqram 5 illik müddətə akkreditasiya edilibsə - akkreditasiya qərarından 12 ay sonra
|
Proqram 2 illik müddətə akkreditasiya edilibsə - akkreditasiya qərarından 6 ay sonra
|