Akrobatik gimnastika yarişlarinin



Yüklə 0,6 Mb.
səhifə2/7
tarix21.10.2017
ölçüsü0,6 Mb.
#8218
növüQaydalar
1   2   3   4   5   6   7

BÖLMƏ IV
HAKİMLƏR
Maddə 8: Baş Hakimlər Heyəti


    1. Baş Hakimlər Heyəti aşağıdakı şəxslərdən ibarətdir:




  • Texniki Komitənin Prezidenti

  • Artistizm üzrə 1 ekspert

  • Hərəkətlərin icrası üzrə 1 ekspert

  • Hərəkətlərin çətinliyi üzrə 2 ekspert

  • Artistizm üzrə ekspertin 1 köməkçisi

  • Hərəkətlərin icrası üzrə ekspertin 1 köməkçisi




    1. Beynəlxalq Gimnastika Federasiyasının dünya səviyyəli idman yarışları zamanı Baş Hakimlər Heyəti adətən Akrobatika gimnastikası üzrə Texniki Komitənin üzvlərindən təşkil edilir. Ekspertlər və köməkçilər müəyyən dövr ərzində növbə ilə təyin edilir. Texniki Komitə üzvlərindən hər hansı biri yerində olmasa, onun yerinə Baş Hakimlər Heyətinin üzvü olaraq ən yüksək dərəcəli, 1-ci kateqoriyalı hakimlər arasından bir nəfər seçilə bilər.


Baş Hakimlər Heyəti üzvlərinin hüquqları


    1. Tutduqları vəzifəyə və məsul olduqları sahə üzrə təcrübələrinə görə Baş Hakimlər Heyəti üzvlərinə hörmət göstərilməlidir.


Baş Hakimlər Heyəti üzvlərinin öhdəlikləri

(Maddə 4-də və Texniki Reqlamentin 7.8.1 maddəsində verilənlərə əlavə olaraq)




    1. Baş Hakimlər Heyətinin Texniki Komitədən olan üzvləri BGF formasını geyməlidir. Əvəzedici üzvlər Hakimlər Brıqadalarının Sədrlərinə aid formalar geyməlidir.

    2. Yarışlardan əvvəl hakimlərin kateqoriyalarının uyğunluğunu yoxlayır və tələblərə cavab verməyən hakimlərin fəaliyyətini dayandırır.

    3. Hakimlərin yarışlardan əvvəl, yarış vaxtı və yarışlardan sonra keçirilən toplantılarında iştirak edir.

    4. Hakimlər Brigadası Sədrlərinə və digər hakimlərə, onların öhdəlikləri ilə əlaqədar yarışdan əvvəl və yarış zamanı məsləhətlər verir.

    5. Hakimlər Briqadası Sədrlərinə ölçülərdə olan ciddi dəyişikliklərlə əlaqədar sanksiya tətbiq edilməli olan yarış iştirakçıları haqqında məlumat verir.

    6. Yarış iştirakçılarının çıxışlarının ədalətlə dəyərləndirilməsini təmin edir.

    7. Yarış zamanı yarışa cəlb edilən bütün hakimlərin işini müşahidə edir və onlara nəzarət edir.

    8. Baş Hakimlər Heyətinin nəzarət xallarından və lazım olarsa, video çəkilşlərini nəzərdən keçirərək yarış zamanı və yarışdan sonra hakimlərin verdikləri xalların fasiləsiz təhlilini təmin edir.

    9. Təhlillər zamanı hakimlərin qərarlarında ağır səhvlər aşkarlanarsa ya da bir və ya bir neçə hakimin qərarlarında açıq-aşkar qərəzlilik müşahidə edilərsə, lazımi tədbirləri həyata keçirir. Buraya, xəbərdarlıq etmək və / və ya hakimin səlahiyyətlərinin icrasının dayandırılması daxil ola bilər.

    10. Yarışdan sonra Akrobatika gimnastikası üzrə Texniki Komitənin bütün üzvləri yarış zamanı icra edilən hərəkətlərin bir nümunəsini hakimlik edərək qiymətləndirir. Bu xallar yarış zamanı Baş Hakimlər Heyətinin və hakimlər briqadasının verdiyi xallarla müqayisə edilir.


Baş Hakimlər Heyəti:


    1. Konkret yarış iştirakçısına verilən xalları yoxladıqdan və bütün üzvlər arasında aparılan məsləhətləşmələrdən sonra, ədalətsiz xallarla əlaqədar, hakimlər briqadası sədrləri xalları elan etməmişdən əvvəl tədbirlər görə bilər.

    2. Hərəkətlərin çətinliyi üzrə hakimlərə hərəkətlərin çətinliyinə görə xalların yenidən hesablanması və ya ədalətsiz cərimənin ləğv edilməsi tələbi ilə - hakimlər briqadası sədrlərinin çıxışa görə verdiyi xalların elan edilməsindən əvvəl müraciət edə bilər.

    3. Ciddi ədalətsizlik ola biləcəyini düşünürsə, hakimə Artsitizm və ya İcra etmə qiymətini və ya hakimlər briqadasının sədrlərinə Artsitizm və ya İcra etmə xallarının yenidən nəzərdən keçirilməsi tələbi ilə müraciət edə bilər.

    4. Baş Hakimlər Heyəti ilə Hərəkətlərin icrası üzrə və ya Artistizm üzrə ekspertin verdiyi xallar arasında, ən yüksək nəticələr əldə etmiş 8 idmançı sırasında ədalətsiz dəyişikliklərlə nəticələnə biləcək dərəcədə xeyli fərq olarsa, vəziyyətə müdaxilə edir.

    5. Mübahisəli məsələlərin həlli və hakimlərin ciddi səhvlərini təsdiqləmək məqsədilə rəsmi video yazılara istinad edir.

    6. Xallarla bağlı etiraz meydana gələrsə və hərəkətlərin çətinlik dərəcəsinə görə verilən xallardakı ciddi səhvləri aradan qaldırmaq lazım gələrsə, Baş Hakimlər Heyəti ilə Hakimlər Briqadasının Sədri arasında birbaşa əlaqə yaradır.

    7. Baş Hakimlər Heyəti aşağıdakı hallarda vəziyyətə müdaxilə edir:




  • Hakimlər Briqadasının Sədri Artsitizm, Çətinlik və ya hərəkətlərin İcrası üzrə ədalətsiz xal vermk üzrədir.

  • Hakimlər Briqadasının Sədri düzgün cərimələr təyin etmir.

  • Hakimlər Briqadasının Sədri xallar arasında məqbul hesab edilən dərəcədən xeyli böyük fərqlərlə əlaqədar heç bir tədbir görmür.

  • Çətinlik üzrə hakimlər xallara təsir etmək məqsədilə, vaxtla uyğunlaşmamağa görə verilən cərimələrdən haqsız yerə istifadə edir və ya onları nəzərə almır.

  • Çətinlik üzrə hakimlər xallara təsir etmək məqsədilə Xüsusi Tələblər qaydalarından istifadə edir.

  • Hakimlər, öz federasiyalarına aid olan idmançıların çıxışlarındakı səhvləri nəzərə almayaraq, onların xallarını artırır.

  • Hakimlər yarışlarda rəqib olan tərəflərin birinin xeyrinə digər tərəfin xalını azaldır.

  • Hakimlər xallara təsir etmək məqsədilə səhvlərə göz yumur.

  • Hakimlər yarış iştirakçılarının yarışda tutduğu yerlərin bir pillədən çox yüksəldilməsi üçün xal vermə səlahiyyətindən istifadə edir.

    1. Edilən xəbərdarlığa məhəl qoymayan hakimlərin səlahiyyətlərinin icrası, yarışın axırına qədər dayandırılır. Eyni dövr ərzində (məsələn, hazırkı sənəd 2013 – 2016 illər arasındakı dövrə aiddir) qaydaları eyni şəkildə pozan hakimlərə BGF İntizam Komitəsi sanksiya tətbiq edir.


Baş Hakimlər Heyəti üzvlərinin funksiyaları
Prezident

(Texniki Reqlamentin Maddə 7.9 nəzərdə tutulanlara əlavə olaraq)




    1. Lazım gələrsə, yarış arenasında olan şəxslərin qəbuledilməz hərəkətləri ilə əlaqədar şifahi şəkildə xəbərdarlıq edərək, onların nizam-intizama tabe olmasını təmin edir. Eyni məsələ ilə əlaqədar, BGF İntizam Məcəlləsi və / və ya Əxlaq Etikasına müvafiq olaraq sanksiyada tətbiq oluna bilər.

    2. Digər Baş Hakimlər Heyəti üzvləri ilə birlikdə yarış proqramında göstərilən vaxt və tarixləri yoxlayır və həmin vaxt və tarixləri texniki komandalarla razılaşdırır.

    3. Baş Hakimlər Heyətinin fəaliyyətini istiqamətləndirir.

    4. Yarış zamanı Baş Hakimlər Heyətinin ekspertləri ilə məsləhətləşmələr şəraitində xalların verilməsində yol verilən səhvlərin müəyyən edilməsi məqsədilə bütün xalları yenidən nəzərdən keçirir və səhvən verilən Artistizm, Çətinlik və ya hərəkətlərin İcrası üzrə xalları yenidən nəzərdən keçirir, və Baş Hakimlər Heyəti üzvlərinin eyni məqsədli fəaliyyətini istiqamətləndirir.

    5. Yarış zamanı qərəzli münasibəti aşkarlamaq məqsədilə verilən xalları müşahidə edir və Baş Hakimlər Heyətinin ekspertləri ilə məsləhətləşmələr şəraitində müvafiq tədbirlər həyata keçirir, xalların verilməsinə müdaxilə edir, şifahi xəbərdarlıqlar edir, lazım gələrsə hakimləri dəyişdirir.

    6. IRCOS çəkliş sistemi və ya video kadrlarına istinad edərək arbitr kimi təhqiqat aparır və Baş Hakimlər Heyəti üzvlərindən biri, Hakimlər Briqadasının Sədri və / və ya hərəkətlərin çətinliyi üzrə ekspertlər bir qərara gələ bilmədiyi halda Baş Hakimlər Heyətinin digər üzvləri ilə məsləhətləşmələr aparır.

    7. Əlaqədar federasiyalardan rəsmi etirazın qeydə alınacağını bildirən sənəd kimi etiraz vərəqəsini qəbul edir.

    8. Əlaqədar nümayəndə heyətinin başçısından etiraza səbəb olan hal barədə yazılı hesabat alır.

    9. Etirazın nəzərdən keçirilməsi başa çatdıqdan sonra yazılı olaraq müraciətə cavab verir.

    10. Akrobatika gimnastikası üzrə Texniki Komitəyə İntizam tədbiri və etirazlar barədə bütün informasiyanı əhatə edən hesabatlar təqdim edir.

    11. Hakimlər Briqadasının Sədrinə xalların elan oluna bilməsinə işarə edir.

    12. Düzgün olan xal protokollarını, xalların verilməsinə icazədən və növbəti çıxışlarla əlaqədar əmrin verilməsindən əvvəl imzalayır.


Hərəkətlərin icrası və artistizm üzrə ekspertlər


    1. Yarış müddətində BGF İntizam Məcəlləsi və Etika Qaydaları, habelə BGF fəaliyyət praktikasına əməl olunmasını təmin etmək məqsədilə, Baş Hakimlər Heyətinin Prezidenti ilə birlikdə hərəkətlərin icrası və artistizm üzrə hakimlər kollegiyalarının işinə nəzarət edir.

    2. Yol verilən səhvlərdən daha böyük səhvlərı aşkarlamaq məqsədilə hərəkətlərin icrası və artistizm üzrə verilən xallara və Hakimlər Briqadası Sədrlərinin hərəkətlərinə nəzarət edir.

    3. Artistizm və hərəkətlərin icrası ilə əlaqədar xalların səhvən verilməsinin qarşısını almaq məqsədilə verilən bütün xalları nəzərdən keçirir.

    4. Baş Hakimlər Heyətinin Hərəkətlərin icrası və Artistizm üzrə ekspertləri, Baş Hakimlər Heyətinin Prezidenti ilə məsləhətləşmələr apararaq və onun göstərişlərinə əsasən:




  • Hakimlər Briqadası Sədrinə və ya hakimlərə ciddi hakim səhvinin aradan qaldırılması məqsədilə müraciət edə bilər.

  • Hakimlərin verdikləri xallar qəbul edilən normadan kənara çıxarsa, onun düzgünlüyü bir daha nəzərdən keçirməyi və dəyişməyi tələb edə bilər.

  • Ədalətsiz xal verilmə ehtimalı varsa və ya Etika Qaydaları pozularsa vəziyyətə müdaxilə edir.


Hərəkətlərin çətinlik dərəcəsi üzrə ekspertlər


    1. Yarışlar başa çatmazdan əvvəl Hərəkətlərin çətinlik dərəcəsi üzrə Hakimlərə Tarif Vərəqələrini dəyərləndirməkdə kömək edir və həll edilməyən mübahisəli məsələləri Akrobatika gimnastikası üzrə Texniki Komitəyə göndərir.

    2. Yarışdan əvvəl və ya yarış müddətində hərəkətlərin çətinliyi ilə əlaqədar bütün üzv federasiyalara məlumat xarakterli bülleten vasitəsilə aydınlaşdırılmalı olan bütün məsələləri qeyd edir.

    3. Yarış zamanı, Baş Hakimlər Heyətinin Prezidentinin mülahizə və göstərişinə əsasən




  • Hərəkətlərin çətinlik dərəcəsi üzrə Hakimlərlə birlikdə Baş Hakimlər Heyəti adından etirazlara baxır. Bu, yarış mərhələsinin (təsnifat mərhələsi) sonunda və ya növbəti yarış iştirakçıları öz çıxışlarını (final) nümayiş etdirməzdən əvvəl və ya heç olmasa mükafatlandırma mərasimindən əvvəl həyata keçirilməlidir.

  • Etirazlarla əlaqədar yazılı qərarlar hazırlayır və əlaqədar federasiyaya xəbər verməzdən əvvəl nəzərdən keçirib imzalanması üçün Baş Hakimlər Heyətinin Prezidentinə təqdim edir.




    1. Hərəkətlərin çətinliyi üzrə ekspertlər yarış zamanı aşağıdakıları etməlidir:




  • Hakim briqadalarının işinə nəzarət və ya yarışdan sonrakı təhlillərdə istifadə etmək məqsədilə hərəkətlərin çətinliyi üzrə verilən hər bir xalla bağlı öz hesablamalarını aparmalı.

  • Hakimlər briqadasının sədrinin çətinlik üzrə briqadanın hakimləri arasında həll edə bilməyəcəyi ziddiyyətlər olarsa vəziyyətə müdaxilə edir ki, yekun xal düz olsun.

  • Müdaxilə etmək, etirazlara baxmaq və qərar vermək üçün Baş Hakimlər Heyətinin Prezidentindən icazə alır.


Baş Hakimlər Heyətindəki ekspertlərin köməkçiləri


    1. Baş Hakimlər Heyətinin hərəkətlərin icrası və Artistizm üzrə ekspert köməkçiləri aşağıdakıları icra etməlidir:

  • Hakimlərin işinə nəzarət və yarışlardan sonra təhlil aparmaq məqsədilə nümayiş etdirilən bütün çıxışlara verilən xalları qeyd edir.

  • Baş Hakimlər Heyətinin ekspertinə, icra edilən hərəkətdən ciddi şəkildə fərqlənən xallar barədə məlumat verir.

  • Baş Hakimlər Heyətinin Prezidenti və ekspertləri tərəfindən verilən tapşırıqları icra edir.


Maddə 9: Hakimlər Briqadasının tərkibi


    1. Akrobatika gimnastikasına aid yarışlarda iştirak edən hakimlər briqadasının tərkibinə aşağıdakı şəxslər daxil olur:

  • Hakimlər Briqadasının Sədri (CJP)

  • Hərəkətlərin çətinlik dərəcəsi üzrə 2 hakim (DJ)

  • Hərəkətlərin icrası üzrə 4 hakim (EJ)

  • Artistizm üzrə 4 hakim (AJ)

  • 1 xətt hakimi (məcburi deyil) (LJ)

  • Vaxtın ölçülməsi üzrə 1 hakim (məcburi deyil) (TJ)




    1. Konkret yarış mərhələləri ilə əlaqədar hakimlərin təyinatı və seçilməsi prosedurunun təfərrüatları Akrobatika gimnastikası üzrə Xüsusi Hakimlik Qaydalarının 7-ci maddəsində verilmişdir.

    2. Hakimlər kifayət qədər olarsa, kollegiyalara daxil edilməyən hakimlər arasından xətt hakimləri və vaxtın ölçülməsi üzrə hakimlər də seçilə bilər.

    3. Yarışlara 2 hakim təqdim etməsinə icazə verilən federasiyalar, həmin hakimlərin birini, mümkün olarsa, Hərəkətlərin icrası üzrə hakim, digərini isə Artistizm üzrə hakim kimi təyin edə bilsə də, BGF yarışlarında iştirak edən bütün hakimlər həm Hərəkətlərin icrası üzrə həm də Artistizm üzrə hakim kimi fəaliyyət göstərməyə hazır olmalıdır.

    4. Yarışlara yalnız 1 hakim təqdim etməsinə icazə verilən federasiyaların hakimi, briqadalarda aparılan püşkatma vasitəsilə Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakim, Hərəkətlərin icrası üzrə və / və ya Artistizm üzrə hakim seçilə bilər.

    5. Akrobatika gimnastikası üzrə hakimlər hər hansı bir rəsmi dildə ünsiyyət qura bilmək imkanına malik olmalıdır. Yarış arenasında, qabaqcadan müəyyən edilmiş yerlərdə tərcüməçilər olmalıdır ki, ehtiyac olan hallarda onların köməyindən asanlıqla istifadə etmək mümkün olsun.


Maddə 10: Hakimlərin hüquq və öhdəlikləri
Hakimlərin hüquqları


    1. Bütün hakimlər, fəaliyyətlərinin BGF Etika Qaydaları və İntizam Məcəlləsinə və digər qaydalara uyğun olması şərti ilə, məsul olduqları sahələrdəki bilik və təcrübələrinə görə hörmət görmək hüququna malikdir.


Hakimlərin yarışlardan əvvəlki öhdəlikləri


    1. BGF etibarlı olan hakimlik kateqoriyasına sahib olmalı, bütün BGF yarışlarında, qitə və dünya miqyaslı yarışlarda onu və qeydiyyat kitabçasının Baş Hakimlər Heyətinin təftişi və imzalaması üçün təqdim etməlidir.

    2. Hazırkı Qaydaları, Texniki Reqlamenti, Hakimlik və Etika Qaydaları və İntizam Məcəlləsini əvvəlcədən oxuyub öyrənərək tədbirin keçiriləcəyi yerə gəlməzdən əvvəl artıq yarışa hazır olmalıdır.

    3. Yarışlara təqdim edilməzdən əvvəl öz ölkələrinin məşqçilərinə, milli federasiyalarının Tarif Vərəqələrini yoxlamağa kömək etməlidir.

    4. Hərəkətlərlə əlaqədar qeydlər aparmaq üçün yarışlara sənədlər və ya proforma gətirməlidir.

    5. Yarışdan əvvəl, yarış zamanı və ya yarışdan sonra keçirilməsi əvvəlcədən nəzərdə tutulmuş bütün seminarlarda, hakimliyə aid praktiki məşğələlərdə və təlimat toplantılarında iştirak etməlidir. Bu tədbirlərdə iştirak etməyən hakimlər, üzrlü səbəblərlə əlaqədar Baş Hakimlər Heyətinin razılığının alındığı hallar istisna olmaqla, hakimlik səlahiyyətlərinin icrasının dayandırılması ilə nəticələnə bilər.


Hakimlərin yarış zamanı öhdəlikləri


    1. Hakim andından (Texniki Normalar, Maddə 7.12.1) xəbərdar olmalı, bu andda qeyd edilən dəyərlərə hörmət etməli, açılış mərasimində həmin andın rəsmən oxunmasında iştirak etməlidir.

    2. Texniki Reqlamentə, hazırkı Qaydalara, Hakimlik Qaydalarına və Hakim andına ciddi əməl etməlidir. Yuxarıda sadalananlara əməl edilməməsi Baş Hakimlər Heyətinin Prezidentinin Hakimlər Briqadasının Sədri vasitəsilə verilən şifahi xəbərdarlığı ilə nəticələnə bilər. Eyni yarışda və ya eyni dövr ərzində keçirilən sonrakı yarışlarda qayda və normaları ikinci dəfə pozan hakimə BGF Hakimlik Qaydalarının müddəaları, Etika Qaydaları və İntizam Məcəlləsinə əsasən cərimə tədbiri tətbiq edilir.

    3. Rəsmi forma geyməlidir. Düzgün formada olmayan hakimlərə hakimlik qadağan edilir.

    4. Yarış zamanı burada sadalananlardan başqa öz üzərinə öhdəlik götürməməlidir.

    5. İsinmə hərəkətləri və yarış zamanı məşqçilər və ya idmançılarla əlaqə qurmamalıdır. Belə əlaqənin aşkar edilməsi əlaqədar yarış mərhələsindən hakimin azad edilməsi və rəsmi xəbərdarlıq alması ilə nəticələnir.

    6. Baş Hakimlər Heyətinin və Hakimlər Briqadasının Sədrinin bütün göstərişlərinə əməl etməlidir.

    7. Hakimlik vəzifəsini vaxtlı-vaxtında icra edə bilmək üçün həmişə öz yerində olmalı, öz yerini tərk etməməli, digər hakimlərlə, tamaşaçılarla, məşqçilərlə və ya idmançılarla danışmamalı, onlara hər hansı bir şəkildə işarət verməməlidir. Bu maddəyə əməl etməyən hakimlərə dərhal xəbərdarlıq edilir və ya onlara qarşı sanksiyalar tətbiq edilir.

    8. Hərəkətlərin necə qiymətləndirilməsi haqda yazılı qeydlər aparmaq, o cümlədən bu qeydləri qısa şərti işarələrdən (hazırkı sənədə Əlavə 4) istifadə edərək aparmaq. Qeydlər, tələb edilərsə Hakimlər Briqadasının Sədrinə ya da Baş Hakimlər Heyətinə təqdim edilir.

  • Qeydlər, hakimlərin və ya hakimlər briqadasının verdiyi xalla Baş Hakimlər Heyəti ekspertlərinin verdiyi xallar arasında ciddi fərq olarsa və yarışdan sonra yarışın təhlilinə kömək kimi tələb edilir.

  • Ədalətsiz xal verən hakimlər, öz xallarını əsaslandıra bilməsə, onlara qarşı, qayda və normaların pozulmasının ciddiliyindən asılı olaraq xəbərdarlıq edilə ya da sanksiyalar tətbiq edilə bilər.




    1. Çıxış başa çatdıqdan dərhal sonra bütün xalları qeyd etmək.




  • Hakimlər Briqadası Sədrinin icazə verdiyi hallar istisna olmaqla, hakimlər, qeydə alınan xallarını dəyişdirə bilməz (Bütün dəyişikliklər Hakimlər Brigadasının Sədri tərəfindən qeyd edilir və yarış sonrası təhlillərdə istifadə edilir).

  • Xalların qeydə alınmasında səhv aşkarlanarsa, onların yenidən nəzərdən keçirilməsi tələb edilə və dəyişdirilməsi üçün icazə verilə bilər.

    1. Yarışın hər hansı bir mərhələsi başa çatdıqdan sonra və mükafatlandırma mərasimi zamanı, Prezident və ya Baş Hakimlər Heyəti tərk etməsi barədə göstəriş verənə qədər hakimlik vəzifəsini icra etdiyi yerdə qalır.


Maddə 11: Hakimlər Briqadalarının Sədrləri


    1. Hakimlər Briqadalarının Sədrinin təyinat qaydası Akrobatika gimnastikası üzrə Xüsusi Qaydalarda (Maddə 7) verilmişdir.

    2. Hakimlər Briqadasının Sədrinin vəzifəyə təyin edilməsi xəbəri Akrobatika gimnastikası üzrə Texniki Komitənin Prezidenti tərəfindən BGF Katibliyi vasitəsilə üzv ölkə federasiyalarına və əlaqədar təşkilatçı komitəyə göndərilir.

    3. Hakimlər Briqadasının Sədrləri tutduqları vəzifəyə və məsul olduqları sahəyə aid bilik və təcrübələrinə görə hörmət edilmək hüququna malikdir.

    4. Sədrlər həmişə nəzakətli rəftar etməli, BGF Əxlaq və İnzibati Məcəllələrinə əməl etməlidir.

    5. Baş Hakimlər Heyətinin göstərişlərinə əməl etməlidir.

    6. Hakimlər Briqadasının Sədrləri yarış müddətində briqadanın hakimlik fəaliyyətini idarə edir və nəzarət altında saxlayır. Yarışın kateqoriyasından asılı olaraq briqadanın tərkibi dəyişir. Hakimlər Briqadasının Sədrləri 5 akrobatika növü üzrə hakimlik edə bilməlidir.

    7. BGF yarışında kifayət sayda hakim olarsa, Sədrlərə kömək məqsədilə hərəkətlərin müddətini qeyd edən Vaxt hakimi və ya çıxış zamanı idmançıların yarış xalçasının kənar xətlərinin üzərindən keçdiyi hallarda bayraq qaldıran Xətt hakimi təyin edilə bilər.


Hakimlər Briqadasının Sədrinin yarışdan əvvəlki öhdəlikləri


    1. Hazırkı Qaydaları, Hakimlik Qaydalarını, Nizamnamə və əlaqədar Texniki Reqlamenti öyrənməlidir.

    2. Yarış zamanı icra ediləcək hərəkətlərin Tarif Vərəqələlərinin dəqiqliyini yoxlayan hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərin fəaliyyətini təşkil edir, nəzarət altında saxlayır və istiqamətləndirir.

    3. Hərəkətlərin çətinliyi üzrə hakimlərin yarışın başlamasından 8 saat əvvəl artıq tarif vərəqələrini yoxlayıb tamamlanmasını təmin edir.

    4. Tarif Vərəqələrinin yarışın ardıcıllığına uyğun olmasını, surətlərinin çıxarılaraq müvafiq şəxslərə paylanmasını təmin edir.

    5. Baş Hakimlər Heyətinə yarış əvvəli, hazırlıq mərhələsində meydana gələn və həll edilməsi lazım olan məsələlər barədə məlumat verir.


Hakimlər Briqadasının Sədrinin yarış zamanı öhdəlikləri


    1. Səs sistemində nasazlıq olarsa (cərimə vermədən) və ya musiqi düzgün vaxtda başlamasa (cərimə təbiq edərək və ya etmədən) Hakimlər Briqadasının Sədri hərəkətlərin icrasının dayandırılmasına və yenidən başladılmasına icazə verə bilər.


Hakimlər Briqadasının Sədri aşağıdakıları etməlidir:


    1. Maddə 14.2 haqqında bəhs edilən Sədr formasını geyməlidir.

    2. Yarış meydançasına yarışın növbəti mərhələsi və ya mükafatlandırma mərasimi üçün daxil olan Hakimlər Briqadasını toplayır və Prezidentin və ya Baş Hakimlər Heyətinin göstərişindən sonra hakimlərə, nizam-intizamla yarış meydançasını tərk etmələri üçün işarə verir.

    3. İdmançılara yarış meydançasına girmək və hərəkətlərini icra etməyə başlamaları üçün işarət verir.

    4. Qısa şərti işarələr vasitəsilə icra edilən hərəkətlər barədə qeydlər aparır.

    5. Hərəkətin müddətini və idmançıların meydança kənarına çıxışlarını qeyd edir (Vaxt və Xətt hakimləri bu işdə ona yardım edə bilər).

    6. Maddələrinə 46.2 və 48.2 uyğun olaraq idmançıların topladığı xallaraın cəminə cərimə (xaldan çıxma) tətbiq edir.

    7. Hakimlərin idmançılara verdiyi xalları qəbul edir, hakimlərin verdikləri xalların bir-birindən və yol verilən səhvlərdən nə qədər fərqləndiyini yoxlayır və ədalətsizliyə yol verməmək üçün lazım olan tədbirləri həyata keçirir.

    8. Xalların hesablanmasında və ya qeyd edilməsində olan səhvləri göstərmək üçün ayağa qalxan hakimlərə cavab verir.

    9. Aşağıdakı hallarda verdiyi xalı yenidən nəzərdən keçirməsi üçün hakimlərə müraciət edərək vəziyyətə müdaxilə edir:




  • Hakimlərdən biri elektron sistemdə həqiqətə uyğun olmayan xal qeyd etmişdir.

  • Hərəkətlər icra edilərkən baş verən və ya baş verməyən ciddi səhvlərə görə həqiqətə uyğun olmayan Artistizm, Çətinlik və ya hərəkətin İcrası üzrə xal verilmişdir.

  • Hərəkətlərin icrası və ya Artistizm üzrə hakimlərin verdiyi xallar arasında yol verilən fərq normalarından daha böyük fərqlər var.

  • Hərəkətlərın çətinlik dərəcəsi üzrə hakimlər 46.2 və 48.2 bəndlərinə uyğun olaraq idmançıların topladığı yekun xallara cərimə tətbiq etmir.




    1. Əlavə olaraq, Hakimlər Briqadasının Sədri aşağıdakı hallarda vəziyyətə müdaxilə edir:




  • Xətt hakimi idmançının meydançadan kənara çıxdığını görməmişdir

  • Vaxt hakimi hərəkətin icra edildiyi müddəti səhv qeyd etmişdir.




    1. Yarış iştirakçısının sağlamlığı üçün ciddi təhlükə törədən hərəkətinı dayandırır.

    2. Ciddi problem olmasa və kifayət qədər vaxt olsa, növbəti idmançının çıxışına qədər xallarla əlaqədar yaranan problemləri həll edir. Həmin problemləri həll etmək mümkün olmasa:




  • Hakimlər Briqadasının Sədri ilkin müvəqqəti verilməsini tələb edir

  • Hakimlər Briqadasının Sədri Baş Hakimlər Heyətinin Prezidentinə, əlaqədar yarış mərhələsinin sonunda və mükafatlandırma mərasimindən əvvəl tədbir görmək lazım olduğunu bildirir.

    1. Baş Hakimlər Heyəti məntiqəuyğun hesab edərsə, Artistizm, İcra, Çətinlik üzrə xallarını, yekun xalı və cərimələri ictimaiyyətə açıqlayır və ya müvafiq araşdırma aparılması üçün əlavə vaxt lazım olarsa, müvəqqəti xal verilməsini tələb edir.

    2. Baş Hakimlər Heyəti Çətinlik xalı ilə əlaqədar araşdırmanın davam etdiyi barədə Hakimlər Briqadasının Sədrinə məlumat verir. Əgər belə bir araşdırma aparılırsa, Hakimlər Briqadasının Sədri:




  • Hərəkətin çətinlik dərəcəsi üzrə hakimlərlə məsləhətləşmələr aparır və onlardan verdikləri xalları əsaslandırmağı tələb edir.

  • Öz qeydlərini yoxladıqdan sonra, problemin həlli üçün hərəkətin Çətinliyi üzrə hakimlərlə birgə işləyir.

  • Problemin həlli tapılmasa Baş Hakimlər Heyətinin Hərəkətin çətinliyi üzrə ekspertinə xəbər verir. Hakimlik və Etika Qaydaları və uyğun olaraq yarış zamanı problemin həlli üçün müvafiq tədbirlər həyata keçirilir və yarışdan sonra ətraflı araşdırma aparılır.

    1. Baş Hakimlər Heyətinin Prezidenti yekun xalları imzalamamışdan əvvəl yarış protokollarının düzgünlüyünü yoxlayır.

    2. Hər yarış gününün sonunda Baş Hakimlər Heyətinə verilən xallarda dəyişikliklərə səbəb olan müdaxilələr barədə yazılı hesabat təqdim edir.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin