Akrobatik gimnastika yarişlarinin


Maddə 33: Musiqinin seçilməsi və interpretasiyası



Yüklə 0,6 Mb.
səhifə5/7
tarix21.10.2017
ölçüsü0,6 Mb.
#8218
növüQaydalar
1   2   3   4   5   6   7

Maddə 33: Musiqinin seçilməsi və interpretasiyası


    1. Musiqi gimnastların yaşına, qabiliyyətinə və yarışya uyğun olmalıdır.

    2. Düzgün seçilmiş musiqi hərəkətinin quruluşunu, ritmini və mövzusunu formalaşdırılmağa kömək edir.

    3. Müşayiət edən musiqinin ritminə və tonuna məntiqi və estetik cəhətdən uyğunlaşdırılmaq üçün bütün hərəkətlərə xoreoqrafik quruluş verilməlidir.

    4. Çıxışın gedişi zamanı xoreoqrafiya ilə çətin hərəkətlərin ritm cəhətdən uyğunsuzluğu olmamalıdır. Pauzalar məntiqi olmalı, hərəkətin gedişini pozmamalıdır.

    5. Cütlük və qruplar əhval-ruhiyyələri, üz ifadələri və bədən hərəkətləri ilə musiqinin emosional ruhunu ifadə edə bilməlidir.

    6. Tərəf müqabilləri arasında aydın hiss edilən, onların birgə işləmək və öz partnyorlarının nailiyyətlərini işıqlandırmaq qabiliyyətləri ilə ifadə edilən bir münasibət olmalıdır.


Maddə 34: Gimnastların bədən çəkisi və yaşı


    1. Gimnastlar bədən çəkiləri, boyları və yaşları baxımından bir-birinə uyğun olmalıdır.

    2. İki partnyor idmançı arasında xeyli yaş fərqi olan, böyüklərlə uşaqlardan təşkil edilən ortaqlıqlar Artistizm üzrə hakimlər tərəfindən cərimələndıirilıir.

    3. Bədən çəkiləri və ya bədən tipləri (somatotip) arasındakı əhəmiyyətli fərqlər də Artistizm üzrə ekspertlər tərəfindən nəzərdən keçirilir və Artistizm qaydalarına uyğun olaraq cərimə tətbiq edilir.

    4. Gimnastların boyunda olan əhəmiyyətli fərqlərə görə Hakimlər Briqadasının Sədri cərimə tətbiq edə bilər (Əlavə 1).


Maddə 35: Hazırlıq


    1. Tərəf müqabillərinin texniki hazırlıqları eyni olmalıdır. Bütün tərəf müqabilləri girdikləri yarış səviyyəsinə uyğun texniki hazırlığa malik olmalıdır. Texniki hazırlıq səviyyəsində fərqlərə görə, səhvlər cədvəlinə uyğun olaraq cərimə verilir. Bu prinsip cütlüklər, qruplar tərəfindən icra edilən, fərdi icra edilən hərəkətlərin, xoreoqrafiya və rəqs elementlərinin hamısına şamil edilir.

    2. Akrobatika gimnastlarının yüksək fiziki hazırlığa malik olduğu hesab edilir. Zəif hazırlıq səviyyəsi (məsələn, lazımi əzələ tonusunun olmaması, bədən elastikliyinin kifayət dərəcədə olmaması) və çəki ilə əlaqədar problemlərə görə Artistizm üzrə hakimlər səhvlər cədvəlinə uyğun olaraq cərimə tətbiq edir.


Maddə 36: Boy fərqi


    1. Artistizm və bədii göstəricilərə aid olan bu cəhət Hakimlər Briqadasının Sədri tərəfindən nəzərdən keçirilir.

    2. Partnyor idmançılar arasında boy fərqi estetik cəhətdən məntiqli olmalıdır.

    3. Yarış iştirakçılarının boyları antropometriya mütəxəssisləri tərəfindən, nümayəndə heyətinin başçısı və ya məşqçinin iştirakı ilə, Əlavədə 1 təsvir edilən prosedura əsasında, yarışdan əvvəl ölçülür. Etirazlar olması gözlənilən bütün ölçülərin götürülməsində Akrobatika gimnastikası üzrə Texniki Komitənin ən az bir üzvü iştirak etməlidir. Düzgün ölçmədən yayınmaq cəhdi barədə şübhələr olarsa, Prezident daxil olmaqla Baş Hakimlər Heyətinin 3 üzvü ölçülərin götürülməsində iştirak etməlidir.

    4. Partnyor idmançılar arasında, onlardan birinin digərinin döş sümüyü üzərindəki çökəkliyindən 1 santimetrdən az hündür olduğu boy fərqinə görə Hakimlər Briqadasının Sədri tərəfindən 0.5 xal, bir partnyor idmançınin boyunun digərinin döş sümüyü üzərindəki çökəkliyinin hündürlüyündən az olduğu hallarda isə 1.0 xal çıxılır.


Maddə 37: Təqdimat


    1. Artistizmin bu cəhəti Hakimlər Briqadasının Sədri tərəfindən nəzərdən keçirilir.

    2. Cütlük və qruplar yarış meydançasında artistizm nümayiş etdirərək, musiqi ilə müşayiət edilmədən və xoreoqrafiyasız gələrək başlanğıc vəziyyəti alır və bu başlanğıc vəziyyət çətin elementlərin icrasına hazırlıq mərhələsinə aid vəziyyət olmaya bilər.

    3. İdmançılar başlanğıc vəziyyəti almazdan əvvəl və hərəkət başa catdıqdan sonra meydançanı tərk etməzdən əvvəl tamaşaçılar və hakimlərə özünü təqdim etməlidir. Hərəkət tamaşaçılar üçün icra edilir.

    4. Hərəkətlərin başlanğıcı, ortası və sonu aydın ifadə edilməlidir. Hərəkət, musiqinin başa çatdığı anda bitməli, idmançı sabit duruşa keçməlidir. Həmin sabit duruş, çıxılması və ya aşağı enmək lazım olmayan çətin element olmamalıdır. Hərəkət idmançı sonuncu pozanı alana qədər davam edir.

    5. Hərəkətin icrasını asanlaşdırmaq məqsədilə xalçada işarələr qoymaq qadağandır.

    6. İdmançılar hərəkətləri məşqçilərin köməyi və ya fiziki kömək əsasında icra etməməlidir.

    7. Yarış meydançasında həmişə əsl idmançı kimi hərəkət etmək lazımdır.


Maddə 38: Yarış iştirakçılarının geydiyi kostyum, aksesuarlar və köməkçi vasitələr


    1. Artistizmin bu cəhəti Hakimlər Briqadasının Sədri tərəfindən nəzərdən keçirilir (Maddə 48.2).

    2. Yarış iştirakçılarının geydiyi kostyum, aksesuarlar və köməkçi vasitələr Hakimlər Briqadasının Sədri tərəfindən seçilir. Bunlar dizayn cəhətdən gimnastikaya uyğun olmalıdır. Kostyum zərif, gözəl olmalı, çıxışı artistizm cəhətdən tamamlamalı, eyni zamanda diqqəti gimnastlardan yayındırmamalı, hərəkətin icrası zamanı düzəldilməsinə ehtiyac olmamalıdır.

    3. Partnyor idmançılar eyni ya da bir-birini tamamlayan kostyumlar geyməlidir.

    4. Qadın və qızlar leotard (triko, akrobatın çıxış kostyumu), unitard (legginsli triko) və ya yubkalı leotard geyə bilər. Tayt (balet trikosu) geyməyə də icazə verilir. Leotardlar qollu və ya qolsuz ola bilsə də, dar kəmərli rəqs leotardları geyməyə icazə verilmir.

    5. Yubkalar leotardın, taytın və ya unitardın çanaq sümüyünə təsadüf edən hissəsini örtsə də, daha aşağıya qədər uzanmamalıdır. Yubkanın stilini (kəsik və ya bəzəkli) idmançılar özü seçə bilər. İstənilən halda yubka atletin çanaq hissəsini örtməlidir (“ballet tutu” stilində xarici görünüşə icazə verilmir). Yubka leotarda tikilmiş olmalıdır.

    6. Kişi və oğlanlar leotard və ya gimnast köynəyi ilə şortiklərdə ya da uzun gimnast şalvarında çıxış edə bilər. Kombinezon kimi tək hissədən ibarət kostyum və ya leotard geyməyə icazə verilir.

    7. Tünd rəngli şalvar, unitard və ya taytları, çanaq hissəsindən topuğa qədər açıq rəngli naxış və ya xətt olarsa, geyməyə icazə verilir. Paltarın ayaq hissələrinin uzunluqları və rəngləri hər iki ayaqda eyni olmalıdır. Naxışlar fərqli ola bilər.

    8. Atletlərin təhlükəsizliyini təmin etmək məqsədilə boş duran paltar, irəli çıxan, qalxan əlavələr və aksesuarlara icazə verilmir. Qadın və kişilərin geydiyi bütün kostyumlar kip oturmalıdır ki, hakimlər bədən xətlərini dəyərləndirə bilsin.

    9. Bütün kostyumlar əxlaqa zidd olmamalı, alt paltarları münasib olmalıdır. Leotardların ayaq hissələrinin kəsiyi çanaq sümüyünün üst hissəsindən yuxarı qalxmamalı, sinədəki açıq yeri döş sümüyünün ortasına qədər, arxa tərəfdə isə kürəklərin aşağısına qədər davam etməlidir. Bədəni örtən krujevalı və şəffaf materialın xətləri aydın seçilməlidir.

    10. Kostyumların provokasiya xarakterli, çimərlik paltarı şəklində, simvollarla bəzədilmiş və ya fotoşəkil həkk edilmiş olmamalıdır.

    11. İdmançılar ayaqqabı ilə və ya ayaqqabısız çıxış edə bilər. Ayaqqabı təmiz və təzə olmalıdır.

    12. Yarış iştirakçısının mənsub olduğu ölkənin gerbi onun kostyumunda aydın görünməlidir. Gerb kostyumun parçasına tikilə bilər və ya onun dizaynının bir hissəsi ola bilər.

    13. Reklam BGF Reklam və İctimaiyyətə Açıqlıq Qaydalarına əsasən aparılmalıdır.

    14. Kostyumlarla əlaqədar tələblərin yerinə yetirilməməsi Hakimlər Briqadasının Sədri tərəfindən cərimə verilməsi ilə nəticələnə bilər.


Aksesuarlar və köməkçi vasitələr


    1. Zərgərlik əşyaları, o cümlədən sırğalar və mismar tipli sırğalar, boyunbağılar, üzüklər, bilərziklər, topuq bilərzikləri, burun və göbəyə taxılan əşyalar qadağan edilir.

    2. Parıldayan bəzək əşyaları, daşlar, kəmərbəndlər və krujevalar ya kostyumun bir hissəsi olmalı ya da möhkəm bərkidilməlidir və sadalananlardan qaynaqlanan zədələr üçün ancaq idmançı özü və ya məşqçisi məsuliyyət daşıyır.

    3. Saç sancaqları, düyünlər və lentlər möhkəm taxılmalıdır. Ənənəvi saç aksesuarlarından (məs. diadema, lələk və ya çiçəklər) istifadə qadağandır.

    4. Sifətin rənglənməsi qadağandır; makiyaj sadə olmalı, teatr xarakterini (heyvan və ya insan) canlandırmamalıdır.

    5. Kəmər kimi hərəkət elementlərinin icrasını asanlaşdıran vasitələrdən istifadə edilməsinə icazə verilmir.

    6. Yuxarıda sadalanan şərtlərə əməl edilməməsi Hakimlər Briqadasının Sədri tərəfindən cərimə tətbiq edilməsi ilə nəticələnə bilər.


BÖLMƏ VII
HƏRƏKƏTLƏRİN İCRASI VƏ İFA TEXNİKASI
Maddə 39: Hərəkətlərin icrası və texniki xüsusiyyətlər
Ümumi prinsiplər


    1. Hərəkətlərin icrası hərəkətin texniki xarakteristikaları ilə əlaqəlidir (istifadə edilən texnika ilə deyil).

    2. Bütün hərəkətlər ideal çıxış meyarlarına yaxınlaşmağa əsasən dəyərləndirilir (Maddə 50).

    3. Hərəkətlərin icrası üzrə hakimlər icra edilən hər bir elementin amplitudasına və texniki cəhətdən düzgünlüyünə nəzər salır. Buraya bədənin gərilərək uzanması, bədənin möhkəmliyi, hərəkətin tam icra edilə bilməsi, yəni elementin icrası zamanı məkandan nə dərəcədə istifadə edildiyini göstərən cəhətlər daxildir.

    4. Bədənin forması və xətləri də, o cümlədən bucaq altında dönmələrin, məşqçilər və hakimlərin razılaşdırdığı meyarlara əsasən dəqiqliyi də nəzərdən keçirilir.

    5. İcra texnikasının effektivliyi elementin icrasına nə dərəcədə yumşaq başlanması, hərəkətsiz duruşlar zamanı müvazinətin saxlanması, duruşlardan dəqiq çıxış və aşağı enmə, akrobatika elementlərinin axarı, özünə əminliklə tullanmaq, havada hərəkət edən idmançıları tutmaq və itələmək qabiliyyəti əsasında dəyərləndirilir. Dinamik elementlər zamanı idmançılar havada mümkün olan ən uzaq məsafələrə uçmalıdır.




    1. Qiymətləndirmə meyarları




  • Elementlərin icrasına giriş və elementlərdən çıxışların effektivliyi və məntiqi

  • İcra texnikasının effektivliyi

  • Bədən formasının və xətlərinin düzgünlüyü

  • Cütlük və qruplar tərəfindən icra edilən və fərdi elementlərin hərəkətlərinin amplitudası: tarazlıq hərəkəti elementlərin icrası zamanı bədənin maksimal gərilməsi və dinamik hərəkətlər zamanı idmançıların maksimal uçuşları

  • Hərəkətsiz elementlərin stabilliyi

  • Özünə əminliklə havada idmançıların tutulması, itələnməsi və atılması

  • Xalçaya enərkən səhvə yol verməmək.


BÖLMƏ VIII
HƏRƏKƏTLƏRIN ÇƏTİNLİYİ
Maddə 40: Hərəkətlərın çətinliyi


    1. Hərəkətlərın çətinliyi onun tərkibinə daxil olan elementlər nəzərdən keçirilərək müəyyən edilir.

    2. Çətinlik xalları ancaq icra edilən hərəkət üçün xarakterik olan, cütlük, qrup və ya fərdi icra edilən elementlərə görə verilir.

    3. Cütlük, qrup və ya da fərdi icra edilən elementlərin çətinlik dərəcələri BGF Akrobatika gimnastikası üzrə ayrıca dərc edilən Hərəkətlərın Çətinliyi Dərəcələri Cədvəlində verilir.

    4. Böyük yaşlı idmançılar tərəfindən icra edilən elementlərin çətinlik səviyyəsinin limiti yoxdur. Yüksək riskli elementlərin icrası, Səhvlər Cədvəlinə əsasən cərimələndirilən hərəkətin pis icrasına bəraət qazandıra bilməz.

    5. Kiçik yaşlı idmançıların çıxışları üçün müəyyən edilən çətinlik dərəcəsi maksimal Çətinlik xalı olan 10.00 – dan 20 vahid çox olan çətinlik dəyəri ilə məhdudlaşır. Bu dəyərdən daha yüksək çətinlikdə elementin icrası 1.0 cərimə xalı tətbiq edilməsi ilə nəticələnə bilər (Yaş qrupları üzrə dünya oyunlarının yarışları üçün xüsusi qaydalara bax).

    6. Çətinlik xalı ancaq Çətinlik Dərəcələri Cədvəlində göstərilən və icra edilən elementlərə görə verilir. Bu elementlər Çətinlik Dərəcələri Cədvəllərindən seçilməlidir. Əvvəlcədən bəyan edilməyən elementlər üçün Çətinlik xalı verilmir. Lakin, əvvəlcədən bəyan edilən elementlərin yerinə icra edilən digər elementlərin icrası, onlara aid Çətinlik xalı ən az 1 olarsa, xüsusi tələblərin yerinə yetirilməsini təmin edir.

    7. Qarışıq hərəkətlərə xüsusi qaydalar tətbiq edilir.

    8. Bütün hərəkətlərdə xüsusi tələblərə əməl edilməməsinə, qadağan edilən elementlərin icrasına, tələb olunan müddət ərzində icra edilməyən cütlük / qrup elementləri və ya fərdi elementlərə, elementlərin icra ardıcıllığına uyğun olmayacaq şəkildə çəkilmiş tarif vərəqələrinə görə hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlər idmançının yekun xalından cərimə xalları çıxa bilər.

    9. Tarazlıq hərəkətlərində və qarışıq hərəkətlərdə Tarif Vərəqələrində 3 saniyəlik saxlama kimi göstərilən elementlər çıxış zamanı hərəkətlərinin çətinlik dərəcəsi üzrə hakimlər tərəfindən 3 saniyəlik saxlamalar kimi dəyərləndirilir. Element 3 saniyədən az davam edərsə, eyni hakimlər müvafiq cərimələri tətbiq edir. Vaxt səhvlərinə görə cərimələr yekun xaldan çıxılır.


Maddə 41: Tarif Vərəqələri


    1. Tarif cədvəli icra ediləcək, Çətinlik xalı verilən, cütlük, qrup elementlərini və ya fərdi elementləri illüstrasiya edilmiş şəkildə bəyan edən vasitələrdir. Elementin Çətinlik Dərəcələri Cədvəlindəki çətinlik xalı, həmin cədvəlin hansı səhifəsində olduğu və nömrəsi tarif cədvəlində elementlə əlaqədar həmişə göstərilməlidir. Hərəkətsiz saxlamaların nəzərdə tutulan müddəti də bəyan edilməlidir.

    2. Nümayəndə heyətləri, yarış üçün qeydiyyatdan keçərkən və yarışın başlamasına ən az 48 saat qalmış, milli komanda tərkibindəki cütlük və qrupların hər birinin icra edəcəyi hər çıxış üçün 1 tarif vərəqəsi təqdim etməlidir. Tarif vərəqəsinin gec təqdim edilməsi, üzrlü səbəblər göstərilməsə və bu səbəblər Baş Hakimlər Heyəti tərəfindən təsdiq edilməsə, yarış iştirakçısının yekun xalından cərimə xalının çıxılması ilə nəticələnəcəkdir. Tarif Vərəqələrinin çox sayda surətinin çıxarılması lazım deyil.

    3. Adətən, Tarif Vərəqələri nümayəndə heyətinin başçısı tərəfindən yarışa qeydiyyatdan keçərkən təqdim edilir. Təqdim edilən Tarif Vərəqələri təşkilat komitəsi tərəfindən qeydə alınır. Bəzi müstəsna hallarda, hər hansı bir komanda yarışın başlamasına ən az 48 saat qalmış tarif vərəqələrini təqdim etməsə, bunu poçt vasitəsilə, rəsmi qeydiyyat tarixində tarif vərəqəsinin çatması şərtilə, edə bilər. Tarif Vərəqələri yenə vaxtında çatmasa, həmin komanda cərimə alır. Tarif Vərəqələri faks və ya elektron məktub vasitəsilə qəbul edilmir.

    4. Rəsmi Tarif Vərəqələri qabaqcadan müəyyən edilmiş qaydada istifadə və tərtib edilməlidir. Bu cədvəllərin bir nümunəsi Çətinlik Dərəcələri Cədvəlində verilmişdir. Qeyri-rəsmi və ya oxunmayan formatda təqdim edilən Tarif Vərəqələri daha düzgün hazırlanması üçün geri qaytarılır və Hakimlər Briqadasının Sədri tərəfindən gecikən təqdimat üçün cərimə tətbiq edilir.

    5. Cütlüklər və qruplar tərəfindən icra edilən elementlər ilk olaraq və nəzərdə tutulan ardıcıllıqla icra edilməlidir. Fərdi elementlər ayrıca və nəzərdə tutulan ardıcıllıqla icra edilir. Tarif cədvəlində göstərilən elementlər əvvəlcədən bəyan edilən ardıcıllıqda icra edilməsə, hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlər (DJ) yekun xaldan 0.3 cərimə xalı çıxır.

    6. Yalnız tarif vərəqələrində bəyan edilən və icra edilən elementlərə çətinlik dərəcəsi verilir. Tarif vərəqələrində idmançıların ən çox iki alternativ bacarığı qeyd edilə bilər və ikidən artıq alternativ bacarıq qeyd edilən tarif cədvəli düzəliş aparılması üçün geri qaytarılır və cədvəlin gec təqdimatı üçün cərimə tətbiq edilir (Maddə 48.2). Elementlərin müddətləri “alternativ” element kimi tarif cədvəlinə qeyd edilə bilməz.

    7. Əvvəlcədən bəyan edilmədən və ya dəyişdirilərək icra edilən elementlərlə əlaqədar xüsusi tələbləri yerinə yetirməsi baxımından nəzərdən keçirilsə də, onlara görə Çətinlik xalı verilmir.

    8. Dünya səviyyəli yarışların başlamasından ən az 12 saat əvvəl Çətinlik hakimləri məşqçilərə əvvəlcədən müəyyən edilmiş yer və vaxtda Tarif Vərəqələri ilə əlaqədar problemlər barədə məlumat verir. Bu problemləri həll etmək üçün məşqçi məsuliyyət daşıyır. Çətinlik dərəcələri üzrə hakimlər yarışın başlamasına ən azı 90 dəqiqə qalmış Tarif Vərəqələrinin yenidən təqdim edilməsinə icazə verə bilər.

Yarış zamanı Tarif Vərəqələrində problemlər aşkarlanarsa, elementlərə görə düzgün çətinlik dərəcəsi tətbiq edilməlidir. Çətinlik dərəcəsi üzrə hakimlərə, Tarif Vərəqələrində nəzərdən keçirmə dövründə səhvlərin müəyyən edilməməsinə görə cərimə tətbiq edilə bilər.



    1. Müstəsna hallarda (məsələn, zədə alma) Çətinlik dərəcəsi üzrə hakimlər birtərəfli qaydada, yarışnın başlamasına 30 dəqiqə qalana qədər tarif vərəqələrinə kiçik dəyişikliklər edə bilər. Bu, elementin dəyişdirilməsinin illüstrasiya edilməsi, onun çətinlik dəyərinin bəyan edilməsi, onun Çətinlik Dərəcələri Cədvəlindəki nömrəsi və səhifə nömrəsini bəyan edərək həyata keçirilir. Çətinlik dərəcəsi üzrə hakimlər çətinlik dərəcəsini təsdiqləyir və Hakimlər Briqadasının Sədri ilə Baş Hakimlər Heyətini aparılan dəyişikliklərdən xəbərdar edir. Sonradan edilən dəyişikliklərlə əlaqədar Çətinlik xalı verilmir.

    2. Bəzi elementlərdə aparılan və final ərəfəsində bəyan edilməli olan dəyişikliklər və ya tamamilə fərqli çıxışın icrası əvvəlcədən müəyyən edilmiş yer və vaxtda Baş Hakimlər Heyəti tərəfindən, təsnifat yarışlarının başa çatmasından sonrakı bir saat ərzində qəbul edilməlidir. Dəyişikliklər çətinlik dəyərlərinin bəyan edilməsi ilə müşayiət olunmalıdır. Çətinlik dərəcələri üzrə hakimlər yeni Tarif Vərəqələrini yoxlayır və final başlamazdan əvvəl Hakimlər Briqadasının Sədri ilə Baş Hakimlər Heyətinin həmin vərəqələrinin surətlərini almasını təmin edir.


Maddə 42: Yeni elementlər


    1. Akrobatika gimnastikası üzrə Texniki Komitə hazırkı dövr ərzində yeni elementləri iki dəfə, dünya çempionatından əvvəl qiymətini müəyyənləşdirir. Mövcud cədvəllərdə və ya dərc edilmiş bülletenlərdə rast gəlinməyən və qadağan olunmuş kimi qeyd edilməyən elementlər yeni elementlər hesab edilir.

    2. Cədvəllərdə illüstrasiya edilən elementlərdən ancaq kiçik stilistik dəyişmə ilə fərqlənən elementlər yeni element SAYILMIR. Həmin elementlər mövcud elementlə eyni identifikasiya nömrəsinə və eyni çətinlik qiymətinə malik olur.

    3. Çətinlik Dərəcələri Cədvəlində verilən rəsmi formadan istifadə edərək Akrobatika gimnastikası üzrə Texniki Komitəyə rəsmi dəyərləndirmə aparması üçün, Komitə katibliyinə ünvanlanan elektron məktub vasitəsilə tələb göndərmək olar. Bu tələb ətraflı illüstrasiya ilə, element üçün təklif edilən çətinlik qiyməti ilə VƏ elementə aid fotoşəkillər Və Ya video qeydləri ilə müşayiət edilməlidir.

    4. Rəsmi dəyərləndirmə tələbi, bütün müşayiət edən sənədlərlə birlikdə, dünya çempionatının keçirildiyi ildən əvvəlki ilin (tək rəqəmlə başa çatan illər) 1 oktyabrına qədər milli federasiya tərəfindən təqdim edilməlidir.

    5. Yuxarıdakı tələblərə əməl etməyərək irəli sürülən dəyərləndirmə tələblərinə baxılmayacaqdır.

    6. Elementlərin qiymətləndirilməsinə aid məlumat dünya çempionatının keçiriləcəyi ildən əvvəlki ilin yanvarında (cüt rəqəmlə başa çatan illər) dərc edilir.


BÖLMƏ IX
HƏRƏKƏTLƏRİN QİYMƏTLƏNDİRMƏ SİSTEMİ
Maddə 43: Qiymətləndirmə
Ümumi prinsiplər


    1. Tarazlıq hərəkətləri, dinamik və qarışıq hərəkətlərin hər biri özünəməxsus xüsusiyyətlərə malikdir və artistizm, çətinlik dərəcəsi, icra texnikası nöqteyi-nəzərindən qiymətləndirilir.

    2. Hakimlər Briqadasının Sədri briqadadakı bütün hakimlərin xalları qaydalara uyğun olaraq verməsini təmin etməlidir.

    3. Artistizm üzrə hakimlər icra edilən hərəkətlərin artistizm baxımından qiymətləndirir və Artistizm üzrə xal verir.

    4. Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlər hərəkətlərin Çətinlik xalını müəyyən edir. Yekun çətinlik qiymətləndirlməsi çətinlik xalına (D) xalına çevrilir.

    5. Hərəkətlərin icrası üzrə hakimlər hərəkətlərin icra texnikasını dəyərləndirir və icra üzrə xal verir.

    6. Hakimlər Briqadasının Sədri Artistizm, İcra və Çətinlik xallarının toplanması ilə alınan xalın cəmindən cərimə xalları (P) çıxır.


Maddə 44: Xallar və xalvermə


    1. Artistizm, İcra və Çətinlik xalları, cərimə olunan xallar və yekun xal və tutulan yerlər ictimaiyyətə açıqlanır.

    2. Bütün yarışlarda hərəkətlərin icrası və artistizm 0.001 (mində bir) dəqiqliklə 0 – 10.0 aralığından verilən xallarla dəyərləndirilir.

    3. Hərəkətlərin çətinliyinə görə verilən çətinlik xalının (D) dəyərinə böyük yaşlı idmançılar üçün məhdudiyyət gətirilmir. Yaş qruplarına aid yarışlarda (kiçik yaşlı atletlər) çətinlik dərəcəsi ciddi nəzarət altında saxlanılır və ən çox 10.0 Çətinlik xalı verilə bilər.


Artistizm üzrə xal


    1. Hərəkətin icrası üçün artistizm xalı (A) 4 Artistizm üzrə hakimin verdiyi ən yüksək və ən aşağı xal nəzərə alınmadan, iki digər xalın orta rəqəmidir. Artistizm üzrə hakimlərin sayı 3 olduğu müstəsna hallarda artistizm xalı 3 hakimin verdiyi xalların orta rəqəmi olur.


Çətinlik üzrə xal


    1. Əvvəlcə hərəkət tərkibində ardıcıllıqla icra edilən elementlərə verilən çətinlik xalları toplanaraq hərəkətə aid yekun çətinlik xalı hesablanır.

    2. Çətinlik dəyəri Çətinlik Dərəcələri Cədvəlinin konversiya cədvəli vasitəsilə Çətinlik xalına (D) çevrilir.

    3. Hərəkətin çətinlik dərəcəsi üzrə hər iki hakim razılaşdırdıqdan sonra, Çətinlik xalı nümayiş etdirilir.


Hərəkətin icra üzrə xal


    1. Hərəkətlərə verilən hərəkətlərin icrası xalı (icra xalı) Hərəkətlərin icrası üzrə 4 hakimin verdiyi ən yüksək və ən aşağı xal nəzərə alınmadan, iki digər hakimin xalının orta rəqəmidir. Hərəkətlərin icrası üzrə hakimlərin sayı 3 olduğu müstəsna hallarda icra xalı 3 hakimin verdiyi xalların orta rəqəmi olur. Burada dəqiqlik dərəcəsi mində birdir (0.001) və son rəqəm yuvarlaqlaşdırılmır.


Xallarda yol verilən fərq


    1. Hərəkətlərin icrası üzrə və ya artistizm üzrə hakimlərin iki orta xallarının bir-birindən yol verilən fərqliliyi təsnifat mərhələlrində 0.5, finallarda 0.3 xal olaraq müəyyən edilir. Verilən xalların ədalətli olmasına mənfi təsir edən hallarda Baş Hakimlər Heyəti vəziyyətə müdaxilə edir.

    2. Orta rəqəmdən xeyli fərqlənən (0.5-dən çox) xalların Hakimlər Briqadasının Sədri tərəfindən qəbul edilməsi müvafiq xəbərdarlıq və ya cərimə tədbiri ilə nəticələnə bilər.

    3. Hakimlər Briqadasının Sədri Artisitzm və İcra xallarını təsdiq etməzdən əvvəl xalların bir-birindən nə qədər fərqli olduğunu yoxlamalıdır. Verdiyi xal yolverilən maksimal fərqlilik intervalında olmayan hakimlərə Hakimlər Briqadasının Sədri dərhal xəbərdarlıq etməlidir. Baş Hakimlər Heyəti tərəfindən xalların sonrakı təhlilindən sonra, qaydalara ciddi əməl etməyən hakimlərə qarşı cərimə tədbirləri görülür.


Xalın cəmi


    1. Xalın cəmi, Hakimlər Briqadasının Sədri və / və ya Hərəkətlərin çətinlik dərəcəsi üzrə hakimlərin cərimə xalları çıxmasından əvvəlki xaldır.

    2. Böyük yaşlı idmançıların icra etdiyi hərəkətlərlə əlaqədar maksimal xal limiti yoxdur. Kiçik yaşlı idmançıların icra etdiyi hərəkətlərlə əlaqədar maksimum 30.0 xal verilə bilər.

    3. Hərəkətlər üçün xalın cəmi aşağıdakı düstura əsasən hesablanır:


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin