Albaniya və Atropatena dövləti



Yüklə 201,18 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix05.10.2023
ölçüsü201,18 Kb.
#129746
  1   2   3   4   5   6
Azərbaycan tarixi 5movzu



Albaniya və Atropatena dövləti 
Atropatena e.ə. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və 
Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunanca adıdır. 
Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyəti, 
inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləri olan zəngin 
ölkə idi. E.ə IV əsrin 50-ci illərin əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə 
doğru gedirdi. E.ə. 334-cü ilin yazında Makedoniyalı İskəndər Kiçik Asiyaya 
soxuldu. E.ə. 334-cü ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. 
İskəndərin İran ordusu ilə ikinci döyüşü e.ə. 333-cü ildə İss şəhəri yaxınlığında oldu. 
Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçdı. Kiçik Asiya İskəndərin 
hakimiyyəti altına keçdi. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın 1-də Qavqamel kəndi 
yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. Ancaq III Dara 
məğlub olmaq istəmirdi. O, Midiyaya qaçdı və orada ordu toplamağa başladı. 
Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər 
Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni 
satrap təyin edir.
Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan 
kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı 
müdafiə etmir. Buna görə də III Dara Həmədana qaçır və orada ölür. Atropat da öz 
siyasətini dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz 
əvvəlki (Midiya satrapı) vəzifəsinə bərpa edilir. III Daranın ölümündən sonra 
İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır. Əhəmənilər 
imperiyası Zaqafqaziya xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi 
mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu 
döyüşdə atlı kəşfiyyat dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının 
zəiflədiyi dövrdə Atropat Bütün Cənubi Azərbaycan ərazisinin, həmçinin Şimali 
Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. İskəndər başqa 
torpaqları işğal etməklə məşğul olan zaman Atropat öz hakimiyyətini 
möhkəmləndirir. Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil 


olmamışdır. Atropat makedoniyalılarla qohum olur. O öz qızını İskəndərin yaxın 
sərkərdələrdən birinə Perdikaya verir. Ümumiyyətlə İskəndər yerli İran 
aristokratiyası ilə qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 İran şahzadə qızına 
evlənmiş, 2 onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Suz 
təntənələrində 10 min döyüşçü Asiyalı qadınlarla evlənmişdi. E.ə. 324-cü il yayın 
sonunda Midiyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər özünü İran və 
Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. 
Atropat öz qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və 
onlar da onu edam edirlər. Bundan sonra Atropatın makedoniyalılarla münasibəti 
daha da yaxşılaşır. E.ə. 323-cü ilin iyununda İskəndər ölür. İskəndərdən sonra onun 
varisi Atropatın yeznəsi Perdika olur. E.ə. 321-ci ildə Perdikanın ölümündən sonra 
satraplıqlar ikinci dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölgüyə daxil olmur. 
Görünür bu dövrdən kiçik Midiya müstəqil dövlət olur. Kiçik Midiya Şərqdə 
makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün 
“Coğrafiya” əsərində yazırdı – Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya 
adlanır. İkinci Atropat Midiyasıdır. O, bu ölkənin Böyük Midiya kimi 
makedoniyalılara tabe olmasına imkan vermədi. Strabonun məlumatına görə 
Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi.
Qədim Alban dövləti indiki Azərbaycan Respublikasını , Gürcüstan 
Respublikasının Lori və Alazan çayları vadisini , Dağıstan Respublikasının cənub 
ərazilərini əhatə edirdi. Bu ərazi qədim yunan mənbələrində Ağvan ,fars və ərəb 
mənbələrində Arran , gürcü mənbələrində isə Rani adlandırılmışdır.Mənbələrdə 
Albaniyanın sərhədləri barədə müxtəlif fikirlər mövcuddur.Məsələn , yunan tarixçisi 
Strabon albanların iberlərlə Kaspi arasında yaşadıqlarını göstərir.Antik romalı alim 
Böyük Pilini də qeyd edir ki, albanlar dənizlə iberlər arasında yaşayırlar.Ptolomey 
Albaniyanın şimaldan Sarmatiya , qərbdən İberiya , cənubdan Ermənistan ilə sərhəd 
olduğunu göstərir.Azərbaycan torpaqlarının işğalına haqq qazandırmağa çalışan 
erməni tarixçiləri ənənəvi saxtakarlıqlarını davam etdirərək iddia edirlər ki, 
Albaniya torpaqları yalnız Kürün sol sahilini əhatə etmişdir. Kürün sağ sahilində 
yerləşən Uti,Arsax, Paytakaran erməni torpaqlarıdır.Lakin onlar unudurlar ki, qədim 


ermənilərin friq tayfalarının bir qolu kimi Frakiyadan gəlmələri, Van gölü ətrafında 
Armeniya adlanan ərazidə məskunlaşmaları və həmin ərazinin adı ilə erməni 
adlandırılmaları elmə çoxdan məlumdur.Ermənilərin Cənubi Qafqaza gəlmə 
olduqları qeydsiz və şərtsizdir.Başqa bir misal;Alban tayfa ittifaqına daxil olan 
udilər son vaxta qədər erməni yox, alban olduqlarını xatırlayırlarə. Onlar I Pyotra 
göndərdikləri məktubda yazırdılar ; “ Biz Aqvanıq (albanıq ) və milliyətcə utilərik 
“. Arxeoloji materiallar göstərir ki, e.ə.IV əsrdə albanlar arasında bərabərsizlik 
dərinləşmiş , icma münasibətləri dağılmış, quldarlıq mqnasibətləri yaranmışdır.E.ə. 
IV əsrin sonu – e.ə. III əsrin əvvəllərində müstəqil Alban dövləti yaranmışdır.Bunu 
Albaniya ərazisində öyrənilən qəbir abidələri və möhür- üzüklər subut edir.Əmlak 
bərabərsizliyi əhalini varlı və yoxsul təbəqələrə ayırdı.Albaniyada hər bir tayfanın 
ayrıca hakimi olsa da bütün tayfalar vahid Alban hökmüdarı tərəfindən idarə 
olunurdu.Albaniyada padşahdan sonra ikinci hörmətli şəxs Ay allahı məbədinin 
kahini idi.Albaniya quldar dövlət olsa da, burada quldarlıq münasibətləri Şərqdə 
olduğu qədər inkişaf etməmişdi.Buna baxmayaraq kənd təsərrüfatının və 
sənətkarlığın müxtəlif sahələrində müəyyən qədər qul əməyindən istifadə olunurdu. 
Təsərrüfat əsasən azad adamların əməyinə əsaslanırdı. E.ə.II əsrdə Roma 
dövləti Aralıq dənizi sahillərinə hökmüran olandan sonra Şərq ölkələrinə qarşı fəal 
hərbi əməliyyatlara başladı.Bu istiqamətdə o,Pont çarlığı və onun müttəfiqi 
Armeniya çarlığı ilə toqquşmalı oldu.Roma sərkərdəsi Luklul Pont çarı VI Mitridatı 
ağır məğlubiyyətə uğradaraq Armeniyaya doğru hərəkət edib paytaxt şəhər olan 
Tiqranakerti mühasirəyə aldılar.Lakin Luklulun ləng hərəkəti Roma senatını təmin 
etmədiyindən onu sərkərdə Qney Pompey ilə əvəz etdilər.Pompey II Tiqranı məğlub 
edərək Tiqranakert şəhərini tutdu.Sonra o, VI Mitridatı təqib edərək Cənubi 
Qafqazın içərilərinə doğru irəlilədi.Alban hökmüdarı Oroyz Pompeyin Albaniya 
ərazisindən keçib getməyinə icazə verdi.Lakin Pompeyin Albaniyanı işğal etmək 
məqsədini başa düşdükdə o, fikrindən imtina etdi.Albaniyanın sərhədlərinə 
yaxınlaşan Pompey qoşunlarını üç yerə bölərək Kür çayı sahilində möhkəm müdafə 
mövqeyı yaratdı.Alban hökmüdarı Oroyz romalılara qəfil zərbə endirmək qərarına 


gəldi.O,e.ə.66 cı ilin dekabrında 40 minlik qoşunla romalıların düşərgələrinə eyni 
vaxtda zərbə endirdi. 
I əsrin 80- ci illərində romalılar Xəzər dənizimə qədər irəliləmişdilər.1948 ci 
ildə Qobustanda qaya üzərində həkk oiunmuş latın yazılı daş kitabə bunu sübut 
edir.Kitabədən məlum olur ki,e.ə.84 cü ildə imperator Dominisianın ( 81 -96 cı illər 
) XII İldrım sürətli legionu Qobustanda olmuşdur. 
Bizim eranın 114- cü ilində Cənubi Qafqaz uğrunda Roma ilə Parfiya arasında 
yenidən müharibə başlamışdır.Roma imperatoru Trayan Ermənistanı tutub onu 
Romanın əyalətinə çevirmişdi.Nəticədə iberlər, kolxlar və başqa öalqlar Romaya 
tabe etdirilmişdi.İmperator Adrianın ( 117-138 ) dövründə Roma ilə Cənubi Qafqaz 
xalqları arasında dostluq münasibətləri var idi 
Eramızın I – III əsrlərində sarmat – massaget – alan tayfaları Dərbənd və Dəryal 
keçidləri vasitəsi ilə Cənubi Qafqaz və Ön Asiyaya hücüm etdilər.Onların hücumları 
talançılıq və qarətçilik xarakteri daşıyırdı.Alanların Azərbaycana ən böyük 
basqınları 72 – 74 cü illərdə olmuşdur. Mingəçevir və Qəbələdə I III əsrlərə aid 
tapılan katakomba qəbirlərin alanlara aid olduğu güman edilir. 
Alban tayfalarının dünyagörüşlərində din əhəmiyyətli yer tutmuşdur.Qədim 
Albaniyada çoxallahlılıq mövcud idi.Onlar səma cismlərinə sitayiş edirdilər.Strabon 
qeyd edirdi ki, albanlar Zevs ( Göy ), Selen ( Ay ) , Helios ( Günəş) allahlarına sitayiş 
edirdilər.Onlar qocalara hörmət edir, ölmüş şəxsin əmlakını meyitlə birlikdə qəbrə 
qoyurdular.Bu , onların axirət dünyasına olan inamla bağlı idi. 



Yüklə 201,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin