Albaniya və Atropatena dövləti


Vətən müharibəsi.Dünyanı heyrətə salan 44 gün.Qarabağ



Yüklə 201,18 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix05.10.2023
ölçüsü201,18 Kb.
#129746
1   2   3   4   5   6
Azərbaycan tarixi 5movzu

Vətən müharibəsi.Dünyanı heyrətə salan 44 gün.Qarabağ 
Azərbaycandır. 
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi 
qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv 
edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və 
ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün 
Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib 
dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi 
yaşayacağıq”. 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr – Anım 
Günü ilə əlaqədar xalqa müraciətindən 
sentyabr, 2021-ci il 
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun Azərbaycan Silahlı 
Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə 
tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri Azərbaycan xalqının səbr 
kasasını daşırdı. İldırımsürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 
44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. 
Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı 
Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində 
gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi 
sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. 
Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən 
savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan 
cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan 
torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı 
müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz. 
44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin 
və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan 
oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan da, 


alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən 
Rəşadətli Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik! 
Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində 
son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız 
inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində öz 
yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur 
olmuşdur. 
1988-1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan 
ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişdir. İşğal zamanı yaşayış 
məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, 
Ağdaban və Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl 
simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı 
qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci ilin fevral ayının 26-da Ermənistan 
hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirmişdir. 
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca 
öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə 
valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə 
yarasından əlil olmuşdur. 
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi 
azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin 
iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan bu müddət 
ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, 
şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla 
dollar dəyərində maddi ziyan vurmuşdur. İşğal zamanı mülki və təsərrüfat obyektləri 
ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. 
Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya 
əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 
arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, 
monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət 
abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 


22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert 
salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 
85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır. Uzun illər ərzində Ermənistan 
işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti 
boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına 
imkan verməmişdir. 
2020-ci il 27 sentyabr tarixində isə mövcud atəşkəs rejimini kobud şəkildə 
pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin 
mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl 
rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana 
qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, 
Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi 
təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali 
Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma 
keçmək əmri vermişdir. 
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 
sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin 
əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu 
tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ müharibəsi 30 
ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27 sentyabrda tarixə 
II Qarabağ müharibəsi, Vətən müharibəsi, "Dəmir yumruq əməliyyatı" adları ilə 
daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda 44 günlük mübarizəmiz 
başlamış oldu. 
Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik 
nümayiş etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx 
birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından 
keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını 
geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. 


Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun 
gücünü göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət 
paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal 
sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya 
Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam 
dayandırılması barədə bəyanat imzalandı və sonunda Azərbaycan öz ərazi 
bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya məcbur edildi. Bu 44 günlük 
müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. 
Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olmuş, mindən çox əsgər 
və zabit yaralanmış, 7 nəfər itkin düşmüşdür. Azərbaycanın şəhərləri ballistik 
raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Münaqişə zonasında 
olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və 
yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Müharibə 
dövründə düşmənin təxribatları nəticəsində 100-ə yaxın mülki şəxs, habelə, onların 
arasında uşaqlar və qadınlar da həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 
2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş, yararsız hala 
düşmüşdür. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və 
Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. 
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-
hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan 
azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, 
Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, 
Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, 
Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın 
rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji 
yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız 
yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də 
Ağdam rayonu Azərbaycana təhvil verildi. 

Yüklə 201,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin