Aleksandr Tarasov İnqilab və cihad və ya sollar islam radikalları ilə birləşməlidirlərmi?



Yüklə 124,6 Kb.
tarix10.01.2022
ölçüsü124,6 Kb.
#108777

Aleksandr Tarasov

İnqilab və cihad və ya sollar islam radikalları ilə birləşməlidirlərmi?

2001-ci ildəki məşhur 11 sentyabr hadisələrindən sonra postsovet ölkələrinin (və bütövlükdə 3-cü dünyanın) solları arasında islam radikallarına rəğbət yayılmağa başladı. Əslində bunda təəccüblü heç nə yoxdur. Nəhayət, uzun müddətdən sonra kimsə amerikan imperializminə - özü də Amerikanın ərazisində! - təsirli zərbə endirdi. Amerikan imperializmi özünü həmişə bu cür qisas aktlarından “müdafiə olunmuş” sayırdı - üstəlik 20-ci əsrin əvvəlindən Amerikan ərazisinə birbaşa müdaxilə olmamışdı (Perl Harbora hücumu və yaponların Aleuta desant çıxarmasını amerikan ərazisinə birbaşa müdaxilə hesab etmək olmaz, belə ki, Havay və Alyaska yalnız 1959-cu ildə ştat statusu aldılar). Maraqlıdır ki, 1916-cı ildə Meksika inqilabının qəhrəmanı əfsanəvi general Panço Vilya tərəfindən Kolumbus şəhərinə (Nyu-Mexiko ştatına) edilən hücum 11 sentyabra qədər bu tipli aktların sonuncusu, həm də yeganəsi olmuşdu. Bundan sonra amerikanlar sonralar 1-ci dünya müharibəsi zamanı amerikan hərbi hissələrinə rəhbərlik etməsi ilə məşhurlaşacaq general Perşinqin rəhbərliyi altında ekspedision korpus göndərdilər. Avropadan fərqli olaraq, o, burada istəyinə nail ola bilmədi. O, Vilyanı çox təqib etsə də tuta bilmədi (hal-hazırda Bin Ladenlə olan vəziyyət kimi!). Amerikan müdaxiləsi bu dəfə Perşinqin “dorados”lar1 tərəfindən darmadağın edilmiş korpusunun Meksikanı biabırçılıqla tərk etməsilə nəticələndi. Maraqlıdır ki, amerikan hakimiyyəti Vilyanın Kolumbusa hücumu haqqında əvvəldən məlumatlı idi, amma inqilabi Meksikanın2 daxili işlərinə qarışmağa əsas tapmaq məqsədilə heç bir xəbərdarlıq etmədilər (Bu, 11 sentyabr hadisələri haqqında əvvəldən məlumatlı olan və ABŞ administrasiyası və xüsusi xidmət orqanlarının fəaliyyətsizliyindən bəhs edən faktların ətrafında yaranan skandalla eyniyyət təşkil edir).

Şərqi Avropa, eyni zamanda “3-cü dünya” ölkələrini başa düşmək asandır. Hansı siyasi baxımdan savadlı (həm də sadəcə vicdanlı) adam Cenubi Vyetnamdan (“Feniks” əməliyyatı) tutmuş Peru, Qvatemala, Kolumbiya və Şərqi Timora qədər “terrorla mübarizə” adı altında yüz minlərlə dinc sakinin ölümünə səbəb olan – buraya südəmər körpələr də daxildir – Pentaqon Antiterror Mərkəzinin zabitlərinə rəğbət bəsləyə bilər? Əgər bu insanların – MKİ-dən (Mərkəzi Kəşfiyyat İdarəsi – tərc.qeydi) olan həmkarları ilə birlikdə – Braziliya, Salvador, Uruqvay və digər ölkələrdəki diktatorların cəlladlarına qəddarlıqda misilsiz olan işgəncələri öyrətdikləri məlum olsa, onlara qarşı hansı mərhəmətdən söhbət gedə bilər?3

TMK və Amerika bank kapitalı ilə birlikdə 3-cü dünya ölkələrinin ümumdünya qarət maşınının tərkib hissəsi olan ümumdünya ticarət mərkəzi əməkdaşları insanda hansi rəğbət doğura bilər? Söhbət artıq 1990-cu ilin əvvəllərində hər il aclıq vasitəsilə 40 milyondan çox adam öldürmüş maşınlardan gedir (Bu barədə təbii bir hal kimi BMT ekspertləri 1994-cü il4 Mançesterdəki qlobal forumda danışmışdılar5). Bu gün bu maşın daha çox öldürür: Portu Alleqridəki birinci Beynəlxalq sosial forumunda “üçüncü dünya” ölkələrindəki uşaqlara yardımla məşğul olan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qeyd etdiyi kimi, 2000-ci ildə uşaq ölümü sayında dəhşətli artım baş vərib – aclıq, yoxsulluq və başqa səbəblərdən ölənlərin sayı 80 milyona çatıb və “birqütblü” dünyada ABŞ-ın maliyyə asılılığına düşən Ümumdünya Səhiyyə təşkilatının bu faktları gizlətməsi xüsusi qeyd olunmalıdır. 6

Bu islamyönümlü əhval-ruhiyyə yalnız mötədil dairələrdə əks olunmayıb. Məsələn, sovet dövründə üçüncü dünya ölkələri üzrə məşhur mütəxəssis B.Q.İordanski Bin Ladeni, günümüzün Çe Gevarası kimi təqdim edən “Bin Laden fenomeni” adlı yazı yazıb!7İordanskinin yazısında “xilasedici çar 2-ci Aleksandrın möcüzəli ölümü” ifadəsi kimi gözəl passajlara rast gəlinir. 8

Hətta kapitalizmlə mübarizə aparmaq üçün kifayət qədər qorxaq olan, “birinci dünyanın” rahatlıq və rifahını həddindən artıq sevən, amma eyni zamanda bədnam “qloballaşma” qarşısında gücsüzlüyü hissindən daim əzab çəkən qərb solları arasında da islam radikallarına – imperializmlə mübarizədə “müttəfiq”, “real antikapitalist güc” kimi rəğbət bəsləməyə risk edən insanlar peyda oldu. 9

Bu qərb solları qəfildən S. Hantinqtonun islam haqqında görüşlərini tərs anlamda yenidən söyləməyə və sosial inqilabla cihad arasında ortaq cəhətlər axtarmağa başladılar. 11 sentyabra qədər qərb solları arasında, deyəsən, islam və cihadı təbliğ edən yalnız 1 nəfər var idi10 - “Hakim bəy” təxəllüsü ilə yazan amerikan anarxisti Piter L.Uilson11. Amma Hakim bəy məsuliyyətsiz insandır – həşiş çəkir və nə gəldi yazır, Hindistana gedir – tantrist adlandırılır, İrana gedir – sufi adlandırılır, heç bir təşkilata rəhbərlik etmir, heç bir silahlı davamçısı yoxdur.

Bu gün islam radikalları ilə inqilabi ekstazda qaynayıb-qarışma ümidləri yoluxucu xəstəlik kimi yayılır. Hansısa əyalət qızları sol mətbuata antiburjua şeirləri göndərirlər – təxəllüsləri “Svetlana bin Laden”dən “Oksana bin Laden”ə kimi. Nasional-bolşeviklər küçələrdə marşa çıxırlar, intonasiyayla ”Stalin-Beriya-Bin Laden” oxuyurlar. Moskvanın anarxist təmayüllü radikal rəssamları:

“Murdar olan kəs

Bin Ladeni anlaya bilməz”

tipli çastuşkalar olan açıqcalar buraxıblar və hər yerə yayırlar.

Avstriya və İsraildə bir neçə il yaşadıqdan sonra Rusiyaya qayıdan və özünü “marksist” elan edən skandallı məşhur rəssam Aleksandr Brener yenicə buraxdığı, içində marksist klassiklərdən sitatlar, məşhur sol partizanlar – subkomandante Markos, Xaled və Qudrun Enslinə mədhiyyə olan şeir və manifestlər kitabında şəhid islamçılara simpatiyasını bu şəkildə ifadə edir:

Fransada Tənqid və Maarif layihəsi başa çatanda

Qəzzada dinamit qurşaq geyinib Allaha səmimi salam göndərmək qalır!12

Doğrudan da, niyə axı sollar kapitalizmə – ümumi düşmənə qarşı mübarizədə islam radikalları ilə birləşməsinlər?

Cavab sadədir. İslam radikalları ilə ekstazda qovuşmaq ona görə mənasızdır ki, onlar islam fundamentalizminin hərbi qanadından başqa bir şey deyillər. İslam fundamentalizmi isə, istənilən dini fundamentalizm kimi – mürtəce, əgər belə demək mümkündüsə, ifrat sağ qüvvədir. Ayrı-ayrı solların (radikal solların) radikal sağlarla əməkdaşlıq cəhdləri dünya tarixinə yaxşı məlumdur – məsələn, Almaniyada (Alman kompartiyasının bədnam “Şlaqater qolu”). 30-cu illərin klassik faşist hərəkatlarında – həm alman nasional-sosializmində, həm italyan faşizmində, həm də ispan frankizmində – mahiyyətcə inqilabi və antiburjua olan sol, hətta ultrasol mövcud idi (Almaniyadaki ştrasserçilər, strapaezi və İtaliyada “birinci saat faşistləri”, İspaniyada “boz köynəklər”). Amma bu həmişə eyni cür bitirdi. Faşistlər hakimiyyətə gələndə öz sol tərəfdarlarını fiziki məhv edirdilər. ”Milli inqilab” və “sosial inqilab” eyni oyuğu doldururlar, onlar rəqibdirlər və birgə fəaliyyət göstərə bilməzlər. Ya sosial inqilab, ya da “milli”.

İslam fundamentalizmi bu mənada faşizmdən heç nə ilə fərqlənmir. “İslam inqilabı”, “mili inqilab” qədər sosial inqilabın düşmənidir. 13 Əlbəttə, solların islam radikalları ilə əməkdaşlığının nə ilə qurtardığına dair bariz nümunə var. Bu qalib gəlmiş “islam inqilabı”, yəni İran nümunəsidir. Şah rejiminin devrilməsində iran solları – ilk növbədə “Möcahədin-ə Xalq“ və “Fədain-ə Xalq”dan olan sol radikallar islamçılardan az rol oynamadılar.14

Amma bu onlar üçün pis qurtardı. Oxşar sosial demaqogiyaya baxmayaraq (“kasıbların varlılardan müdafiəsi”), nə faşizm, nə də islam radikalizmi heç bir halda aşağıların, muzdlu işçilərin maraqlarının ifadəçisi olmayıb. Həm o, həm də digərləri – burjuaziyanın, özü də ideoloji mənada onun daha mürtəce hissəsinin maraqlarının ifadəçisi olublar (İrandakı “islam inqilabına” baxsaq görərik ki, bu dini qiyafəyə bürünmüş tipik burjua antimonarx inqilabıdır, bu cür hal – normadır, Avropada bu erkən antifeodal inqilabi hərəkatları və erkən burjua inqilablari üçün norma olmuşdur).15

Sosializm tərəfdarları, islam radikalları və faşistlər arasındakı fərqlər yalnız fundamental sinfi ziddiyyətlərlə məhdudlaşmır, eyni zamanda dünya baxışı ilə bağlı əsaslı fərqlər var: bir tərəfdən materialist və humanistlər arasındakı ziddiyətlər, bir tərəfdən də idealist, mistiklər və buna görə də antihumanistlər arasında fərqlər mövcuddur.16 Bu ziddiyətlər antaqonist xarakterlidir və avropa faşizminin və İran islam fundamentalizminin solyönümlü tərəfdaşlarının bu fərqləri nəzərə almaması onların həlledici səhvi olardı.

Alman faşizminin sol tərəfdarlarının Hitlerin ideologiyasının mürtəce, mistik, qeyri-elmi və sərt desək, paranoidal xarakterinə göz yumduqları kimi, İran solları da Xomeyninin tərəfdarlarına yeritdiyi fundamental ideologiyanın mürtəce, mistik, qeyri-elmi və paranoidal xüsusiyyətlərinə göz yumurdular.

Hitler “ümumdünya cuhud-mason sazişinə” inandığı kimi (hətta Hitlerin fikrincə, onun nifrət etdiyi bolşevizm də bu sazişin bir hissəsiydi), Xomeyni də “ümumdünya yəhudi-bəhai” sazişinə inanırdı.

Ümumdünya yəhudi-bəhai sazişi cuhud-mason sazişindən daha qorxulu səslənir. Ümumiyyətlə, bəhailər haqqında az adama məlumdur. Bəhaizm nədir? Bu Bəhaulla (“Tanrının nuru”) adını götürmüş Mirzə Hüseyn Əli Nuti tərəfdarları tərəfindən 19-cu əsrin ortalarında yaranmış “kiçik dünyəvi dindir“. Nuri Quranı və şəriəti köhnəlmiş elan edib, əvəzinə “Bəyan” kitabını yazan şiə tərəfdarı və dini islahatçı Babın müridi olub. Babanın davamçıları özlərini babilər adlandırırdılar, onlar üsyan qaldırıb İranda kişi və qadın bərabərliyinə, əmlak ümumiliyinə və vergilərdən imtinaya əsaslanan dövlət qurmaq istəyirdilər. Üsyan yatırıldı, Bab güllələndi, babilərin bir hissəsi isə özünü məsih elan edən Bəhaullaya qoşuldular. Bəhailər hesab edir ki, onların təlimləri bütün dinləri əvəz etməyə qadirdir və o zaman dövlətsiz, sərhədsiz, milliyətsiz və dil çoxluğu (bəhailər vahid dil tapmışdılar) olmayan ümumdünya qardaşlığı yaranacaq. Bəhailərin dininin ABŞ, Almaniya, Panama və İsraildə (Hayfa) olmaqla, 4 mərkəzi var. Amma çətin ki, bircə Hayfada mərkəzin yerləşməsi faktı “ümumdünya yəhudi-bəhai sazişinin“ olmasına inanmağa kifayət etsin (Bəhailər Hayfada 3 dünyəvi dinin müqəddəs şəhəri olan Yeruselimdə yerləşə bilmədiklərinə görə məskunlaşmışdılar).

Xomeyni isə inanırdı. O, ümumiyyətlə nəyə görəsə belə hesab edirdi ki, şah İranı İsrailin nəzarəti altındadır, şah Məhəmməd Rza – sionizmin agentidir və bəhailər – İsrailin İrandakı “beşinci sütunudur”. Xomeyni əmin idi ki, şah tərəfindən başladılmış “ağ inqilab” (İranın modernizasiyası) İranın yəhudilər tərəfindən fəthi və elə onlar tərəfindən islamın məhvinə yönəldilib. “Bizim bütün bəlalarımız İsrail tərəfindən doğulub“ – Xomeyni bunu 20 oktyabr 1964-cü ildə Qumda, “ağ inqilabın” başlamasından 2 ildən də az müddət keçəndən sonra çoxminlik kütlənin qarşısındakı çıxışında deyəcəkdi.17

Söhbət hansı bəlalardan gedirdi? “Ağ inqilab” qarşısına aşağıdakı hədəfləri qoymuşdu: feodal sistemin ləğvi, torpaq islahatı, meşələrin və məzarlıqların milliləşdirilməsi, aksiyaların alınması yolu ilə dövlət müəssisələrinin özəlləşdirilməsi, hamı üçün seçki hüququ və savadsızlığın ləğvi. Əlbəttə, hər şey vəd edilən kimi alınmadı: kəndlilər torpaq aldılar, amma tezliklə kütləvi şəkildə var-yoxdan çıxıb şəhərlərə köçdülər və sonra baş verəcək “islam inqilabının” sosial bazası rolunu oynadılar. Hər kəsə səs hüququnun verilməsi müxalif fəalliyətin qadağan edilməsi ilə əhəmiyyətsiz şeyə çevrildi. İşçilərin səhmləri məmurlar, sahibkarlar və tacirlər tərəfindən alındı (yaxın keçmişdə bizdə olan kimi). Amma 1964-cü ildə bunların hamısını tam əminliklə əvvəldən söyləmək olmazdı. Əksinə, ölkə sürətlə inkişaf edirdi, yəni zavodlar, yollar, xəstəxanalar, məktəblər tikilirdi, neft hasilatı get-gedə artırdı və yəqin o vaxt heç kim bilmirdi ki, neft satışından gələn gəlir şahın, əyanlarının və yüksək rütbəli məmurların cibinə axacaq və kasıblara bundan heç nə çatmayacaq.

Xomeyni bəlalar haqqında danışırdı, çünki görürdü: İran sürətlə dəyişir, islam ruhaniliyinin hakimiyyəti zəifləyir, kütləvi savadlanma üləmalara olan hörmətin azalmasına gətirib çıxara bilər, qadınların emansipasiyasi islam qanunları ilə ziddiyyət təşkil edir, islama zidd sələmçiliyin olduğu banklar get-gedə çox rol oynayır, beynəlxalq ticarət Quranın öyrənilməsindən daha əhəmiyyətli işə çevrilir, özü də beynəlxaq ticarətlə “başqa dinə mənsub olanlar” məşğul olurlar – yəhudilər, bəhailər, induslar, xristianlar...

İslam ruhaniliyi “ağ inqilaba” müqavimət göstərməyə başlladı. Cavab olaraq şah üləmaların mühafizəkar kəsiminə hücuma başladı və nümayişkaranə şəkildə dini azlıqları – zərdüştiləri, xristianları, bəhailəri, indusları, yəhudiləri – şirnikləndirməyə başladı. Bəhai Sabet Pasal tezliklə İranın ən varlı insanlarından birinə çevrildi. Xomeyni üçün bu, “sazişin” sübutu idi. 1963-ci il 20 martda imam Qumdakı Azam məscidində böyük kütlə qarşısında çıxış etdi. Xomeyni hamıya xatırlatdı ki, əvvəllər şahın məsləhətçiləri üləmalar idi. “Bəs indi kimdir? – Xomeyni səsini ucaltdı – İsrail! Bizim məsləhətçilərimiz – yəhudilərdir. “Dünya” qəzetində onlar özləri etiraf ediblər ki, iki min bəhainin hər birinə 1500 dollar (axmaq şah mətbuatdakı qeydlərdən boyun qaçıra bilməz), müsəlman xəzinəsindən 5000 dollar, üstəlik aviabiletə görə hərəsinə 1200 tümən veriblər. Nə üçün? Londona uçub anti-islami görüşdə iştirak etmək üçün. Bununla onlara ən yüksək ehtiram göstərilib. Bizim ziyarətçilərimiz isə ən sərt çətinliklərə dözməyə və hətta icazə almaq üçün məmurlara rüşvət verməyə məcburdular ki, bundan sonra öz istəklərinə çatsınlar. Hansı təhdidlərə onlar məruz qalmayıblar, geri qayıdan yolda hansı çətinliklərlə üzləşməyiblər! Üstəlik, Məkkə və Mədinədə onlardan islama yəhudilərin təhlükəsi olduğu haqda həqiqi fikir söyləyəndə ikrahdoğuran məmurun sataşmalarına məruz qalıblar. Yarəb, əslində bizim hamımızı cuhud idarə etmir? Məgər ölkəmiz cuhudlaşmayıb?

Ölkəyə və idarəedən rejimə ar olsun! Bizə və qalan dünyaya ar olsun! Susan üləmalara və səssiz qalan Nəcəf, Quma, Tehrana və Məşhədə ar olsun! Bu ölümcül sükut ölkəmizin, şərəfimizin, ləyaqətimizin bəhailər tərəfindən tapdalanmasına gətirib çıxaracaq!”18

Sonra ayətulla camaata, Sabet Pasalaya milli neft kompaniyası ilə sövdələşmədə güzəşt edildiyini və özünə 25 milyon təmiz gəlir təmin etdiyini bildirdi. Bu, əlbəttə “yəhudi-bəhai” sazişinin mövcudluğunun sübutu idi. Məgər kiminsə saziş olmadan belə iş görəcəyini təsvir etmək olardı? Və ayətulla “sazişçilərlə” mübarizəyə səslədi: “İndi, əslində bəhailərin partiyası olan yəhudi partiyasının, iudaizmin islamı təhdid etdiyi bir vaxtda bütün üləmaların, natiqlərin, dini tədris müəssisələrinin tələbələrinin bir ağızdan və birmənalı şəkildə ölkələrinin islam alyansına qarşı mübarizədə İsraillə müttəfiq olmaq istəmədiklərini deməsinin əsl vaxtıdır”.19

“Ağ inqilabın” gedişində İranda Qərb kapitalının – ilk növbədə, amerikan, o cümlədən britaniyalı və fransız kapitalının mövqeləri güclənirdi. Amma Xomeyni özünü və tərəfdarlarını inandırmışdı ki, “ağ inqilab” dünya sionizmi tərəfindən İranı məhv etmək üçün düşünülmüş vasitədir”: “Biz belə hesab edirik ki – ayətulla bildirirdi – bizim islahatların proqramı İsrail tərəfindən hazırlanıb, siz plan tərtib etmək üçün kömək və məsləhət lazım olanda İsrailə müraciət edirsiniz. Siz israilli məsləhətçiləri bizim ölkəmizə göndərirsiniz. Ölkədən İsrailə tələbə göndərirsiz. Sanki onları başqa ölkələrə göndərmək olmaz, məsələn, Amerika və ya hətta İngiltərəyə. Amma yox – məhz İsrailə! Onların yəhudilərdən dələduzluq, yalan və satqınlıqdan başqa nə öyrənə biləcəyini bir Allah bilir”.20

Şahın səbr kasası daşdı və 1963-cü ilin iyununda Xomeyni həbs olundu. Onu 1964-cü ilin aprelində buraxdılar. Həbsi Xomeynini “yəhudi-bəhai” sazişinin mövcudluğuna tamamilə inandırdı: “Mən müqəddəs Quranın və islamın təhlükə qarşısında olduğunu bildirməyi bütün İran xalqı və dünya müsəlmanları qarşısında ən müqəddəs borcum sayıram. Siyasi müstəqilliyimizə və iqtisadiyyatımıza sionizm təhlükəsi mövcuddur. Müsəlmanların fatal susqunluğu davam etsə, onlar tezliklə bütün ölkəni tutub müsəlman xalqını məhv edəcəklər. Bu təhlükə sovuşmayana qədər xalq susmamalıdır, sussalar, Hərşeyəqadir Allahın gözündə lənətlənəcəklər.21

Görünür, 1964-cü ilin aprelində “yəhudi-bəhai sazişi” mifi ayətullanın reallıq hissini tamamilə itirib gətirməsinə çıxardı. Deyək ki, şah Beynəlxalq neft konsorsiumu ilə sövdələşmə imzaladı. Bu sövdələşməyə görə, İranın milli neft kompaniyası iran neft yataqlarını konsorsiuma aşağıdakı proporsiyada verdi: “Britiş petroleum” – 40%, anqlo-holland “Royal datç-Şell” – 14%, amerikan kompaniyaları – 40%, “Kompani fransez de petrol”– 6 %. Gəlirlər hökumət və konsorsium arasında “əlli-əlliyə” prinsipi əsasında bölünməli idi.22

Amma Xomeyni gözlənilənin əksinə, Amerika və İngiltərəni yox, İsraili tənqid etməyə başladı: “İndi ölkənin bütün iqtisadiyyatı İsrailin əlindədir – o, doğru ifadə etsək, İsrail agentləri tərəfindən işğal edilib. Zavod və müəssisələrin böyük hissəsi onların əlindədir – televiziya, “Arc” zavodu, “Pepsi-Kola” və s. İndi hətta yumurta da İsraildən idxal edilir. Ölkəmiz İsrail üçün bazaya çevrilib. Bazarımız da onların əllərindədir. Əgər vəziyyət belə davam etsə, müsəlmanlar laqeyd qalsa, bazarlarımız fəaliyyətlərini dayandıracaqlar”.23

Yeri gəlmişkən, hələ İsrailə niyə məhz İranı işğal etməyin lazım olduğunu izah etmək lazım gəlirdi. Ayətulla belə izah tapdı: “Fələstində artıq on illərdir ki, milyonlarla müsəlmanı xarabalıqlar içində saxlayan və islam torpaqlarını işğal edən oğru yəhudilərdən ibarət dövlət var. Müsəlman liderləri bu oğurluğa yas saxlamaqla məşğuldurlar, amma onlar ümidsizcəsinə əl-qolunu sallamaq yerinə birləşsəydilər, hansı oğru yəhudi yığını Fələstini bizdən alıb müsəlmanları ordan qova bilərdi? Əgər bütün müsəlmanlar birləşsə, rəqəmlərə əsasən, 700 milyonluq icma yaranacaq. Amma 700 milyonluq dağınıq kütlə 1 milyon birləşmiş kütlə kimi güclü deyil. Əgər bu 700 milyon, lap 400 milyon, lap 200 milyon vahid icma halında birləşsə, bir-birimizin sərhədlərini qorusaq, vahid İslam icması olsaq, islam maraqlarını ürəkdən müdafiə edə bilsəydik, yəhudilər Fələstini tuta bilməzdilər. Bax elə buna görə bizim resurslarımızı, sərvətlərimizi əlimizdən almaq və pulsuz mənimsəmək istəyən onlar (yəhudilər və bəhailər – A.T.) bizə birləşməyə imkan vermirlər”24

Xomeyni eyni zamanda ABŞ-ın İrandakı siyasətinə də izahat tapdı. Xomeyniyə görə, ABŞ çoxdan yəhudilər tərəfindən işğal olunub və əslində 2 İsrail mövcuddur: ”Biri qonşuluqdakı İsrail, biri də Amerikadakı”.25

Ayətullanın beynində İsrail tərəfindən işğal edilmiş ölkələrin sayı artırdı. Eyni zamanda dünya sionizmi tərəfindən satın alınan və onun marionetkasına çevrilən ölkələrin siyahısı genişlənirdi. 1967-ci ilin 16 aprelinde artıq İraqa sürgün edilmiş Xomeyni İranın baş naziri Əmir Abbas Xoveydaya açıq məktubla müraciət etdi. Məktubda o yazırdı: “İsraillə, milyondan artıq müsəlmanı evsiz qoyan İslam düşməni ilə qardaşlıq münasibətləri qurmayın… İsrail və agentlərinin müsəlman bazarlarına müdaxilə etməsinə imkan verməyin. İsrail və agentləri naminə ölkəni təhlükə altında qoymayın. Günah istəkləriniz naminə mədəniyyətimizi qurban verməyin.”26 Ən maraqlısı odur ki, məktubun ünvanlandığı baş nazir Xoveyda bəhai idi və müvafiq olaraq, Xomeyninin məntiqinə əsaslansaq, sionist sazişçisi idi. Əslində, onu nəyəsə inandırmaq mənasız idi.10 il sonra Xomeyni Nəcəfdəki (İraq) Şeyx Ənsari adına məsciddəki çıxışında əminliklə deyirdi: “İran şahı demişdi ki, İsraillə sülh bağlamaq zəruridir. Şah bu dinsizlərin – yəhudi dinsizlərin hakimiyyətini tanıyıb İslama, Qurana, müsəlman hökumətlərinə, bütün müsəlmanlara mesaj verəndə mən hələ Qumdaydım. Əvvəl İsrail sözü işlədilmirdi, sonra iş açıq müstəviyə keçdi”.27 Bu nitqində Xomeyni Livan və Misir prezidentlərini İsrail agenti kimi ifşa etdi. Sonra öz vəsiyyətində Xomeyni “İsrail agentləri” siyahısına İordan kralıHüseyni, Mərakeş kralı Həsəni, Misir prezidenti Hüsnü Mübarəki və İraq prezidenti Səddam Hüseyni daxil edəcəkdi.28

Ayətulla 1964-cü il noyabrında İrandan qovulub Türkiyəyə, Türkiyədə 11 aylıq sərt nəzarətdən sonra İraqa göndərildi və İraq hökuməti Xomeyniyə 13 il sığınacaq verdi. İraqda Xomeyni şiələrin müqəddəs şəhəri olan Nəcəfdə (ilk imam Əlinin qəbri olan yer) məskunlaşdı və şeyx Ənsari məscidində dini leksiyalar oxumağa başladı. İraq hökuməti Xomeyninin Nəcəfi şah rejiminə qarşı siyasi hakimiyyətin qərargahına çevrilməsinə mane olmadılar. Amma imam tezliklə İraq hökumətinin sionizm agentləri olaraq ifşa etdi. Bu belə baş verdi. 1969-cu ildə sionistlər (ayətullanın təfəkküründəki yox, əsl sionistlərdən söhbət gedir) əhəmiyyətinə görə ikinci islami müqəddəs yeri – Yerusəlimdəki Əl-Aksa məscidini yandırdılar. Məscidin bərpasına həm İran şahı, həm də İraqın o vaxtkı prezidenti Əhməd Həsən əl-Bəkr pul ayırmağa razı oldular. Xomeyni dərhal anladı ki, bu yolla yalnız “İsrail agentləri” çıxış edə bilər və hər ikisini damğaladı. Xomeyninin məntiqi maraqlıydı. “Fələstin azad olunmayana qədər müsəlmanlar məscidi bərpa etməməlidirlər. Qoy İsrailin cinayəti aydın olaraq qalsın və Fələstinin azadlığı üçün daha bir əsaslı səbəb olsun”.29

Eyni zamanda Xomeyni Fələstinin azadlıq hərəkatında sol qruplaşmaların, xüsusilə ateist Jorj Həbəşin rəhbərlik etdiyi Fələstinin azadlığı xalq cəbhəsinin fəaliyyətinin güclənməsindən narahat idi. Xomeyni anlamışdı ki, “Jorj“ adlı biri heç vaxt əqidəli müsəlman ola bilməz. Nəticədə imam şiə ruhaniləri tərəfindən yığılan bütün pulun onda bir hissəsinin sağ, fundamental fələstinli qruplaşmaların – əvvəlcə “Fəthin”, sonra “Fəth” və “Həmasın”, sonra isə “Həmas” və “Hizbullahın” (Hizb’Allah - “Allahın partiyasi“) öhdəliyinə vərilməsi haqqında sərəncam verdi. Yeri gəlmişkən, ayətullanın ayırdığı pul az deyildi – 25 milyon dollara qədər.30

Sazişə olan inamını ayətulla ömrünün son illərinə qədər saxladı. Öz vəsiyyətində o yazırdı: “Beynəlxalq sionizm öz məkrli hədəfləri üçün xatırlanılması belə utanc doğuran ən müxtəlif cinayətlərin icrasına hazırdır. “Böyük İsrail” kimi ağılsız ideya onları (yəhudi və bəhailəri – A.T.) istənilən cinayətə sürükləyir.”31

Bu sazişin mövcudluğuna inam Xomeyninin yəhudilərə olan tamamilə xüsusi münasibətini də müəyyən etdi. Ümumiyyətlə, İslam ənənələrinə görə yəhudi və xristianlar, “bütpərəstlər” (çoxallahlılıq tərəfdarları) və ateistlərdən fərqli olaraq, müsəlmanların ən yaxın qardaşlarıdırlar, əhl-əl-Kitabdırlar (“Kitab əhlidirlər”), “vahid Allaha“ dua edirlər və onların peyğəmbərləri (Moisey-Musa və İsus-İsa) sonuncu olmasalar da, həqiqidirlər. Xomeyni isə yəhudilərə bədheybət kimi baxırdı. Heç bir ölkədə yəhudilərə etibar etmək lazım deyil – o yazırdı.32 Hətta 1964-cü ildə yəhudilər Xomeyninin lənətlənmiş düşməni olan şaha qarşı etirazlar edəndə də Xomeyni onlara inanmadı: “4 ya 5 yüz oğru yəhudi bir yerə yığılıb – o əsəblə qeyd edirdi – onların nitqi birilərinin tərifinə, digərlərinin söyülməsinə gətirib çıxardı və sonda onlar elan etdilər ki, yəhudilərdən müdrik xalq yoxdur, onlar Allah tərəfindən seçiliblər, onlar idarə etməyə layiq millətdirlər, diktaturanın, hitlerizmin əleyhinədirlər və s. və ilaxır. Onların nitqinin məzmunu beləydi. Bu insanlar bizim hökuməti iliyinə qədər tanıyırlar və bunun haqqında açıq şəkildə danışırlar.”33

Bunların hamısı doğrudan təəccüblü idi, çünki obyektiv reallıq yəhudi və bəhailərdən çox amerikanların ifşasını tələb edirdi. Amerikanlar İranda 13 oktyabr 1964-cü ildən bəri eksterritoriallıq hüququndan istifadə edirdilər – özü də yalnız diplomatlar yox, bütün amerikalılar. Nə etsələr də, iran qanunlarına görə mühakimələri qadağan idi.34 İranda 30 min hərbi məsləhətçi olmaqla, 60 min amerikalı var idi. Onlar üçün Tehranın şimali-şərqində Niavaran şah sarayının ətrafında görkəmli mənzil tikilmişdi, farslar oraya yalnız xidmətçi kimi buraxılırdı. Amerikan hərbi məsləhətçiləri İran zabitlərindən dəfələrlə çox – ayda 1 milyon rialdan yuxarı maaş alırdılar. Həmin kvartralda inanılmaz bahalı “Mitlend” də daxil olmaqla, öz maqazinləri, dəbli restoranları, farsların buraxılmadığı dəbdəbəli “Pars” və “El-Ruedo” kimi klubları, hospitalları, basseynləri, psixiatrik klnikaları, sağlamlıq mərkəzləri, 3500 nəfərlik məktəbləri var idi. İran körfəzindəki Kiş adasında yankilər üçün dəbdəbəli kurort yeri tikilmişdi.35 Yalnız 1973-1977-ci illərdə İran Amerikadan 19 milyardlıq hərbi sursat aldı, 1978-ci ildə isə daha 15 milyardlıq sursat sifariş verdi.36

Demək olmaz ki, Xomeyni bunlara reaksiya vərmirdi, amma reaksiyası bir az qeyri-adekvat idi. 25 oktyabr 1964-cü ildə Qumdakı çıxışında amerikanların eksterritoriallığı haqda belə demişdi: İran xalqını amerikan itindən də pis vəziyyətə qoyublar. Əgər kimsə amerikan itini boğub öldürsə, özü də bunu edən İran şahı olsa da, onu cinayət məsuliyyətinə cəlb edəcəklər. Amma əgər amerikan aşpazı öz maşınında İran şahını, ölkədəki ən ali şəxsi boğsa, heç kim buna müdaxilə edə bilməyəcək…”37 İstənilən halda, amerikan aşpazın şahı boğacağı təqdirdə aşpaza bir şey olmayacağı az inandırıcıydı…

Bir sıra fransız və suriyalı müəlliflər qeyd edirlər ki, Xomeyni göründüyü qədər irrasional deyildi ki, ayətullaya şahın devrilməsi üçün, ona qarşı bütün xalqı, bütün şiələri ayağa qaldırmaq məqsədilə bir qorxu obyekti tapmaq lazım olsun. Yəhudi və bəhailərdən başqa bu cür qorxu obyekti kommunistlər və amerikanlar ola bilərdi. Amma sadə iranlı amerikanlarla Tehran, bir-iki şəhər və Kiş adası olmaqla, az yerdə rastlaşırdı. Allahsız kommunistlər qorxu obyekti statusuna tam uyğun gəlirdilər. Xomeyni boş yerə onları amerikanlardan daha qorxunc hesab etmirdi. “Amerika İngiltərədən pisdir, İngiltərə Sovet İttifaqından pisdir, Sovet İttifaqı hər ikisindən pisdir!!!” – o yazırdı.38 Amma TUDƏ (İran Xalq Partiyası) kommunist partiyası şahın dövründə tamamilə yeraltı fəaliyyət göstərirdi, partiya rəhbərliyi Moskva və Praqada idi. Sıravi iranlılar kommunistləri görmürdülər. Xomeyni islam inqilabı zamanı yeraltından çıxan bu partiyani asanlıqla məhv etdi, bütün kommunistləri “SSRİ lehinə casusluqda” ittiham etdilər. Təzyiq altında kommunistlər cəsusluqdan başqa tamamilə ağlasığmaz cinayətləri boyunlarına götürdülər: bütün Tehran quyularındakı suları zəhərləmək, qədim əlyazmazlarda İmam Xomeyniyə cadu etmək üçün lənət axtarmaq, İblislə (şeytanla) şəxsən əlaqə qurmaq və s…39

Nə olsa da, kommunistlər öz təbliğatlarını azsaylı iri sənaye müəssisələrindəki iran ziyalıları arasında aparırdılar, sadə fars-şiələrin onlarla daimi rastlaşması üçün – xüsusilə bazarda – yəhudi və bəhailərin sayı tamamilə kifayət idi. Satıcı yəhudi və bəhailər satıcı şiələrin əsas rəqibləri idilər (Belə alınmışdı ki, zərdüştilərin və xristianların mütləq əksəriyyəti ziyalı və ya məmur idilər). Fransız və suriyalı müəlliflər təsdiq edir ki, yəhudi və bəhailər ac şiə kütlələrinin qalxması üçün ən uyğun və əyani “düşmən” idilər.40

Amerikanın İrana, İraqla müharibə üçün silah satdığı, MKİ-nin də qazandığı pulla Nikaraquaya müdaxilə üçün gizli ordu qurduğu anlaşılan məşhur “İran-kontras” (“İrangeyt”) qalmaqalını xatırlasaq, onların o qədər də haqlı olmadığını görə bilərik. O vaxt ayətulla rejiminə çox gərəkli olan (İran hərbi texnikasının əksəriyyəti Amerika istehsalı idi) amerikan silah-sursatı İrana İsrail üzərindən gəlirdi və bu nədənsə Xomeynidə heç bir etiraz doğurmurdu...41

“Möcahədin-ə Xalq”və “Fədain-ə Xalq”la bacarmaq TUDƏylə bacarmaqdan daha çətin idi – onlar şəhər partizanlarının təşkilatı idilər. İllərlə “xalq möcahədinləri” və “xalq fədailəri” islam rejimiylə silahlı mübarizə apardılar; bu mübarizə onların yeraltı təşkilatlarının tamamilə məhvi və minlərlə insanın müdhiş işgəncələrlə öldürülməsiylə başa çatdı.42

İslam radikallarına “Möcahədin-ə Xalq”ı tamamilə ləğv etmək mümkün olmadı və onlar bunun bədəlini minlərlə insan həyatı ilə ödədilər (Belə hesab edilir ki, 1981-ci ilin yayından 1984-cü ilin yayına kimi “xalq mücahidləri” və onların tərəfdarlarının 20 mini öldürülmüşdür. Mücahidlərin ailə üzvləri sayılmır, islam inqilabı keşikçiləri fədailərin ailələrini bütünlüklə məhv edirdilər).43 İslamçıların terroruna cavab olaraq, “möcahədinlər” küçə döyüşləri, polis şöbələrinə, hökumət kazarma və qarnizonlarına hücumlar, raket və minomyotdan hökumət binalarına atəş açmaq vasitəsilə - 1981-ci ilin yayında “şəhər gerillasını” vətəndaş müharibəsinə çevirə bildilər. 1981-ci ilin iyul-sentyabr aylarında İrandakı islamyönümlü hökumət əhəmiyyətli dərəcədə təsirliliyini itirmişdi; bu, 28 iyunda ölkədə 2-ci şəxs sayılan İRP-nin lideri və Ali Məhkəmənin sədri ayətulla Məhəmməd Hüseyn Behaştinin də içində olduğu 72 nəfərin ölümüylə nəticələnən hakim İslam Respublika partiyasının mərkəzi qərargahının partladılmasından və 30 avqustda 8 ölü və 23 yaralıyla nəticələnən (Ölənlər arasında İranın prezidenti Məhəmməd Əli Rəcai, baş nazir Məhəmməd Cavad Bahonar, İran polisinin şefi, polkovnik H.Vahid Dostgərdi, yaralılar arasında isə müdafiə naziri və Xomeyninin Ali sovetdəki nümayəndəsi polkovnik S.M.Namcu da var idi) baş nazir dəftərxanasındakı partlayışından sonra oldu.44

İyulun ortasında ilk repressiya valından sonra yeraltı təşkilatlarını yaratmış “Möcahədin-ə Xalq” islam rejimiylə aktiv silahlı mübarizəyə başladı, ”möcahədinlər” Tehranda, Məşhəddə, Urmiyada, Təbrizdə, Məzcəd-Süleymanda hökumət evlərinə, “islam inqilabı keşikçilərinin” kazarmalarına və silah anbarlarına, İRP-nin yerli şöbələrinə hücum edərək hərbi əməliyyatlar keçirdilər. İyulun üçüncü ongünlüyündə “möcahədinlər” Tehran və digər şəhərlərdə hökumət binalarına, ”islam inqilabı” ştablarına və polis şöbələrinə sistematik hücum etməyə başladılar, 24 iyulda Rəştdə “islam inqilabı keşikçiləri” korpusuna hücum etdilər. Bundan əlavə, 20 iyulda onlar islamçı “qırğı”, məclisin deputatı Həbibulla Əsgərouladi-Mosalmana sui-qəsd etdilər (qəsd nəticəsində o yaralandı), 30 iyulda isə 28 iyun partlayışında ölən İRP-nin 52 deputanın birinin yerinə təzəcə seçilmiş höcət-ül-islam Rza Kamiyabı öldürdülər.45

1981-ci ilin avqustunda möcahədinlər onlarla hərbi əməliyyat keçirdilər, o cümlədən ”islam inqilabı keşikçiləri” korpusuna bir neçə dəfə hücum etdilər, Tehrandakı hücumda hətta tank əleyhinə raketlərdən də istifadə etdilər. Partizanların aktivliyi 1981-ci ilin avqustun 7-10-unda öz zirvəsinə çatdı; Tehran, İsfahan, Bəm, Sənəndəcə və Kirman şəhərlərindəki hökumət binalarında, İRP-dən olan deputatların qərargahlarında və ”islam inqilabı keşikçiləri”nin kazarmalarında 60-dan artıq partlayış oldu, polis şöbələrinə, silah anbarlarına hücum edildi, müxtəlif obyektlər yandırıldı. 25 avqustda möcahədinlər İranın baş prokuroru, höcət-ül-islam Mehdi Rabbani Əmlaşinin malikanəsinə hücum etdilər. Bundan əlavə, Tehranda onlar tərəfindən İRP-nın Mərkəzi Şurasının üzvü, məclisin deputatı Həsən Əyyat, Kirmanşahda isə islam rejiminin görkəmli nümayəndəsi höcət-ül-islam Bəhuddin İraqi öldürüldü, Səbzəvarda isə İslam inqilabi komitəsinin üzvü, höcət-ül-islam Əxlaqi yaralandı.46

1981-ci ilin sentyabr ayında “möcahədinlər” Mehabad (100 min əhali) şəhəri üzərində nəzarət uğrunda hökumət ordusu ilə küçə döyüşləri aparır, məclis binasına hücum edirdilər, “İslam inqilabının baş prokuroru” A.Koddusinin dəftərxanasını partlatdılar, həmçinin Təbrizdə islamistlərin nüfuzlu lideri ayətulla A.Mədənini qətlə yetirdilər.47

İslamistlər repressiyalarla cavab verirdilər – və bu dövrdə demək olar ki hər gün İrandan “xalq möcahədinlərinin” həbsi və edamı haqqında xəbərlər gəlirdi. Belə ki, 1981-ci il 4 avqustda 27 sol təşkilat üzvü, əsasən, “möcahədinlər” edam edildi; 5-7 avqustda daha 44 nəfər edam edildi, Qum şəhərində isə əsasən “möcahədinlər” olan 40 nəfər həbs edildi; 8 avqustda İranda 30 “möcahədin”, o cümlədən “Möcahədin-ə Xalq” MK-nin üzvü Əhməd Rza Şadbəxş güllələndi; 10 avqustda “islam inqilabı keşikçiləri” “möcahədinlərin” 30 konspirativ mənzilini ələ keçirdilər və “Enqilabe eslamie” yeraltı qəzetinin baş redaktoru Hüseyn Navab-Səfəvi daxil olmaqla, 23 partizan əsir götürüldü; 8-10 avqustda Tehranda, İsfahanda, Təbrizdə və Kərmanda “möcahədinlərə” simpatiyası olanlar arasında kütləvi həbslər aparıldı, həmçinin 9 avqustda Təbrizdə 12 nəfər və İsfahanda və Qəsri-Şirində 6 nəfər edam edildi; 13 avqustda İsfahanda 100-dən çox “möcahədin” həbs edildi ki, onları, hər şeydən əlavə, hocat-ol-islam S.Bəheştiyə sui-qəsd hazırlamaqda ittiham etdilər; 17 avqustda İranda 17 “möcahədin” edam edildi; 18 avqustda “Evin” həbsxanasında – daha 23 nəfər (“Möcahədin-ə Xalq” MK üzvü daxil olmaql) edam edildi; 16-19 avqustda İranda 270-dən çox insan (əsasən “möcahədin” və “fədainlər”) həbs edildi; 20 avqustda – 32 nəfər edam edildi; 21 avqustda Tehranda “islam inqilabçıları keşikçiləri” “Möcahədin-ə Xalqın” “inzibati mərkəzini” hücumla ələ keçirdilər, döyüşdə 3 “möcahədin” və 6 “keşikçi” həlak oldu, 16 nəfər həbs edildi; 20 və 22 avqust tarixləri arasında İranda təxminən 600 nəfər yeraltı fəaliyyət aparan adam həbs edildi, 242 “möcahədin” edam edildi; 24-25 avqustda – 781 nəfər, həmçinin Təbrizdə, Şirazda, Qorqanda 300 “möcahədin” həbs edildi, onlarla konspirativ mənzilləri darmadağın edildi, 37 “möcahədin” edam edildi, Estehban şəhərində isə 28 partizan edam edildi; 28 avqustda 114 nəfər sol təşkilat nümayəndəsi, o cümlədən Tehranda 72 nəfər həbs edildi; 1 sentyabrda İranda daha 39 “möcahədin” edam edildi; 3 sentyabrda – 55 nəfər güllələndi və 190 nəfər həbs edildi; 6 sentyabrda – daha 25 “möcahədin” həbs edildi və s.48 Cavab olaraq,”möcahədinlər” məqsədyönlü şəkildə islam siyasi polisi rəhbərləri, “islam tribunalları” hakimləri, məhbusları izləməyə başladılar. Beləliklə, 29 iyun 1981-ci ildə “Evin” mərkəzi siyasi həbsxana müdiri Məhəmməd Kaçaui güllələndi.49

1982-ci ilin fevral ayında “möcahədinlərin” qüvvəsi tükənmişdi. Təşkilatın lideri Məsur Recavi hələ 29 iyul 1981-ci ildə Fransaya qaçmışdı, iran “şəhər gerillasının” təşkilatçısı və strateqi M.Xiyabani (öz “şəxsi qvardiyası” ilə birlikdə) 8 fevral 1982-ci ildə döyüşdə həlak olmuşdu.50 “Möcahədin-ə Xalq”ın “mərkəzi komandanlığının” son iri əməliyyatları 22 fevral 1982-ci ildə Tehranda baş vermiş, 12 islamçının öldüyü və 60 islamçının yaralandığı partlayış və iran polisi şefi, Vahid-Dostgərdinin sələfi İbrahim Hədcarinin edamı idi.51 1982-ci ilin yaz ayında “Möcahədin-ə Xalq” islamçılar tərəfindən yeraltına qovulmuşdu, “aşkar edilmiş” və qeyri-leqal vəziyyətə düşmüş “möcahədinlərin” böyük hissəsi İranı tərk etməyə çalışırdı.

Bu gün “Möcahədin-ə Xalq” bölükləri İranın Milli Azadlıq Ordusunda birləşərək, İraqda məskunlaşıblar ki, buradan iran ərazisinə reydlər edirlər, teraktlar törədir və bəzən hətta Tehranı raket atəşinə tuturlar. Lakin İraqda “möcahədinlərin” taleyi yaxşı deyil: faktiki olaraq onlar Səddam Hüseynin xüsusi dəstələrinin marionetinə çevriliblər.

Demək lazımdır ki, “Fədain-ə Xalq” və “Möcahədin-ə Xalq”ın məhv edilməsindən sonra TUDƏnin faciəsinə görə (partiya 1983-cü ilin yazında tamamilə dağıdıldı) KPSS rəhbərliyi böyük məsuliyyət daşıyır, onlar TUDƏ-yə, “inqilabi və anti-imperialist” kimi, islam rejimi ilə “konstruktiv əməkdaşlıq” xəttini sırımışdılar. 1981-ci ilin yayı – 1982-ci ilin əvvəlini əhatə edən vətəndaş müharibəsində islamçılar tərəfindən “Möcahədin-ə Xalq” və “Fədain-ə Xalq” məhv edilən zaman SSRİ təbliğat aparatı aşkar şəkildə islamçıların xeyrinə davranır və hətta onların, ayətulla tərəfindən “şahın, MKİ-nin, MOSSAD, monarxistlər, amerikan imperialistləri və sionistlərin muzdlu agentləri” adlandırdığı “möcahədinlər” və “fədainlərə” atdığı böhtanları yayırdılar.52

Bu davranışlar həm də ona görə mənəviyyatsız görkəm alırdı ki, məhz həmin dövrdə islamçı rejim aşkar şəkildə Əfqanıstan ərazisində islamçı müxalifətin silahlı dəstələrini – sovet qoşunları və Babrak Karmal hakimiyyətinə qarşı müharibə üçün formalaşdırır, silahlandırır, təlim keçirir və Əfqanıstanın ərazisinə yayırdı (İranda – ayətulla Möntəzirinin şəxsi nəzarəti altında – cəmi 7 əfqan fundamentalist təşkilat yaradılmışdı),53 Tehran isə kütləvi tirajlarla bu cür xarakterik başlıqlar altında təbliğatçı məhsul dərc etdirirdi (sonra isə Əfqanıstanda yayırdı): “Rus intriqaları və əmir Dost Məhəmməddən Babraka qədər Əfqanıstandakı cinayətləri” və ya “Əfqanıstan – kafir ruslar üçün məzarlıq və dünya islam inqilabının başlanğıcıdır”.54 Əlavə edim ki, məhz “Möcahədin-ə Xalq”, “islam inqilabının” Əfqanıstan və Livana ixrac edilməsində ideoloq və praktik kimi görkəmli təşkilatçı vərdişlərinə malik olan, ayətulla Möntəzirinin oğlu Məhəmməd Möntəzirini öldürməklə, Kremlə ciddi köməklik göstərmişdilər.55

Əlbəttə, demək olar ki, İranda solların məhv edilməsi qaçınılmaz təbii bir proses idi: bütün burjua inqilablarında inqilabçıların sol, sosialist, nəticə olaraq, antiburjua qanadı qalib gəlmiş burjualar tərəfindən məhv edilirdi. Lakin o zaman KPSS rəhbərliyi daha da günahkardır: TUDƏni, onları gözləyən təhlükədən xəbərdar etmək və əvvəlcədən gizli fəaliyyətə keçidlə bağlı göstəriş verməmək cinayət idi. Bu birinci arqument. İkincisi, TUDƏ taleyi və “Möcahədin-ə Xalq”ın taleyi arasında fərq var. Hər iki təşkilat islamçılarn tərəfindən dağıdılıb. Lakin “möcahədinlər” əsl kişilərinqilabçılar kimi həlak olurdular – əllərində silahla, sinfi rəqibə ziyan verərək, öz həyatı bahasına. Məhz buna görə onlar sonda təşkilatlarının onda bir hissəsini qoruyub saxlamağa müvəffəq oldular – mühacirətdə gizli fəaliyyətlə. TUDƏ isə rüsvayçılıqla həlak oldu – müqavimət göstərmədən və itaətlə ölümə gedərək.

Maraqlıdır ki, “За рубежом” həftəlik jurnalı (həmin dövr bu həftəlik jurnal sovet oxucusu üçün beynəlxalq siyasət haqqında məlumat almaq üçün əsas mənbələrdən hesab edilirdi) ayətulla rejiminin “möcahədin” və “fədainlərlə” əsas mübarizəsinə əsaslı surətdə etinasız yanaşdı və yalnız yanvarda, sol şəhər partizanlarının məğlubiyyəti qaçınılmaz olanda moskvatəmayüllü alman jurnalı “Bletter für Deutsche und internazionale politik”dəki psevdomarksist məqaləni təkrar dərc etdi. Məqalədə faktlara və sinfi təhlilə zidd (amma KPSS MK-nin xəttinə uyğun) təsdiq edilirdi ki, Xomeyni tərəfdarları - “inqilabi demokratik qüvvələrdir”, Xomeyninin bütün əleyhdarları – “terrorçu”, “əks-inqilabçı”, “MKİ idarəsi tərəfindən dəstəklənən və yönəldilən” insanlardır və Xomeyni rejimi “əhəmiyyətli nailiyyətləri”, dəqiq ifadə etsək, “daxili həyatın demokratikləşdirilməsi” və “sosial sferanın yaxşılaşmasını” öz aktivinə yaza bilər.

Oxucunun diqqətini bir mühüm fakta yönəltmək istəyirəm: həmin dövr “За рубежом” həftəlik jurnalının baş redaktorunun müavini yuxarıda adı çəkilən “Usama bin Laden fenomeni” yazısının müəllifi V.B.İordanski idi...56

İran inqilabının timsalında sovet hökumətinin psevdomarksist xarakteri aydın oldu. Əgər hər addımda Leninə and içən sovet rəhbərləri əsl marksist olsaydılar, Leninin bu məşhur tələbinə belə aşkar şəkildə etinasız qalmazdılar: “Siyasi təhlilin başlanğıcında siniflər haqqında sual qoymaq lazımdır. Hansı sinfin inqilabından söhbət gedir? Bəs hansının əks-inqilabından?”57

Marksist təhlil baxımından İrandakı “islam inqilabının” xarakteri çox aydın idi: dini hərəkat formasında baş tutan burjua inqilabları – Almaniyada Kəndli döyüşü və ya 17-ci əsrdə ingilis burjua inqilabı kimi. Həm bu, həm də digər mövzu ətrafında marksizmin baniləri ətraflı araşdırma aparmışlar (Artıq yuxarıda deyildiyi kimi, Engels burjua inqilabının bu formasının baş verməsinin tarixi labüdlüyünü sübut etmişdi). Eyni zamanda Kautski və Bernşteynin bu mövzulardakı xüsusi tədqiqatları da marksist klassikaya aid edilir.58 Tomas Münserin, Münster kommunasının və diggerlərin taleyini xatırlamaq çətin olmadı.

Əslində “islam inqilabı” (dini qiyafəli burjua inqilabı kimi) bir neçə əsr gecikdi və imperializm dövründə “orta sinfin” inqilabi hərəkatı kimi ortaya çıxdı – istənilən halda, onda anti-burjua, anti-imperialist və anti-amerikan şüarların istifadəsi və faşist “milli inqilabıyla” üst-üstə düşməsi tamamilə təbii idi. Savadlı marksist üçün burda anlaşılmayan bir şey yoxdur. Nəticə etibarilə, islam fundamentalistləri islam fundamentalizminin siyasi hərəkat kimi ortaya çıxmasından bəri (29-cu əsrin 30-cu illəri) faşizmlə yaxınlıqlarını aydın görürdülər və dərhal Hitler rejimi ilə isti münasibət qurdular. İslam fundamentalistlərinin ilk təşkilatı – “Müsəlman qardaşları” Hitlerdən maliyyə yardımı alır, faşist təbliğatı aparır, nasist Almaniyasının xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olurdu.59 Yerusəlimin ilk fundamentalist baş müftisi Xəy Əmin Əfəndi əl-Hüseyni yalnız 3-cü Reyx və nasist təbliğatının xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olmurdu, həm də RSXA-nın 6-cı bölməsinin tapşırığıyla Yaxın Şərq və Şimali Afrikada üsyanlar təşkil edirdi.60

Klassik faşist hərəkatları iri burjuaziya və aristokratiyanın hakimiyyətini əlindən almaq istəyən “orta sinfin” hərəkatı olduğu kimi, islam fundamentalizmi də mövcud elitalarla hakimiyyət uğrunda mübarizə aparan orta və kiçik burjuaziyanın hərəkatı idi.61 Bir qayda olaraq, buraya elitalarla yerli feodallar və ənənəvi olaraq kompador olan iri burjuaziya aid idi (elə buradan da islam radikalizmi və fundamentalizminin anti-amerikan və anti-imperialist xarakteri bəlli olur). Sinfi xarakterli bu səbəb islamçıların öz sol tərəfdarlarına münasibətinin aqibətini müəyyən etdi.

Kiçik və orta burjuaziya (onlar hakimiyyəti öz nümayəndələri tərəfindən ələ keçirdikdən sonra sosial statuslarını yüksəldirlər) iri burjuaziyaya güzəştə gedə bilərlər, amma sosialist ideyanın tərəfdarı olanlarla, burjuaziyanın və xüsusi mülkiyyətin ləğvinin lehinə olanlarla dil tapa bilməzlər.

Ona görə də “islam inqilabı malikanələr sahiblərini daxma sahiblərindən qorumağa yönəlib” deyən fundamentalistlər hakimiyyətə gələndə malikanə sahibi oldular, “ədalətli islam iqtisadiyyatının” yerinə yalnız sinfi münaqişəyə62 uyğun olan işçi və muzdlu olan yox, həm də islamda ciddi qadağa olan sələmçiliklə məşğul olan, kapitalizm qaydalarına uyğun faiz götürən “islam banklarının” mövcud olduğu adi kapitalist iqtisadiyyatı qurdular.63

Göründüyü kimi, islam inqilabı sosial differensasiyanın azalmasına yox, artmasına gətirib çıxardı. Şah rejiminin süqutundan 10 il sonra aclıq və səfalət halında yaşayan iranlılarln sayı 34 milyona çatdı (əhalinin ümumi sayı 49,5 milyon idi), milyonçuların sayı isə inqilabaqədərki dövr ilə müqayisədə 7 dəfə artdı!64

Klassik faşist hərəkatlarında olduğu kimi, İrandaki islam radikalları arasında da sinfi yanaşmanı (tam olmasa da) qəbul edən və şüursuz sosialist əhval-ruhiyyəsiylə fərqlənən sol qanad var idi (Bəziləri isə birbaşa marksizmi öyrənirdilər, Ayətulla Həcazi kimi). Əlbəttə, onları da Ştrasserçilərin, Strapaezi və “boz köynəklərin” aqibəti gözləyirdi: onlar hakimiyyətə gələn Xomeyniçilər tərəfindən fiziki olaraq məhv edildilər (Sol islamçıların lideri ayətulla Murtaza Mütəxxəri 1979-cu ildə öldürüldü, onun işlərinin oxunulması, saxlanılması və yayılması 1984-cü ildə qanuna zidd elan edildi. Ayətulla Məhəmməd Bəkər əz-Sədr 1980-ci ildə edam edildi. Məşhur ayətulla Əli Şəriəti isə hələ islam inqilabının qələbəsindən əvvəl, 1977-ci ildə öldürülmüşdü.)65

Sosial proseslərə sinfi baxışın, sol ideyaların yaratdığı təhlükənin fundamentalistlər tərəfindən başa düşülməsi İslam rejimini sol hərəkata qarşı çox sərt tədbirlər görməyə vadar etdi; misal olaraq ”allahsızların” ailələrinin məhvini göstərmək olar (Monarxiya tərəfdarlarının ailə üzvlərinə qarşı belə tədbirlərdən əsasən istifadə edilmirdi).66 Bundan başqa, qiyamçı şiə ruhaniliyi ilə mübarizə aparan şahın mühafizə orqanı SAVAK-ın işçiləri birmənalı şəkildə edam edilsə də, “qırmızı təhlükə” ilə mübarizə aparan işçilərə toxunulmadı və onlar islam siyasi polisi SAVAMA-nın (İran Milli İnformasiya və Təhlükəsizlik Təşkilatının) heyətinə əlavə edildilər. Bu şöbələrin rəhbərləri Frazia və Kavadan başqa, SAVAMA şahın uşaqlıq dostu olan və “islam inqilabının” başlanğıcında anti-şah nümayişçilərinə qarşı kütləvi qırğında ittiham olunan general Fardustun xidmətlərindən də müxalifətə qarşı istifadə edildi.

Şah mühafizəsi xüsusi qəddarlığı ilə ad çıxarmışdı; belə ki, SAVAMA-nın divarları arasında məhbuslara yalnız MKİ məsləhətçiləri tərəfindən yayılan “adi müasir işgəncələri” tətbiq etmirdilər (elektroşok və boğma), orda həm də iyrənc və qəddar şərq işgəncə növlərindən, məsələn, odda yavaş-yavaş yandırılmadan da istifadə edilirdi. SAVAMA işgəncə siyahısını klassik orta şərq işgəncələrinin (məsələn, müasir Türkiyədə geniş istifadə edilən dabana taxta ilə döymə) hesabına genişləndirdi və praktikaya üç qat cəzanı tətbiq etdi,67 burada ifadə verib-verməmək heç bir əhəmiyyət kəsb etmirdi. Orta əsr zehniyyətinin sahibləri olan islamçılar bu sahədə də insanın yalnız işgəncə altında həqiqəti danışdığını özündə ehtiva edən orta şərq təfəkkürünə qayıtdılar, çünki bu zaman o, şüurun iştirakı olmadan danışır, yəni yalan deyə bilməz. İnkvizitor və gestapoçuların məntiqi ilə paralellər sadəcə olaraq göz deşir.

Hələ 1982-ci ildə aydın oldu ki, İrandaki islam radikallarının arxasında cəmiyyətdə nisbi və məhdud olsa belə, sosial ədalət cəmiyyəti qurmaq cəhdlərinin şüurlu şəkildə qarşısını alan islamçı mühafizəkarlar dayanır. Bu mühafizəkarlar hələ 1950-ci ildə yaranmış “Höcətiyyə”68 təşkilatında birləşmişdilər. Sirr deyil ki, islam radikalları səudiyyəli multimilyonçular tərəfindən maliyyələşir – Usama Bin Ladenin özü də səudiyyəli multimilyonçudur – Misirin 18 ən varlı ailəsindən 8 milyarder ailəsi (Əş Şərif-Ən Nəccər- Əs Səəd- Ər Rian və b.) “müsəlman qardaşlarına” aiddirlər.69 Misirdəki radikal islam qruplarının xərci ölkənin ən varlı insanı – Osman Əhməd Osman tərəfindən ödənilirdi.70 Müsəlman qardaşları Misirdə ümumi kapitalı 25 milyarda çatan 180 “islam” kompaniyası yaratmışdılar.71 Ona görə də öz “alma mater” – lərinin divarında “1979-cu il kasıblığın ədalətsizlik üzərində qələbəsidir” yazan Tehran Universitetinin solyönümlü tələbələrinin tələsdiyini deyə bilərik. Yeri gəlmişkən, bu şüar çox qalmadı.72 Onu islam radikalları cırıb atdılar.73 Sonra növbə tələbələrə də çatdı – axı Xomeyni demişdi: “bizə intellektuallar lazım deyil.”74

O da maraqlıdır ki, İranda fundamentalist rejim güclənənə qədər sollara qarşı islam radikalları İtalyan “arditi” və alman şturmçulardan götürülmüş tipik faşist taktikasından – qırğın və küçə döyüşlərindən istifadə edirdilər. 75

Əslində, sollarla mübarizədə bu taktikanı islam radikalları hakimiyyətdə olmadıqları yerlərdə də istifadə edirlər. Burada Fələstin nümunəsi yerinə düşür. 80-ci illərin əvvəlindən solyönümlü şərq mətbuatında İsrail tərəfindən işğal olunmuş ərazilərdə sol aktivistlərə qarşı radikalların hücumlarından bəhs edilirdi. Bu tip aksiyaların ən böyükləri kimi – Nablusdaki Ən Nəccəh universitetində (universitet Fəlsətin Kommunist Partiyasının dayağı hesab edilirdi) qırğın (İsrail hakimiyyətinin maneəsi olmadan), Bir – Zeyd şəhərindəki universitetdə tələbə mitinqinə hücum, sol-sosialist “tələbə hərəkatı cəbhəsi”nə qarşı fiziki təzyiq kampaniyalarını göstərmək olar. 76

Diqqətəlayiqdir ki, İsrail hökuməti özü işğal olunmuş ərazilərdə və İsraildə islam fundamentalistlərinin kök salmasına şərait yaratdı. Bu, İsrailin sağ yönümlü hökumətlərinin strateji xətti idi – M. Beqinin (1977-1984) və İ. Şamirin (1990-1992) başçılığı altında sağ və ifrat sağ bloku, Şimon Peres və İ. Şamirin koalisyon “milli birlik hökumətini” və Şamirin 1980-1986-cı illərdəki nazirlik dönəmini göstərmək olar. İslam fundamentalistlərini şirnikləndirməyə İsrail hökuməti 1979-cu ilin yayından başladı (Başqa məlumatlara görə 1980-ci ilin əvvəlindən). Bunu etmək çətin deyildi – fundamentalist ədəbiyyatın gətirilməsinə və təbliğatına göz yummaq və islam ruhanilik sistemində bir sıra dəyişikliklər aparmaq kifayət idi (İsraildə islam icması - muxtariyyəti olan digər dini icmalardan fərqli olaraq, dövlət administrasiyası tərəfindən idarə olunur, təyin edilir və əvəz edilir, bundan başqa, dövlət müsəlman icmasının bütün pul vəsaitlərinə tamamilə nəzarət edir. Nəticədə tezliklə İsrail və işğal olunmuş ərazilərdə fundamental təşkilatlar təşəkkül tapdı. İsrail hökuməti düşünürdü ki, fundamentalistlər fələstinlilər arasında FAT–ın təsirini məhv edəcəklər. Onların təxminləri doğru çıxdı: fundamentalistlər Yerusəlimin baş müftisi Səəd-Əd-Din Əliyaminin “Allahın düşməni” (ateist) elan etdiyi FAT-na daxil olan sol təşkilatların fəalları və aktivistlərini məhv etdilər. İsrail administrasiyası tərəfindən postuna təyin olunan fundamentalist Səəd- Əd-Din Əliyaminin digər maraqlı açıqlamaları və fətvaları ilə də məşhur idi, o hesab edirdi ki, Suriyadakı “allahsız”, “sosialist” rejim İsraildəki rejimdən daha təhlükəlidir. Çünki sosialistlər allahdan tamam uzaqdırlar, yəhudilər isə yox. Onlar sadəcə olaraq sonuncu peygəmbər Məhəmmədə yox, daha əvvəlki peyğəmbərə – Musaya inanmaqla səhv edirlər. Maraqlıdır ki, şeyx bu fətvanı 1982-ci ildə İsrailin Livana qarşı təcavüzü və Livan ərazisində Suriya və İsrail qoşunlarının qarşıdurması vaxtı vermişdi. 77

Yasir Ərafatın sol opponentləri sonradan onu, rəhbərlik etdiyi – Fələstin Azadlıq Hərəkatının (FAT) islamçılarla “təsir dairələri” və sollara qarşı mübarizə barədə imzaladığı gizli razılaşmaya görə ittiham edirdilər. Bu məlumatı sənədlərlə təsdiq etmək mümkün olmadı: amma bu cür razılaşma faktı olması tamamilə mümkündür: İslamçıların burjua-feodal FƏTH-in üzərinə hücum halları çox azdır, islamçılar tərəfindən FƏTH-in kütləvi tədbirlərinin dağıdılması halı məlum deyil, baxmayaraq ki, sollar islamçı terrorun daimi hədəfi olublar. Amma islamçıların israil sağçılarıyla əməkdaşlığı – bu artıq təsdiqlənmiş faktdır.

İsrail administrasiyası tərəfindən islamçıların şirnikləndirilməsi o vəziyyətə çatdı ki, FAT-na daxil olan solların tədbirlərinə islamçıların hücumu olduqda, israillilər bilərəkdən ordunu və polisi iğtişaş yerindən uzaqlaşdırırlar ki, islamçılar rəqiblərinə rahatlıqla divan tuta bilsinlər. FAT-na daxil olan naserist və kommunistləri eyni tale gözləyirdi.78

Fələstindən kənarda da islam radikalları sollara münasibətlərini aydın göstərirdilər. “İslamlaşdırılmış” Sudanda Cəfər Nimeyrinin sollara divan tutmasını xatırlamaq kifayətdir – xüsusi qeyd olunmalıdır ki, məhz sollar SSRİ və solyönümlü ərəb ölkələriylə əlaqələrin qurulması və onlardan kömək alınması hesabına Nimeyrinin79 hakimiyyətdə qalmasına kömək etmişdilər. 80Livanda 1986-1987-ci illərdə “Hizbullah” yerli kommunist partiyasının rəhbərlərini aradan götürdü.81 1982-ci ilin fevralında Suriyada (Xana) “müsəlman qardaşlarının” qiyamı zamanı təxminən 250 baasist və kommunist “allahsız-sosialist” olduğu üçün öldürüldülər82 (Hələ sadəcə öz sol görüşlərinə görə fərdi terrorun yüzlərlə qurbanını, o cümlədən, Dəməşq universitetinin rektoru Məhəmməd Fədil və görkəmli alim və həkim, Suriya-Sovet dostluq cəmiyyətinin üzvü İbrahim Naameni qeyd etmirik83).

Daha bir təsirli nümunə isə Əfqanıstandır. Söhbət MKİ və Mİ-6-nın iştirakı, ABŞ və Səudiyyə Ərəbistanının pulu ilə Pakistan ordusu tərəfindən yaradılan taliblərdən getmir. Söhbət solyönümlü rejim olan Əfqanıstan Xalq Demokratik partiyası (ƏDXP) ilə silahlı mübarizə aparan islam fundamentalistlərindən gedir. Əlbəttə əfqan fundamentalistləri özlərini “Sovet aqressiyası” ilə mübarizə aparan patriot kimi qələmə vərirdilər. Amma bu uğurlu təbliğat gedişindən artıq bir şey deyildi. Əfqanıstanda ilk fundamentalist təşkilat, yeraltı fəaliyyət göstərən Müsəlman Gənclik təşkilatı hələ şahın dövründə, 1969-cu ildə yarandı və Zakir şahın rejiminə eyni zamanda “qərbyönümlü” və “sovetyönümlü” olduğu üçün düşmən münasibətində idi.

“Müsəlman gəncliyi” ideya və təşkilatı baxımdan “Müsəlman qardaşlarının” surəti idi. Təşkilatın sıralarından sonralar fundamentalist təşkilatların məşhur liderləri – Gülbuddin Hikmətyar, Burxanuddin Rəbbani, Yunus Xales və Əbdürrəsul Səyyar çıxmışdılar. “Müsəlman Gəncliyinin” ilk “hərbi əməliyyatı” məhz sollara qarşı hücum olmuşdu – 1972-ci ildə maoist qrup “Şöleyi Cavidə” (Əbədi Məşəl) qarşı hücum həyata keçirilmişdi.84 Əfqanıstanda “İslam İnqilabı” üçün ilk cəhd 1975-ci il üsyanı oldu (Aprel İnqilabına 3, Sovet ordusunun girməyinə 4 il qalmışdı) .85

ƏXDP-nın hakimiyyətə gəlməsindən sonra fundamentalistlər dərhal “ateist rejimə” qarşı silahlı mübarizəyə başladılar. Şiə fundamentalist təşkilatlar İranın ərazisindən, sünni təşkilatları, 1978-ci ildəki aprel inqilabına qədər orda məskunlaşan “Müsəlman Cəmiyyətinin” sələfləri Pakistan ərazisindən hücuma keçdilər (1974-cü ildə “Müsəlman Cəmiyyətinin” üzvləri Pakistan fundamentalist təşkilatı “Camaati İslamın” düşərgələrində hərbi hazıqlıq keçmişdilər, Q.Hikmətyarın başçılığı ilə Əfqanıstan İslam Partiyası (ƏİP) və Əfqanıstan İslam Cəmiyyəti B.Rəbbaninin başçılığı ilə Pakistanda 1978-ci ildə yaradılmışdı).

Bununla belə, əfqan fundamentalistləri ƏXDP əleyhinə mübarizəyə başlayan digər qrup olan əfqan mühafizəkarlarından dərhal ayrıldılar – fundamentalistlərə nümunə olaraq Səbqatullah Möcühəddinin rəhbərlik etdiyi Əfqanıstanın Xilası Xalq Cəbhəsi və Seyid Əhməd Gilaninin rəhbərlik etdiyi Əfqanıstanın Milli İslam Cəbhəsini göstərmək olar. Mühafizəkarlar monarxiyanın bərpasının lehinə idilər, feodal və irsi hakimiyyətin, ali əfqan bürokratiyasının və ruhaniliyin maraqlarını ifadə edirdilər. Fundamentalistlər isə əksinə, monarxiyanın, iri feodalların və ruhaniliyin düşməni idilər. “İslam inqilabının” və Əfqanıstanda “İslam Respublikasının” yaradılmasının tərəfdarı idilər. Məhz bu fikir ayrılıqlarına görə 7 fundamentalist sünni, 3 mühafizəkar təşkilat adı eyni, mahiyyəti fərqli, Əfqanıstan Xilasının İslami İttifaqı adlı blok yaratdılar. Fundamentalistlərin hərbi hissələri mühafizəkarların hərbi hissələrini amansızca məhv edirdilər, bəzən isə əksi baş vərirdi.

Mühafizəkarlar öz hərbi hissələrini rəhbərlərinə, feodallara və dini liderlərə (pir) sədaqəti ilə seçilən cəmiyyətin ən geridə qalmış təbəqəsindən istifadə edərək irsi əsasda qururdular. Fundamentalistlər tərəfdarlarının hər yerdə – ilk növbədə Pakistan və əfqan qaçqınları arasında, Əfqanıstanda isə əsasən orta təbəqənin nümandələri arasından götürürdülər.

Hətta fundamentalist və mühafizəkar təşkilatlarının rəhbərləri də bir-birindən ciddi şəkildə fərqlənirdilər. Məsələn, S.Möcədiddin şərqdə nüfuzlu olan islam təlimlərindən Nəqşibəndiyyənin banilərinin mənsub olduğu həzrətlər (Məhəmməd Peyğəmbərin qohumları) ailəsindən idi. Möcədiddinin klanı Əfqanıstanın ən varlı və nüfuzlu klanlarından idi. S.A. Gilani də əsasən Şimali Afrika və İraqda nüfuzu olan Qədiriyyə şiə ordeninin banilərinin, həzrətlər ailəsinin üzvlərindən idi. Gilani özü ordenin pirlərindən biri idi, onun ailəsi Əfqanıstanda iri torpaq sahələrinə sahib idi. Əfqan fundamentalist təşkilatlarının liderlərinin hamısı orta və kiçik burjua mühitindən çıxmışdılar, şəxsi sosial statusa gəlincə, onlar şəhərin orta təbəqəsinin, “orta sinfin” tipik nümayəndələri idilər. Bu ümumiyyətlə fundamentalist liderlər üçün klassik mənzərədir: “İslam fundamentalizminin liderləri və ideoloqları, bir qayda olaraq, islam cəmiyyətinin ali dini təbəqəsini təmsil etmirlər. Onların çoxunun ilkin dini təhsilləri olmayıb və indi də yoxdur. Belə ki, “Müsəlman Qardaşları” assossasiyasının banisi Həsən Əl-Bənna saatsaz oğlu olan orta məktəb müəllimi idi. Pakistandaki digər fundamentalist təşkilat “Cəmaəti İslamın” banisi Maududi vəkil ailəsindən çıxan jurnalist idi. Nisbətən radikal ideoloq olan əfqan fundamentalizminin praktiki Q. Hikmətyar natamam ali texniki təhsilə malikdir. İslam olan müxtəlif ölkələrdəki fundamentalist cərəyanların ürəyi ruhanilər yox, dindar ziyalılardır.86

Maraqlıdır ki, ƏİP-nın proqramında anti imperialist, anti kolonialist müddəalar yer alsa da, bu ƏİP-nın əhəmiyyətli dərəcə ABŞ-ın MKİ-nin təsir dairəsinə düşməsinə,87ABŞ-dan silah almasına və öz döyüşçülərinə MKİ tərəfindən Pakistan ərazisində yaradılmış düşərgələrdə təlim keçməsinə mane olmadı (yeri gəlmişkən, ilk belə düşərgə hələ 1973-cü ildə yaradılıb).88

Əfqanıstana Sovet ordularının girməsini fundamentalistlər “allahın hədiyyəsi”89 kimi qiymətləndirdilər, çünki bu özü ilə əfqan əhalisinin Pakistan və İrana kütləvi qaçışını gətirdi (Bu daha çox tayfa başçılarının rəhbərliyi və əmriylə təşkil edilən qaçış idi). Bununla da qazanc arxasıyla İranda olan 600-800 min əfqana daha 3.7 milyon qaçqın əfqan qoşuldu. Əfqan fundamentalistləri qaçışı “hicrət” adlandıraraq, Məhəmməd peyğəmbərin tərəfdarıyla birlikdə özünə düşmən kimi yanaşılan Məkkədən Mədinəyə qaçışı ilə birbaşa analogiya aparırdılar. “Hicrət – şeytanın hakimiyyəti olan ərazidən Allah tərəfindən idarə olunan əraziyə getməkdir”– fundamentalistlər bildirirdilər.90 Bununla da beynəlxalq köməyin də hesabına hüquqi islami baza verildi. Əfqan qaçqınlarını qəbul edən ölkələr Ənsar statusunu aldılar (Məhəmmədi qəbul edən Mədinəlilər), əfqan fundamentalisləri islam ölkələrindən və fundamentalist təşkilatlardan kömək alma hüququna iddia etməyə haqq qazandılar.

Onu da qeyd etmək lazımdır ki, fundamentalist İrandan başqa hakimiyyətdə yüz faiz İslam fundamentalistlərinin olduğu – özü də onlar İrandan fərqli olaraq islam inqilabçıları və fundamentalistləri deyillər – daha bir ölkə var. Bu, şəriət və quran əsasında idarə olunan (fundamentalistlər həmişə buna nail olurlar) vəhabi teokratik monarxiyası olan Səudiyyə Ərəbistanıdır. Bu Səudiyyə Ərbistanına Yaxın və orta Şərqdə ABŞ-ın strateji tərəfdarı qismində çıxış etməyə mane olmur. Solyönümlü hind müəlliflərinin çox ehtiyatlı hesablamalarına görə, 80-ci illərdən bəri hər il Səudiyyə Ərəbistanından dünyaya “islami yardım” adı ilə paylanan 12-15 milyard dollardan 4-5 milyardı sünni-islam fundamentalistlərinin (qanuni və qeyri-qanuni), həmin pulun da yarısı əfqan fundamentalistlərinin payına düşür. 91

Səudiyyə rəhbərliyinin əfqan fundamentalistlərinə bu cür diqqəti onların sollara – ƏMDP və “allahsız ruslara” qarşı mübarizədə ön cəbhə kimi baxmasıyla bağlıdır. Səudiyyə Ərəbistanının özünün də əfqan fundamentalist təşkilatı var idi, bu vəhabi Ə. Səyyaf tərəfindən idarə olunan Əfqanıstanın azadlığı uğrundan islamı ittifaq idi (ƏAİİ).92 Səudiyyə Ərəbistanının ABŞ ilə əfqan fundamentalistlərinə hər il 1.5 milyard dollar həcmində amerikan istehsalı olan silah daşınmasının ödənilməsiylə bağlı razılığa gəldi.93 Bundan başqa, Səudiyyə Ərəbistanın ABŞ tərəfindən dəstəklənən fundamentalist təşkilatlara “Stinqer” idxalı haqqında razılaşdı.94 Ümumiyətlə, əfqan fundamentalistlərinin birgə maliyyələşdirilməsi, təlimi və silahlandırılması ABŞ və Səudiyyə Ərəbistanını yaxınlaşdırdı və baasist İraqa qarşı İran Körfəzindəki müharibə vaxtı ortaya çıxacaq gələcək strateji-hərbi əməkdaşlığın əsasını qoydu – bu vaxta qədər ABŞ və Səudiyyə Ərəbistanı arasındaki münasibətlərdə Fələstin məsələsiylə bağlı ziddiyətlər var idi. Başqa sözlə desək, Səudiyyə Ərəbistanı kommunizmi sionizmdən daha ciddi təhlükə hesab etdi və məhz anti-kommunizm Amerikan neoliberalları və Səudiyyə fundamentalistləri arasında ittifaqın əsasını qoydu. 95

Bu şəraitdə “anti imperialist” əfqan fundamentalistlərinin ABŞ, Böyük Britaniya və hətta İsraildən (1983-cü ildə 100 milyon dollar) məmnuniyyətlə pul alması təəccüblü deyildi.96 Xüsusən əfqan fundamentalistlərinin MKİ tərəfindən maliyyələşmə həcminin artması maraqlı faktdır. Əgər 1980-ci ilin əvvəlindən 1984-cü ilin sentyabrına qədər MKİ-nin əfqan fundamentalistləri ilə bağlı “təmiz” xərclərinin miqdarı 325 milyon dollar idisə,97 1987-ci ildə bu rəqəm 900 milyona çatdı.98 Yunusun rəhbərlik etdiyi ƏİP (Hikmətyarın rəhbərlik etdiyi ƏİP ilə səhv salmayın!) xüsusilə Böyük Britaniya ilə isti münasibətlər qurdu və gələcəkdə inglislərdən “stinqerlərin” britaniya analoqu olan “blou payp” raketləri almağa başladılar. 99

Həmçinin Misir, Hind Körfəzi dövlətləri və Pakistan da əfqan fundamentalistlərinə maliyyə, silah-sursat və tibbi vasitələrlə böyük kömək edirdi. Dövlət köməyindən başqa “Müsəlman qardaşları”, “Cəmaəti İslami” və Kəşmir İslamçı təşkilatları da əfqanlara maliyyə, təbliğat ədəbiyyatı, silah və insanlarla kömək edir. Açıq aydındır ki, bu kömək ideoloji xarakter daşıyırdı və solların əleyhinə yönəlmişdi – Nəcbullah rejiminin çöküşünə qədər məhz ƏMDP fundamentalistlərin hücumunun əsas obyekti idi. Əfqanların rəsmi məlumatına görə artıq, 1985-ci ilin iyununda Əfqanıstanda fundamentalistlər hökumətin 243.900 tərəfdarını o cümlədən, təbii olaraq hərbi qulluqçu ola bilməyən 35.700 qadını öldürmüşdülər.100 Maraqlıdır ki, məktəblər və kənd təsərrüfatı kooperativləri “sosializmin qalıqları” kimi fundamentalistlərin xüsusi nifrətinə səbəb olmuşdu. 1985-ci ilin iyununa qədər 1864 məktəb, 1987-ci ilin əvvəlinə qədər isə 906 kənd təsərrüfatı kooperativi məhv edilmişdir. 101



İslamçıların 90-cı illərin əvvələrində törətdiyi və rəsmi məlumatlara görə 30 min, müstəqil tədqiqatçıların hesablamalarına görə 80 min tələfata səbəb olan əsl vətəndaş müharibəsinin baş verdiyi Əlcəzairi də nümumə kimi göstərmək olar.102 Baxmayaraq ki, islam Əlcəzair konstitutsiyasında da mühüm rol oynayırdı, fundamentalistlər rejimi “qeyri-islami” və bir qədər sosialist hesab etdilər və qarşılarına məqsəd kimi teokratiyanın bərpasını qoydular. 103

70-ci illərdə “Müsəlman qardaşları” assossiyasiyanın üzvü olan, islam fundamentalizmini də dəstəkləyən və “Müsəlman qardaşlarına” Misirdəki solların ilk növbədə naserist və kommunistlərin104 təsirini zəiflətmək üçün yeraltından çıxmaq imkanı vərən Ənvər Sədatı xatırlamaq olar – heç Ənvər Sədat özü də bunu inkar etmirdi.105 Onu da qeyd edək ki, “Müsəlman qardaşları” və Sədat arasında vasitəçi kimi 1971-ci ilin yayında onların görüşünü təşkil edən Səudiyyə kralı Veysəl çıxış etdi.106 Elə həmin vaxt kral Veysəl Misirin Əl-Əsxara islam təriqətləri akademiyasına “kommunizm və ateizm” əleyhinə mübarizə naminə 40 milyon dollar ayırdı. Sədat da Veysələ Misir ərazisində bir neçə min “ateist marksizmlə mübarizə aparan islam komitəsi” yaratmağa icazə verdi. 107

Sədatın gözləntiləri tamamılə doğruldu: 1987-ci ilin fevralında Misirdə islam fundamentalistlərinin sayı artıq 3-5 milyona çatmışdı,108 “müsəlman qardaşları” isə Misir Daxili İşlər Nazirliyini kommunistlər və digər solların fəaliyyəti barədə məlumatla təmin edirdilər – bu məqsədlə hətta solyönümlü yeraltı qrupların tərkibinə öz agentlərini soxmuşdular.109 Onu da qeyd edək ki, misirli islam radikalları fələstin fundamentalistləri kimi solları imperializmdən, sionizmdən daha təhlükəli düşmən hesab edirlər: (1981-ci ildə Sədatı öldürdüyü üçün məşhurlaşacaq110) “Əl-Cihad Əl-Qədid” Misir islam təşkilatının nəzəriyyəçisi Məhəmməd Əbd-əs-Səlam Faraq öz tərəfdarlarına əvvəl ateistlərin məhvi, daha sonra İsrail və imperializmlə mübarizəyə başlamağın vacibliyi barədə kitab yazmışdır. 111

Xomeyninin obrazlı ifadəsiylə desək, radikal islamçılar sollara “böyük şeytan”, imperializm və sionizmə isə “balaca şeytan” kimi baxırlar. Hətta əksi olsa da belə anlaşılır ki, imperializm və sionizmin məhvi yolunda islamçılar sosializm tərəfdarlarının məhvini ilkin addım hesab edirlər.

Elementar məntiq deyir ki, əgər sollar axmaq deyillərsə, islam radikallarına da eyni cür yanaşmalıdırlar.

29 dekabr 2001 – 13 avqust 2002-ci il

“Свободная мысль-XXI” jurnalının 12-ci sayinda dərc olunub.



1 “Dorados” – Vilya döyüşçülərinin ləqəbi (isp. dilində dorados – qızıl suyuna çəkilmiş, parlaq), ad ona görə qoyulmuşdu ki, Vilyanın bu şəxsi qvardiyası üzvlərinin qızıl suyuna çəkilmiş və qızılla tikilmiş lampasları var idi.

2 Bax.: Documentos historicos de la Revolución Mexicana. T. XII. México, 1967. P.16–20.

3 Bu barədə bax: məsələn: Lenqqud A.D. “Скрытый террор”. Moskva., 1984, həmçinin “За рубежом” jurnalı, 1982, № 11. Səh. 14.

4 Bu qlobal forumlar (1992-ci ildə Rio-de-Janeyroda, 1994-cü ildə Mançesterdə və 1996-cı ildə İstanbulda) Rusiyada mifologiya predmetinə çevrilib. Əsasən Riodakı forum əfsanələşdirilib ki, burada “Rio-de-Janeyro Deklarasiyası” qəbul edilmişdi, iddia edilir ki, “üçüncü dünya” ölkələri “birinci dünya” ölkələrinin inkişaf yolunu təkrar etməməli, yəni sənayeləşməməlidir. Bizim “dayanıqlı inkişaf” tədqiqatçıları (o cümlədən RFKP rəhbərliyinə yaxın olan çevrələrdən, xüsusilə mərhum akademik V.A.Koptyuq) bu sənədi “kapitalist inkişaf yolunun çıxılmazlığı” “sübutu” kimi reklam etdilər. Əslində isə “Rio-de-Janeyro Deklarasiyasının” məğzi “üçüncü dünya” ölkələrinə, “birinci dünyanın” xammal daimi təminatçıları statusunu verməkdən, onların müstəqil texniki inkişafının qarşısını almaqdan ibarət idi. Qlobal forumlar Avropa İttifaqının hesabına təşkil edilmişdi və oraya nəzarət altına almaq üçün müxalifyönümlü QHT dəvət edilmişdi – ona görə ki, onları ənənəvi olaraq “yemləyən” Qərbə qarşı dayanan tərəf – SSRİ – məhv olmuşdu. Qlobal forumların əsas məqsədi, təbliğatçılarının dediklərinin əksinə olaraq, heç də “vətəndaş cəmiyyətinin inkişafı” deyildi, “sosial əməkdaşlıq” konsepsiyasının tətbiqi, yəni müxalifətin zərərsizləşdirilməsi idi. QHT ilə eyni səviyyədə forumlarda iştirak etməli olan hökumət strukturu nümayəndələri (əgər təşkilatçıların reklamına inansaq) forumun nə üçün yığıldığını bilərək, onlara etinasız yanaşdılar (bələdiyyə səviyyəsində inzibatçıların göndərilməsi ilə kifayətləndilər). Bəzi trotskist qruplar, həmkarlar ittifaqları və digər QHT, Qlobal forum təşkilatçılarına aldanaraq, nəticədə uğurla “sosial əməkdaşlığa” daxil edilmişdilər (Balkan yarımadasında NATO xüsusi tapşırıqlarının yerinə yetirilməsinə qədər!).

5Взгляд” (Perm) № 39. Səh. 31. Bu məlumatın yalnız, OPOR QHT tərəfindən buraxılan Perm jurnalında tapıla bilməsi o faktla izah edilir ki, Mançesterdəki Qlobal forum nümayəndələri Rusiyadan Foruma məhz permli QHT nümayəndələrini dəvət etmişdilər – rəsmi olaraq ona görə ki, Perm ərtaf mühitin kritik vəziyyəti və fəal (və tez-tez uğurlu) fəaliyyət göstərən QHT (hüquq mühafizəçiləri, işçilər və ekoloji təşkilatlar, OPOR halında – eyni şeydirlər) ilə məşhurdur, əslində isə bu QHT-ləri zərərsizləşdirmək ümidi ilə dəvət edilmişdilər, çünki onlar kifayət qədər aktiv şəkildə Perm əyalətində müəsissələri satın alan (öz adamları vasitəsilə) qərb korporasiyalarına qarşı (qaçınılmaz olaraq bu hadisələri istehsal və iş yerlərinin ixtisarı olacaqdı) müqavimət göstərirdilər. Ümumilikdə, OPOR fəalları Qlobal forumların təşkilatçılarının hiyləsini başa düşdülər. BTM-nə hücuma dair işçilərin reaksiyası haqqında OPORların nə yazdığını oxuyun: “Permdə işçilər arasında sorğu göstərdi ki, çoxluq ticarət mərkəzinin amerikan klerklərinin həlak olmasına etinasızdır. Çoxları isə bunu “dərin məmnuniyyət” hissi ilə qəbul etdilər. Məhayət, serb və ərəblərin qatillərini, bu ticarət mərkəzində dünyanın suyunu çıxaranları cəzalandırdılar. Nəhayət ki, təkəbbürlü, lovğa yankiləri əzdilər... Nyu-Yorkda dağılmış iki binanın nə olduğu haqqında düşünmək lazımdır. Axı onlar, ABŞ-ın bütün dünyanın qanını içmək, həmçinin, Rusiya daxil olmaqla, investisiya axınlarını topladığı alətlərdən biridir ki, Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsindən hər il milyonla insan həlak olur. Dünyada bu iki binanın fəaliyyəti ilə yaranmış aclıq ildə 40 milyon insanı öldürür (“Рабочий вестник” (Perm), № 42).

6 The World Social Forum. Eco-Socialist Diary. No 3. Maraqlıdır ki, Portu-Aleqridə keçirilmiş II beynəlxalq sosial forumda bu təşkilatların nümayəndələri artıq yox idilər: onlara, BMT Baş Assambleyasında uşaq problemlərinə dair xüsusi konfransın təşkil edilməsini təklif edən BMT əməkdaşlarının tabeliyində idilər ki, burada söhbət heç də aclıqdan deyil, təhsilə çıxışdan, uşaq əməyinin istismarından, uşaqların cinsi istismarından və uşaqların silahlı münaqişələrdən istifadə edilməsindən gedirdi. BMT, UNICEF və ÜST-nin ünvanına mənfi fikirlərə yol verilmirdi – onlar tərəfindən maliyyə köməyindən məhrum olmamaq üçün. Kofrans zəif və heç nəyə məcbur etməyən qətnamələrin qəbulu ilə başa çatdı. “Yeni dünya intizamına” təhlükə törədənlərin neytrallaşdırılmasının gözəl bir nümunəsidir: qadağan edə bilmirsənsə - satın al!

7Свободная мысль-XXI” jurnalı, 2002, № 4. Səh. 72–76.

8 Orada. Səh.76. Mən, İordanskidən fərqli olaraq, inanıram ki, hər bir tiranın məhvi – şücaətdir və hər rus çarını on dəfə öldürməyə səbəblər kifayət qədər idi (xüsusilə, II Aleksandrı – polşa üsyanını yatırılması və üsyan olan rayonlarda əhalinin soyqırımına, Bezdnada güllələnməyə, bəyannamələrin saxlanılmasına görə xalqçılara ölüm hökmləri verilməsinə (məsələn, Lozinski və Rozovskidə olduğu kimi), 1877-1878-ci illərdə rus-türk müharibəsinə, daha şərəfsiz Berlin traktatı ilə yekunlaşmış şərəfsiz Şipka və Plevnaya görə və s)

9 Tipik nümunə – avstraliyalı sol aktivist Stiven Cobbun məqaləsi:

http://www.left.ru/2002/13/job63.html;

http://www.left.ru/2002/14/job64.html;

http://www.left.ru/2002/15/job65.html




10 Müsəlman ölkələrində sosialist ideyaların islamla birləşdirilməsinin çoxsaylı cəhdlərini – naserist və BAAS-dan başlayaraq Qəddafiyə qədər – indiki halda hesaba almamaq olar, çünki onlar sadəcə olaraq “xristian sosializminin” islam variantıdırlar, məsələn, Myanmada analoji calaq artıq buddizmlə aparılır; Qərbdə sollar tərəfindən islamın nümayişkəranə şəkildə qəbul edilməsini doğurmuş ayrı-ayrı hallar (R.Qarodi, bəzi “qara panteralar”, “Qırmızı briqadaların bəzi üzvləri) həmçinin “fərqli operadandır”.

11 Bax.: http://imperium.lenin.ru/EOWM/eowm7/millenium.html

12 Бренер А., Шурц Б. Апельсины для Палестины. CПб., 2002. Səh. 27..

13 Savadlı sol üçün – məqsədi təbii ki, dünya sosialist inqilabı olan – kafi arqument artıq o fakt olardı ki, islam radikalları “islam inqilablarının” bütün dünyada yayılmasını qarşılarına məqsəd olaraq qoyurlar və öz müraciətlərini “Yaşasın dünya islam inqilabı” çağırışı ilə bitirirlər (Bax. Спольников В.Н. Афганистан: исламская оппозиция. Истоки и цели. М.,1990. səh.105,108)

14 Bax: məsələn: Резников А.Б. Иран: падение шахского режима. М., 1983. s. 60–62, 66–67, 78, 108–111, 118–120, 130–131, 152.

15 Onu xatırlatmaq lazım gəlir ki, bu sübut olunmuş faktdır. F.Engelsin “Almaniyada kəndli müharibəsi” əsərində sübut olunub. Bax: Marks К. və Engels F. Əsərləri. Cild. 7. М., 1956. s. 360–376.

16 Orada. Səh.92. İranda “islam inqilabından” sonra sağ, islamist qruplaşmaların şiə ruhaniliyi tərəfindən maliyyələşdirilməsi misilsiz dərəcədə artdı: təkcə “Hizbulla” (əsas, livan və fələstin şöbələri daxil olmaqla bütün təşkilat) 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində İrandan hər il 30 milyon dollar, 1997-ci ildə isə 100 milyon dollar alırdı (“Security”, 1999, İyun, səh.8).


17 Мусави Хомейни Р. “Путь к свободе. Речи и завещание”. М., 1999. s. 209.

18 Orada s.189–190.

19 Orada s. 193.

20 Orada s. 75–76.

21 Orada s. 64.

22 Васильев А.М. Персидский залив в эпицентре бури. М., 1983. s. 113.

23 Мусави Хомейни Р. Orada s. 195, 58.

24 Orada s. 216–217.

25 Orada s. 79. Maraqlıdır ki, burada Xomeyninin fikirləri ABŞ-ın ZOG (Sionist işğalçı hökumət) nəzarəti altında olduğunu düşünən neofaşistlərlə tamamilə üst-üstə düşür.

26 Orada s. 85–86.

27 Orada s. 265.

28 Orada s. 304.

29 Orada, s. 87.

30 Orada. Səh.92. İranda “islam inqilabından” sonra sağ, islamist qruplaşmaların şiə ruhaniliyi tərəfindən maliyyələşdirilməsi misilsiz dərəcədə artdı: təkcə “Hizbulla” (əsas, livan və fələstin şöbələri daxil olmaqla bütün təşkilat) 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində İrandan hər il 30 milyon dollar, 1997-ci ildə isə 100 milyon dollar alırdı (“Security”, 1999, İyun, səh.8).

31Orada s. 87.

32 Orada s. 77

33 Orada s. 76

34 Le Canard enchaîné, 1964, N 50.

35 Агаев С.Л. “Иран: рождение республики”. М., 1984. s. 30–31.

36 Васильев А.М. Orada s.114.

37 Мусави Хомейни Р. Orada s. 78–79.

38 Orada s. 79.

39 Bax.: Iranian Fascism. Tragedy of Revolution. Aden, 1989. P. 23–25.

40 Bax, məsələn: Atchine M., Vellot J.-C. Ni l’Iran ni l’Irak. Damas, 1983. P. 10–11.

41 “İrangeyt” üzrə ədəbiyyat həqiqətən də həddən artıq çoxdur: “Əl-Şiraz” livan jurnalındakı 1986-cı il 4 noyabr tarixli, bütün dillərə tərcümə edilmiş məşhur məqalədən başlayaraq. “İran-kontras” skandalı haqqında 100-dən çox kitab və broşura və on minlərlə məqalə yazılmışdır. “İrangeytə” “Şirkətin daxilindən”, yəni MKİ-dən baxış maraqlıdır: Вудворд Б. Признания шефа разведки. М., 1990. Daha az məşhur “Avropa İrangeyti”nin (əxlaqsız Qərb, yəni Böyük Britaniya, Fransa, İxveç, AFR Avstriya, İşveçrə, Belçika, İspaniya, Norveç, İtaliya, Hollandiya və Finlandiyadan İraana, müsəlmanların məşkunlaşdığı qonşu İraqla müharibə üçün gizli silah göndərmələr) daha məzmunlu tədqiqatları haqqında kitab: De Bock W., Denaiu J.-C. Des armes pour l’Iran. L’Irangate Européen. P., 1988.

42 Təəssüf ki, həlak olmuş “fədainlərin” sayı haqqında uyğun məlumat tapmaq mümkün olmadı – həm də, 1980-ci ildə “Fədain-ə Xalq”ın “çoxluğun” təşkilatı və “azlığın” təşkilatına parçalanmasından sonra “fədainlərin” fəaliyyəti haqqında məlumatda daima qarışıqlıq yaranır. Lakin islamçı İranda sollara qarşı repressiyaların miqyası böyük idi. Yalnız 1981-ci ilin iyul-noyabr aylarında 2000 insan edam edilmişdi (“Известия”, 2-3 dekabr, 1981-ci nəşri). Bu dövrdə edam olunanların, bir qayda olaraq, 40%-dən çoxunu “möcahədinlər”, təxminən 40%-ni “fədainlər”, təxminən 5%-ni – digər sol təşkilatların üzvləri təşkil edirdilər (İranian Fascism, səh.12), hər edam olunmuş “fədain” üçün isə 5-7 repressiya edilmiş – adətən məhkəməsiz öldürülmüş – ailə üzvləri məhv edilirdi. Buna atışmalarda və məhkəməyə qədər – işgəncələr zamanı çox sayda həlak olmuşları da əlavə edək.

43 Iranian Fascism. P. 5. Müqayisə üçün – SAVAK mövcud olduğu 30 ildə şah rejiminin 65 mindən artıq əleyhdarlarını məhv etmişdir (Dünya ölkələri. Qısa siyasi-iqtisadi sorğu kitabçası. M.,1979, s.168)

44 Литературная газета, 11.07.1981; Известия, 1/2.09.1981; Правда, 7.09.1981.

45 Правда, 14.07.1981, 19.07.1981, 21.07.1981, 24.07.1981, 25.07.1981; L’Unitá, 14.07.1981, 21.07.1981; Известия, 25/26.07.1981, 30/31. 07.1981.

46 Известия, 5/6.08.1981, 7/8.08.1981, 13/14.08.1981, 17/18.08.1981, 25/36.08.1981; Правда, 6.08.1981, 10.08.1981, 12.08.1981, 26.08.1981; The Washington Star, 8.08.1981; Московский комсомолец, 19.08.1981.

47 Правда, 7.09.1981; L’Unitá, 7.09.1981; L’Humanité, 22.09.1981.

48 Известия, 5/6.08.1981, 8/9.08.1981, 17/18.08.1981, 18/19.08.1981, 20/21.08.1981, 22/23.08.1981, 25/26.08.1981, 27/28.08.1981; Правда, 6.08.1981, 8.08.1981, 10.08.1981, 11.08.1981, 12.08.1981, 23.08.1981, 26.08.1981, 29.08.1981, 2.09.1981, 4.09.1981, 7.09.1981; The Guardian, 9.08.1981; Московская Правда, 14.08.1981; Московский комсомолец, 19.08.1981, 29.08.1981.

49 Правда, 1.07.1981.

50 Iranian Fascism. P. 7.

51 Ibid. P. 8.

52 Bax.,: Правда, 1.07.1981, 1.09.1981, 2.09.1981, 4.09.1981; Известия, 1/2.07.1981, 1/2.09.1981. Hətta 1983-cü ildə, yəni TUDƏ-nin məhvindən sonra “Dünya ölkələri” sovet kitabçasıbıb müəllifləri belə bir şey yazmaqdan çəkinmədilər: “ABŞ, İsrail və digər mürtəce qüvvələr tərəfindən dəstəklənən əks-inqilab (İranda – A.T.) ölkədə anarxiya və xaos yaratmağa, inqilabın antiimperialist xarakterini dəyişdirməyə səy göstərir. Bu məqsədlə o, terrora əl atır, sui-qəsdlər təşkil edir, anti-sovet və antikommunist təbliğat aparır... Beynəlxalq imperializmin iştirakı ilə İranın İraqla müharibəsi törədilib...” (Страны мира. Краткий политико-экономический справочник. М., 1983. С. 164). Sən demə, İran dövləti deyil, “ABŞ və İsrail tərəfindən dəstəklənən, terrora əl atan əksinqilab” (oxu: “Möcahədin-ə Xalq” və “Fədain-ə Xalq”) İranda anti-sovet və antikommunist təbliğat aparır! Sən demə, ərəblərin məskunlaşdığı iran əyalətlərini “azad etmək” qərarına gəlmiş (İrandakı qarışıqlıqdan istifadə edən) avantürist Səddam Hüseyn yox, hansısa “imperializm” qüvvələri iran-iraq müharibəsini başladıblar!

53 Спольников В.Н. Orada. s. 107–108.

54 Orada. s. 181, 184.

55 Orada. s. 106

56За Рубежом” jurnalı, 1982, № 4. s. 16–17.

57 Lenin V.İ. Bütün əsərləri. Cild 34. М., 1965. s. 83.

58 Bax. Каутский К. Предшественники новейшего социализма. Т. 1. М.–Л., 1924; Т. 2. М.–Л., 1925; Бернштейн Э. Социализм и демократия в Великой Английской революции. М.–Пг., 1924.

59 Bax., məsələn: Новое время, 1978, № 8. s. 12.

60Мадер Ю. Сокровища «Черного ордена». Документальный рассказ. М., 1966. s. 198.

61 Bax.: Марксизм и современность (Киев). 1998, № 1. s. 127.

62 İran proletarları və kapitalistləri arasında tipik sinfi konfliktin son nümunəsi haqqında Bax: AP, 16.07.2002

63 Bu qadağadan yayınmaq üçün islam bankları sələmçiliyi maskalayan müxtəlif üsullardan istifadə edir. Bunun necə edildiyi haqda Londonda çıxan “Əş-şərk Əl-Əsfat”ərəb qəzetindəki xüsusi araşdırmada yazılmışdır. İslam bankları kreditə faiz aldığı müştərilərə özlərini ticarət vasitəçisi kimi təqdim edir və bununla da yüksək 10 faiz almaqla öz əməlini maskalayır, eyni vaxtda bütün xərcləri (sığorta da həmçinin) və itkiləri debitora yazırlar. Bundan əlavə, islam bankları aktiv şəkildə öz vəsaitlərini qərb banklarına qoyub buradan faiz götürürlər. Burada bankda faizsiz əmanətlərə malik müştərilər şübhələnmirlər ki, bankirlər onların hesablarından varlana bilərlər. (bax.: см.: Жданов Н.В., Игнатенко А.А. Ислам на пороге XXI века. M. 1989. s. 112–113).

64 Литературная газета, 30.11.1988. “İslam inqilabı” ərəfəsində İranın 37 milyon əhalisindən 18-i aclıq və səfalət vəziyyətindəydi (Iranian Fascism. Səh. 3).

65 Iranian Fascism. s. 4.

66 Забриски Rider, № 13. s. 130.

67 Klassik orta əsrlər rpraktikası . Bax.: Семевский М.И. Тайный сыск Петра I. Смоленск, 2001. С. 195–196; Анисимов Е.В. Дыба и кнут. Политический сыск и русское общество в XVIII веке. М., 1999. С. 423–425.

68 The New York Times, 13.04.1982.

69 Игнатенко А.А. Халифы без халифата. Исламские неправительственые религиозно-политические организации на Ближнем Востоке: история, идеология, деятельность. М., 1988. С. 83.

70 Жданов Н.В., Игнатенко А.А. Op.cit. s.162.

71 The Islamic Impulse. Georgetown, 1987. P.130.

72 Агаев С.Л. Orada.s. 323.

73 Жданов Н.В., Игнатенко А.А. Orada.s. 107.

74 Агаев С.Л. Orada.s. 243.

75 Bax.Orada s. 230–234. Hətta islam rejiminə uyğunsuz loyallıq göstərən (ABŞ ilə qlobal qarşıdurmada) sovet təbliğatçıları da islam radikallarını “qarayüzlük” adlandırmağa məcbur oldular (Новое время, 1983, N21. s.11). Maraqlıdır ki, bu etiraf 9 dildə çıxan və büyün dünyaya yayılan, yəni KPSS-nin xarici təbliğat maşınının vacib tərkib hissəsi olan “Новое время” qəzetində çıxdı. “Новое время” ümumi antimamerikanizm zəminində molla rejimi ilə oyun oynayan sovet siyasətini tamamilə haqlı olaraq tənqid edən iranlı tələbə-emiqrantları dəstəkləmədi. Yeri gəlmişkən, Volskiyin də yazdığı kifayət qədər demaqoq, qeyri-inandırıcı görsənirdi və marksizmə aidiyyatı yox idi (Əgər nəyəsə aidiyyatı var idisə, bu yalnız Bismarkın Realpolitiki ola bilərdi). Volskiyin çıxışının yersiz görsənməsinin əsas səbəbi həm də o idi ki, “Новое время” qəzetinin həmin sayında İranda 13 TUDƏ üzvünə ölüm hökmü çıxarılması və 200 nəfər üzərində təcili məhkəmə qurulması haqqında xəbər var idi.

76 Независимая газета, 10.04.1996.

77 Orada.

78 Orada.

79 Bax:. Демократическая Республика Судан. М., 1973. С. 168–171; Жданов Н.В., Игнатенко А.А. Указ. соч. С. 116–119.

80 Bax: Демократическая Республика Судан. М., 1973. s. 162–167.

81 Игнатенко А.А. Op.cit. s. 113.

82 Le Mond, 2.08.1984.

83 Азия и Африка сегодня, 1981, № 6. s. 45.

84 Спольников В.Н. Orada. s.20.

85 Orada. s. 22–23.

86 Orada. s. 66.

87 Orada. s. 48.

88 Bax.: Gupta B.S. Afghanistan Syndrome. How to live with Soviet power. Delhi,1982. P. 42; Asian Survey, 1984, N 4. P. 397; MERIP Report, 1980, N 89. P. 25.

89 Sovet hökuməti Əfqanıstanda 2 faciəvi səhvə yol verdi: Birincisi, “məhdud kontingentin” ölkəyə müdaxiləsi haqqında idi, halbuki əfqanların ölkələrinə əcnəbinin - xüsusilə qeyri-müsəlman qoşunun - gəlişinə necə reaksiya verməsi hamıya məlumdur. İkinci səhv - hətta səhv yox, bu, birbaşa cinayət idi – Qorbaçovun, ordunun Əfqanıstandan çıxarılması haqqında qərarı idi. Əgər müharibə başlanıbsa, onu udmaq lazımdır. Əfqanıstandan ordunu çıxarmaqla (yəni müharibəni uduzmaqla) Qorbaçov SSRİ-nin süqutunun əsasını qoydu; bu, məğlub olunmuş rus-yapon müharibəsinin 1905-ci il inqilabını başlatmasına bənzədi. Bundan başqa, ƏXDP-ni islam irticası və qərb imperializminin birləşmiş qüvvələriylə üzbəüz qoyaraq, Qorbaçov bütün dünyaya göstərdi ki, Sovet hökuməti müttəfiqləri ilə necə davranır – onları taleyin hökmünə buraxır. Özünə hörmət edən ölkələrdə buna görə tribunala verirlər.

90 Sitat: Спольников В.Н. Göstərilən mənbə üzrə. s.39

91 Socialist (Calcutta), 1997, N 50.

92 Спольников В.Н. Orada. s.57. Yalnız 1984-cü ilin mayında Səudiyyə Ərəbistanı A.Sayafa 10 mln. ABŞ dolları vermişdi (The Washington Post, 11.05.1987).

93 The Washington Post, 11.05.1987.

94 Ibid.

95 Bax.: Saikal A., Maley W. The Soviet Withdrawal from Afghanistan. Cambridge, 1989.

96 The International Herald Tribune, 29.02.1984.

97 The International Herald Tribune, 11.09.1984.

98 New Statesman, 1988, N 22.

99 Спольников В.Н. Orada. s. 56.

100 Известия, 8.06.1988.

101 Orada; Жданов Н.В., Игнатенко А.А. Göst.mənbə üzrə. s. 219.

102 Компас, 1999, № 25. s. 73.

103 Bax.: Le Monde, 12.08.1990.

104 Новое время, 1978, № 8. s. 13.

105 Le Monde, 7.10.1981.

106 Игнатенко А.А Göst.mənbə üzrə. s. 22

107 Mirel P. L’Egyptedesruptures. L’Ere Sadate, de Nasserà Moubarak. P., 1982. P. 109.

108 The Islamic Impulse. P. 130.

109 Carre O., Michaud G. Les Frères musulmans. P., 1983. P.111–112.

110 Adətən belə hesab edilir ki, Sədatın ölümü fundamental qruplaşma olan “Ət-Təkfir vəl-Hicrə” tərəfindən törədilib, amma əslində bu “Ət-Təkfir vəl-Hicrə” və ”Əl-Cihad əl-Qədid”in birgə əməliyyatı idi (bax.: Рети Э. Смерть на трибуне. М., 1983. s. 13). Maraqlıdır ki, “Müsəlman qardaşlarının” fəaliyyətini dəstəkləyərək Sədat öz ölüm hökmünü imzaladı. “Ət-Təkfir vəl-Hicrə” “Müsəlman qardaşlarının” nəzdində olan bir qrup idi (Новое время,1978, No.8, s. 12).

 Bax: Orada; Жданов Н.В., Игнатенко А.А. Göst.mənbə üzrə. s.173.

111 Bax: Orada; Жданов Н.В., Игнатенко А.А. Göst.mənbə üzrə. s.173.

Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin