AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin
ALFAPRO Yalnız kişilər oxusun! Cinsi performansınız inanılmaz olacaq! DAHA ƏTRAFLI→
Formanın Yuxarısı
Formanın Aşağısı
Yüklə 116,1 Kb.
tarix
14.01.2017
ölçüsü
116,1 Kb.
#64
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir
ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI
BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ T Ə H S İ L P R O Q R A M I
İxtisasın (proqramın) şifri və adı: 050403 – Maliyyə
BAKI – 2014
Ümumi müddəalar
Bakalavriat səviyyəsinin “050403 – Maliyyə” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.
İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.