Nöqtələr
◘Bu ayə ilahi lütfün yalnız yəhudilərə aid olması haqqındakı yanlış təsəvvürü alt-üst edir. Ayədə buyurulur: Allah Öz risalətini kimə tapşıracağını yaxşı bilir. O öz bəndələrindən ən layiqlisini seçib Öz xüsusi lütfünü onun halına şamil edir. Allahın həm lütfü genişdir, həm də hikməti ayırd edəndir.
75. ﴿وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لاَّ يُؤَدِّهِ إِلَيْكَ إِلاَّ مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَيْسَ عَلَيْنَا فِي الأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ﴾
“Kitab əhli arasında elələri var ki, əgər onlara böyük sərvət tapşırsan, onu sənə necə varsa elə qaytararlar. Onlardan bəzisinə isə bir dinar əmanət versən, daim başı üzərində durub tələb etməsən, geri qaytarmazlar. Bunun səbəbi odur ki, deyərlər: “Ümmilərin (kitab əhli olmayanların) haqqında nə etsək, bizə günah yoxdur.” Halbuki onlar agah şəkildə Allaha yalan deyirlər.”
Dostları ilə paylaş: |