Bildirişlər
1. İstənilən bir kəs tərəfindən şirkə istənilən növ dəvət qadağandır.
2. Küfr təkcə Allahın inkarı deyil. İstənilən bir məxluqu Rəbb saymaq küfrdür.
81. ﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ﴾
“(Xatırla,) o zaman ki, Allah (əvvəlki) peyğəmbərlərdən “əgər sizə Kitab və hikmət versəm, sonra sizə doğru sizdə olanı təsdiq edən peyğəmbər göndərsəm, ona iman gətirməlisiniz və yardım etməlisiniz” deyə əhd aldı. (Sonra Allah) buyurdu: "Bu peymanı təsdiq edib, mənim ağır əhd yükümü götürürsünüzmü?” (Peyğəmbərlər) dedilər: “Təsdiq edirik.” (Allah buyurdu: “Özünüz şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.”
82. ﴿ فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾
“Bundan (əhddən) sonra üz döndərən kəslər həmin günahkarlardır.
Dostları ilə paylaş: |