Bildirişlər
1. Hər insan Quranın bütün ayələrini anlaya bilmir.
2. Azğın qəlblər fəsad və fitnə mənşəyidir.
3. Fitnə yalnız hərbi və fiziki təxribat deyil. Şəxsi rəy əsasında təfsir, əqidə və Quran ayələrinin təhrifi də fitnədir.
4. Bəzən haqq batilin əlində bəhanə olur.
5. İlahi ayələrin son məqsədini və uca qayəsini yalnız Allah və elmdə möhkəm olanlar bilir.
6. Elmdə möhkəm olanların (“rasix”) adı Allahın müqəddəs adı ilə yanaşı çəkilir. Allahın məqamından sonra onların məqamı gəlir.
7. Elmin dərəcələri var və elmin ən yüksək dərəcəsi təvillə tanışlıq və son məqsədə çatmaqdır.
8. Həqiqi alimlərdə təkəbbür olmur.
9. Batilə meyl elmdə möhkəmliyin maneəsidir. Elmdə möhkəm olanlarla qəlbində azğınlıq olanlar əks qütblərdə qərar tuturlar.
10. Hər başa düşmədiyimizi inkar etməyək.
11. Ayələrin möhkəm və mütəşabeh şəkildə nazil olması tərbiyəvi xarakter daşıyır.
8. ﴿ رَبَّنَا لاَ تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّابُ ﴾
“(Elmdə möhkəm olanlar deyir:) Pərvərdigara! Bizi hidayət etdikdən sonra qəlblərimizi azğınlığa sövq etmə. Öz tərəfindən bizə bir rəhmət bağışla. Həqiqətən də, Sən Özün çox bağışlayansan.”
Dostları ilə paylaş: |