Bildirişlər
1. Kəbə xalqın ibadət və duası üçün bünövrəsi qoyulmuş ilk evdir.
2. Məbudların tarixi keçmişi onların dəyər ölçülərindəndir.
3. Kəbənin xeyir və bərəkəti təkcə möminlər üçün yox, hamı üçündür.
4. Xalqın olması Kəbə üçün bir dəyərdir.
5. Kəbə xalqın hidayət mayasıdır.
97. ﴿فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ﴾
“Onda aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Hər kəs oraya daxil olsa, amandadır. Allah üçün o evə həccə getmək xalqın öhdəsinədir. (Əlbəttə,) hər kəsdə bu yol üçün güc olsa! Hər kəs küfr etsə (gücü çatdığı halda Həccə getməsə, bilsin ki,) həqiqətən Allah bütün aləmlərdən ehtiyacsızdır.”
Dostları ilə paylaş: |