Nöqtələr
◘“Bitanə” qarına yapışan alt libasa deyilir. Bu söz sirdaş mənasına da bir işarədir. “Xəbal” sözü isə düşüncə və ağılın puçluğu mənasını bildirir. “Ənət” çətinlik və əziyyət, “yəlun” bir işin icrasında tənbəllik, boş dayanmaq mənasını ifadə edir.
Düşmən bizə nə arzulayır?
Əgər Quranda “vəddə” sözünə nəzər salsaq, düşmənin bizim haqqımızdakı arzularından agah olarıq:
1. Düşmən bizim xeyir və sərmayəmizdən qəflətdə qalmağımızı istəyir.1
2. Düşmən bizdən sazişçilik və həlimlik istəyir.2
3. Hətta bir müsəlman özgə sayılırsa, onu sirdaş seçmək olmaz. Çünki müsəlmanlar arasında da fitnəkar və satqın fərdlər var.
4. Müsəlmanların başqa cəmiyyətlərlə dostluq və rabitə meyarı iman olmalıdır.
5. İslam cəmiyyəti qeyri-islami cəmiyyətlərdən üstündür. “Dunikum”, yəni “özünüzdən başqaları” təbiri qeyri-müsəlmanların aşağı mərtəbədə olduğunu göstərir.
6. Düşmənin ilkin hərəkəti və təhlükəsi onun ideoloji hücumudur. Düşmən müsəlmanların düşüncəsinə zərbə vurmaqda tənbəllik göstərmir.
7. Düşmənlər bizimlə cürbəcür üsullarla rəftar edirlər: Fəsad və günah vasitəsi ilə, təzyiqlər vasitəsi ilə, nifaq salmaq vasitəsi ilə.
8. Düşmənlərinizi tanıyın və ayıq olun. Onlar sizə qarşı fitnə-fəsad törətməkdə süstlük göstərmirlər.
9. İlahi əmrlərin dəlili və fəlsəfəsi var. Əgər sizə düşmənlərlə səmimi rabitələr qadağan olunursa, bunun səbəbi odur ki, düşmənlər sizə qarşı fitnə-fəsad törətməkdə fəaldırlar.
10. Kuzədəki nəm onun içindəkindəndir. Düşməndən yalnız kin-küdurət gözləyin.
11. Düşmənləri onların təbliğatından tanıyın.
12. Fitnəkar düşmənlə səmimi əlaqə ağılsızlıq nişanəsidir. Düşmənlə xoş rəftar səfehlikdir.
13. Allah hamının qəlbindəkindən xəbərdardır. O, İslam düşmənlərinin planlarını ifşa edir.
14. Sizin düşmənləriniz münafiqdirlər. Onların zahiri ilə batini fərqlidir.
15. Allah düşmənin ruhiyyəsini tanıtdırmaqla sizə olan höccəti tamamlayır, suala yer qalmır.
16. Mömin olmaq bir məsələdir, aqil olmaq digər bir məsələ. Ona görə Allah bu ayədə möminlərə buyurur: Əgər ağlınız varsa, düşmənə sirr verməyin.
119. ﴿هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾
“(Ey müsəlmanlar,) bu sizsiniz ki, onları dost tutursunuz. Amma onlar sizi dost tutmurlar. Halbuki siz bütün (səmavi) kitablara iman gətirmisiniz, (amma onlar sizin kitabınıza iman gətirmirlər.) Sizinlə rastlaşdıqda (münafiqcəsinə) deyirlər: Biz iman gətirdik. Elə ki, (öz aralarında) xəlvətə çəkilirlər, sizə olan qəzəblərindən barmaqlarının ucunu gəmirirlər. De ki, «öz qəzəbinizlə ölün!» Həqiqətən, Allah sinələrdə olanlardan agahdır.”
Dostları ilə paylaş: |