Bildirişlər
1. Keçmişdəki həssas günləri yaddan çıxarmayaq. Mühüm hadisələri təcrübə olaraq xatırlayaq.
2. Döyüş astanasında ailə fikrindən daşınmaq lazımdır.
3. Hərbi əməliyyatın peşəkar, coğrafi və təbii tənzimlənmələri düşmən həmləsindən qabaq həyata keçməlidir.
4. Döyüşə komandanlıq, düşərgə seçimi, strateji müdafiə məntəqələrinin təyini peyğəmbərin və ya müsəlmanların rəhbərinin öhdəsinədir.
122. ﴿ إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴾
“Sizdən olan iki dəstə (döyüşdə) süstlük göstərmək fikrində idi. Amma Allah onların himayəçisi idi. (Bu fikirdən daşınmaqda onlara kömək etdi.) Möminlər yalnız Allaha təvəkkül etsinlər.”
Dostları ilə paylaş: |