Nöqtələr
◘“Vəqud” yanacaq maddəsi mənasındadır. Cəhənnəm odu iki vasitə ilə alovlanır: Daşlar və insanlar.1 Xasiyyətlər, düşüncələr, əməllər insanın şəxsiyyətini parçalayar və insan yanacağa dönüb özünün yanmasına səbəb olar.
◘İnsanın dünya və axirətdəki gerçək ehtiyaclarını Ondan qeyrisi təmin edə bilməz. İnsan bütün hallarda Ona möhtacdır.
Bildirişlər
1. Mal və övladla qürrələnməyin. Allahdan qeyrisinə ünvanlanmış istənilən bir vurğunluq məhkumdur.
2. Küfr insanı insanlıq dairəsindən çıxarıb, onu əşya səviyyəsinə endirir.
11. ﴿ كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِن قَبْلِهِمْ كَذَّبُواْ بِآيَاتِنَا فَأَخَذَهُمُ اللّهُ بِذُنُوبِهِمْ وَاللّهُ شَدِيدُ الْعِقَابِ ﴾
“(Kafirlərin qaydası) fironçuların və onlardan əvvəlkilərin qaydası kimidir. Ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın cəzası ağırdır.”
Dostları ilə paylaş: |