Bildirişlər
1. Allah bizim çıxardığımız qərarlardan agahdır. O Öz peyğəmbərini xalqın düşüncələrindən xəbərdar edir.
2. Çətin günləri və həmin günlərin təcrübələrini unutmayın.
3. Döyüş meydanına gedənlərin hamısı eyni deyil.
4. Qətiyyətsiz insanların cəbhədə iştirakı məğlubiyyət və təhlükə amilidir.
5. Allahın hökmü altında olmayan insan süstləşir.
6.Allah möminləri özbaşına buraxmır. Çətin məqamlarda onların əlindən tutur.
7. Günah fikri əməl mərhələsinə çatmasa, insanı ilahi vilayətdən (hakimiyyətdən) xaric etmir.
8. Süstlüyün yeganə dərmanı Allaha təvəkkül etməkdir. Bu dərman isə yalnız möminlərin əlindədir.
9. Allaha təvəkkül etmək qələbə amilidir.
123. ﴿ وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴾
“Həqiqətən, Allah Bədr döyüşündə zəif olduğunuz halda sizə yardım etdi. Belə isə, Allahdan çəkinin. Bəlkə şükür edəsiniz.”
Dostları ilə paylaş: |