Bildirişlər
1. Bəzən müttəqi fərdlər də günaha yol verir.
2. Günahdan da qorxulu odur ki, günah və onun pisliyinə diqqətsiz olasan. Müttəqilər isə günaha mürtəkib olan kimi tövbə edirlər.
3. İnsanın batdığı günaha görə dərhal tövbə etməsi təqva nişanəsidir.
4. Allahın zikri tövbə rəmzidir.
5. Nə qədər ki, günahkarın qəlbində Allah zikri diridir, o, müttəqilər zümrəsinə qatıla bilər.
6. Günah insanın özünə zülmüdür.
7. Günahları yalnız Allah bağışlaya bilər.
8. Müttəqilər günah üzərində israr etmir, onu təkrarlamırlar. Günahın təkrarlanması onun kiçik sayılması və Allah zikrindən qəflət nişanəsidir.
9. Davamlı olaraq günahı təkrarlamaq ilahi bağışlanmadan məhrumluq səbəbidir.
136. ﴿ أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ ﴾
“Rəbbi tərəfindən onların (müttəqilərin) mükafatı bağışlanma və ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Dostları ilə paylaş: |