Nöqtələr
◘Bu ayənin nazil olma şənində bildirilir ki, Ühüd döyüşündə müsəlmanlar məğlub olduqları vaxt münafiqlərin rəhbəri Abdullah ibn Ubəyy fəryad çəkib dedi: “Öz müşrik qardaşlarınıza qoşulun və əvvəlki bütpərəstliyi davam etdirin.”1
Bildirişlər
1. Dindən çıxma və azğınlıq təhlükəsi möminlərə qarşı pusqudadır.
2. Eniş-yoxuşlarda düşmən təbliğatlarından və vəsvəsələrindən ehtiyatlı olun. Məbada tədricən onlara meyl edəsiniz.
3. İman gətirdikdən sonra küfrə uğrama irtica və süqutdur.
4. Əsl zərər iman və düşüncə sərmayəsini əldən vermək, behişti əldən buraxıb, cəhənnəmi götürməkdir.
5. Döyüş meydanında məğlubiyyət ziyan deyil. Etiqad məğlubiyyəti yetərincə böyük ziyandır.
150. ﴿ بَلِ اللّهُ مَوْلاَكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ ﴾
“(Sizi dost bilməyənlərə itaət etməyin.) Əslində Allah sizin himayədarınızdır və Odur yardımçıların ən yaxşısı.”
Dostları ilə paylaş: |