Bildirişlər
1. Vilayət və itaət yalnız Allaha aiddir.
2. Allahı hami götürmək qələbə səbəbidir.
151. ﴿ سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرُّعْبَ بِمَا أَشْرَكُواْ بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ ﴾
“Küfr edən kəslərin qəlbinə tezliklə qorxu salacağıq. Çünki onlar dəlili nazil edilməmiş bir şeyi Allaha şərik qoşmuşlar. Onların yeri cəhənnəm odudur. Zalımların yeri necə də pisdir!”
Nöqtələr
◘Ühüddə müsəlmanlar məğlub olduqdan sonra Əbu-Süfyan və onun qoşunu bir müddət Mədinə ətrafında qaldı. Onlar deyirdilər: “Müsəlmanlar məhv oldular, onlardan kim qaldısa qaçdı. Yaxşı olar ki, geri dönüb onların kökünü kəsək.” Amma Allah onların qəlbinə elə bir qorxu saldı ki, məğlub olmuş kimi Məkkəyə qayıtdılar. Çünki onlar müsəlmanların hücum edəcəyindən qorxurdular.1
Bildirişlər
1. Allah düşmənin qəlbinə qorxu salmaqla müsəlmanlara yardım edir.
2. Allahdan qeyrisinə arxalanmaq şirk və qorxu amilidir. Necə ki, iman və Allah zikri arxayınlıq yaradır.
3. Müşriklər öz iddialarına dəlil gətirməkdə acizdirlər.
4. Əqidə məsələləri məntiq və dəlilə əsaslanmalıdır.
5. Dəlil qəlblərə nazil olmuş ilahi nurdur. Müşriklərdə belə bir nur yoxdur.
6. Şirk zülmdür. Ona görə ayənin sonunda zalımların pis sığınacağına işarə olunur.
152. ﴿وَلَقَدْ صَدَقَكُمُ اللّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَاللّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ﴾
“Allah Öz vədini hökmən gerçəkləşdirər. Çünki düşməni Onun istəyi ilə öldürürdünüz. Allah sevdiyiniz şeyi sizə göstərdiyi halda süstləşdiniz. (Qənimətləri bölməkdə) çəkişməyə başladınız və itaətsizlik etdiniz. Sizin bəziləriniz dünya istəyindədir. Bəziləriniz isə axirəti istəyirsiniz. Həmin vaxt Allah sizi sınamaq üçün geri döndərdi və sizi bağışladı. Həqiqətən, Allah möminlərə münasibətdə fəzl və bəxşiş sahibidir.”
Dostları ilə paylaş: |