“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə20/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   16   17   18   19   20   21   22   23   ...   494

Nöqtələr


◘Ayə müsəlmanların və kafirlərin qarşılaşdığı Bədr döyüşü haqqındadır. Bu döyüşdə müsəlman dəstəsi üç yüz on üç nəfərdən ibarət idi. Onların yetmiş yeddisi mühacir (Mədinəyə hicrət edən), iki yüz otuz altısı isə ənsar (mədinəli müsəlman) idi. Mühacirlərin bayraqdarı Həzrət Əli (ə), ənsarın bayraqdarı isə Səd ibn Übadə idi. Müsəlmanların yetmiş dəvəsi, iki atı, altı zirehi və səkkiz qılıncı vardı. Amma düşmən qoşunu mindən yuxarı döyüşçü və yüz atlıdan təşkil olunmuşdu. Müsəlmanlar bu döyüşdə iyirmi iki şəhid verməklə (on dörd mühacir, səkkiz ənsar) kafirlərdən yetmişini öldürüb, yetmişini əsir götürərək qalib gəldilər.

◘Bədr döyüşü əvvəlcədən planlaşdırılmamışdı. Məkkə mühacirlərinin qəsb olunmuş malı əvəzində kafirlərin malının müsadirəsi cəhdi hərbi qarşıdurma ilə nəticələnmişdi(ərəbcə)

Sual: Ayədə oxuyuruq ki, kafirlər müsəlmanları iki qat artıq görürdülər. Halbuki “Ənfal” surəsinin 44-cü ayəsində buyurulur ki, müsəlmanlar kafirlərə az göründülər. Bu, ziddiyyət deyilmi?

Cavab: Bəli, döyüşün başlanğıcında müsəlmanlar kafirlərə az göründü və onlar Məkkə kafirlərindən kömək istəmədən hücuma keçdilər. Döyüş başlandıqdan sonra isə müsəlmanlar onlara çox görünməyə başladı. Beləcə, kafirlər uğursuzluğa düçar oldular. Müsəlmanların əvvəlcə az, sonra çox görünməsi tam məntiqidir.1


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin