Nöqtələr
◘Ayənin məzmunu ümumi göstərişlərdən ibarət olsa da, o, Ühüd döyüşü haqqındadır. Çünki Ühüd döyüşündə məğlub olub qaçanlar peşmançılıq odunda yanırdılar. Onlar peyğəmbəri əhatəyə alıb üzr istəyirdilər. Allah da bu ayə ilə ümumi əfv göstərişi verdi.
“Şuvr” sözü əslində arının güldən şirə çəkməsini bildirir. İnsan da məşvərət yolu ilə ən üstün nəzəriyyələri əldə edir. Mövləvi deyir:
Çıraq tək nur saçır hər bir düşüncə,
İyirmi çıraqda baxasan gücə.
Bildirişlər
1. Xalqla xoş rəftar ilahi bir hədiyyədir.
2. Sərt və qaraqabaq adamlar xalqa rəhbərlik edə bilməz.
3. İslam hökumətinin nizamı məhəbbət və xalqa bağlılığa əsaslanır.
4. Düzgün rəhbərlik və müdiriyyət əfv və mərhəmətlə yanaşıdır.
5. Peşman olmuş xatakarları və xəcalət çəkən günahkarları qəbul edin və özünüzdən kənarlaşdırmayın.
6. Məşvərətin dəyərini mövsümi, ötəri nakamlıqlara görə nəzərdən qaçırmayın. Ühüd döyüşündə məşvərət nəticəsində şəhərdən bayırda döyüş aparılması uğursuzluqla sona çatsa da, bu o demək deyil ki, məşvərət faydasızdır.
7. Peyğəmbərin məşvərətində qüvvələrin cəzbi, istedadların çiçəklənməsi, dost-düşmənin seçilməsi, ən yaxşı rəyin aşkara çıxması, məhəbbət və bağlılıq yaranması, eləcə də başqaları üçün əməli bir dərs nəzərdə tutulmuşdur.
8. Sənə edilən zülmü bağışla. Allaha qarşı yol verdikləri günahlara görə bağışlanma dilə.
9. Peyğəmbər Allah əmri əsasında ümməti üçün bağışlanma diləyir. Demək, bu dua qəbuldur.
10. Məşvərət vahid və qəti hakimiyyət prinsipinə zidd deyil.
11. Düşüncə və məşvərətlə yanaşı Allaha təvəkkül də unudulmamalıdır.
12. Əvvəlcə məşvərət, sonra təvəkkül düzgün yoldur. Nəticəyə çatıb-çatmamaq isə başqa bir məsələdir.
160. ﴿ إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴾
“Əgər Allah yardım göstərsə, heç kim sizə qalib gəlməyəcək. Əgər sizi zəlil etsə, bundan sonra sizə yardım göstərə biləcək kimdir?! (Buna görə də) möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
Dostları ilə paylaş: |