Bildirişlər
1.Təckə İslam peyğəmbəri yox, bütün peyğəmbərlər əmin, əmanətdardırlar. Peyğəmbərlik xəyanətlə uyuşmur. Əmin insan tərbiyə etmək istəyən şəxs özü xəyanətə yol verməməlidir. Gördüyünüz kimi, qeyri-ilahi rəhbərlər arasında xəyanət əhli çoxdur.
2. Hətta peyğəmbərlər də xalqın bədbin münasibətindən amanda qalmamışlar. (Bir tərəfdən zəif iman, digər bir tərəfdən dünya məhəbbəti insanı peyğəmbərlərə qarşı bədbinliyə aparır.)
3. Allahın övliyalarını və pak insanları müdafiə edin.
4. Qiyamətə haram mal gətirmək cəzanın bir növüdür. Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və bütün xalqın gözü qarşısında insanın xəyanət etdiyi malla gətirilməsi necə də pisdir!
5. Qiyamətin yada salınması insanı xəyanətdən çəkindirir.
6. Xəyanət xəyanətdir və onun qədəri mühüm deyil. “Yəti bima ğəllə” cümləsindəki “ma” hissəsi həm az, həm də çoxa xəyanəti bildirir.
7. Qiyamət səhnəsinə yaxşılar öz xeyir işləri ilə1, xainlər isə öz xəyanətləri ilə çıxarlar.
8. Allah adildir. Həm cəzanı kamil surətdə verir, həm də zərrəcə ifrata varmır.
162. ﴿ أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخَطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ ﴾
«Allahın razılığı sorağında olan kəs, Allahın qəzəbinə düçar olmuş və yeri cəhənnəm olan kəs kimidirmi? Necə də pis dönüş yeridir.»
163. ﴿ هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾
“Onlar Allah yanında dərəcələrdirlər. Allah onların etdiyi işləri görəndir.”
Dostları ilə paylaş: |