“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə220/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   216   217   218   219   220   221   222   223   ...   494

Nöqtələr


◘Ayədəki “əgər döyüş bilsəydik” (“Ləv nələmu qitalən”) cümləsi üç cür mənalandırılmışdır:

a) Sizin Ühüd üçün şəhərdən xaric olmağınız bərabər döyüş deyil, özünə qəsddir. Ona görə də biz bunu döyüş saymırıq və onda iştirak etmirik.

b) Əgər biz hərb elmini bilsəydik, iştirak edərdik.

v) Biz yəqin bilirik ki, döyüş olmayacaq, ona görə də cəbhədə iştirakı zəruri saymırıq.


Bildirişlər


1. Döyüş meydanı münafiqlərin iç üzünü açır.

2. Rəhbər xalqı düşmənə qarşı səfərbər etməlidir.

3. Cihad bəzən zalım hakimləri hakimiyyətdən uzaqlaşdırmaq üçün ibtidai (ilk addım), bəzən müsəlmanların canını və malını qorumaq üçün müdafiə məqsədi olur.

4. Onların səbəbləri, dərəcələri və dəyərləri fərqli olur.

5. Vətənin və canın müdafiəsi bir dəyərdir.

6. Münafiqlər öz məqsədlərinə don geydirirlər.

7. Cəbhədən boyun qaçırmaq küfr nişanəsidir.

8. İnsanın imanı müxtəlif şərait və zamanlarda fərqli olur.

9. Peyğəmbərin səhabələri arasında ədalətli olmayanlar da var idi.

10. Allah münafiqləri həm hədələyir, həm də ifşa edir.

11. Ühüddə aşkar olan şey nifaqın bir hissəsi idi. Nifaqdan tam şəkildə yalnız Allah xəbərdardır.
168. ﴿ الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ ﴾

Münafiqlər o kəslərdir ki, (Ühüd döyüşündən sonra bədbin əhval-ruhiyyə yaradan təbliğata başladılar,) özləri oturdular və qardaşları haqqında dedilər: “Əgər bizə qulaq assaydılar, öldürülməzdilər.” Onlara de ki, əgər düz deyirlərsə, ölümü özlərindən kənarlaşdırsınlar.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin