◘Quranda ömür sərmayəsinin alış-verişi, xeyir-zərəri haqqında dəfələrlə danışılmışdır. Quran dünyanı bazar, xalqı satıcı, insanın əqidə və əməllərini bu bazarın malı kimi təqdim edir. Bu bazarda satış məcburi olsa da, müştəri seçimi azaddır. İnsan öz ixtiyarında olanları, gücünü, əməlini, əqidəsini boş saxlaya bilməz. Amma biz olanlarımızı həm xeyirli, həm də zərərli yolda sərf edə bilərik. Quranda canını verib əvəzində behişt alanlar mədh olunur. Azğınlıq yolunu tutub zərərə düşənlər isə tənqid olunur.1 Yuxarıdakı ayə kimi bir çox ayələrdə imanını küfrə satanlar məzəmmət olunur və möminlərə təsəlli verilir ki, insanların küfrü Allah və Allahın yoluna heç bir zərər toxundurmaz.