Bildirişlər
1. Allah bütün deyilənləri eşidir. Ona görə də hər sözü dilə gətirməyək.
2. Cəhalət və qürurun sonu yoxdur. İnsan nə qədər cahil və qürurlu olmalıdır ki, “Allah fəqirdir, biz isə varlı” desin?!
3. İnsanın özünü varlı və ehtiyacsız hiss etməsi onun ilahi əmrlərdən boyun qaçırması və bu əmrlərə istehza etməsi səbəbidir.
4. Bəzi dar düşüncəli insanlar güman edirlər ki, ilahi göstərişlərin səbəbi Allahın ehtiyaclı olmasıdır.
5. Bütün deyilənlər və əməllər qeyd olunur.
6. Allah haqqında pis danışmağın günahı peyğəmbərləri öldürmək günahı ilə eynidir.
7. İstənilən bir adamın sözünün və əməlinin ölçüsü haqdır. Hətta peyğəmbərlərin öldürülməsi də nahaq olduğu üçün cəzaya məhkumdur.
8. İnsan bir iş görməkdə azaddır. Ona görə də görülən işlər onun özünə aid edilir.
9. İlahi mükafat və cəza ədalətə, insanın azad və agah şəkildə gördüyü işlərə əsaslanır.
10. İlahi cəzalar bəşəriyyətə zülm deyil. Əslində bəşər özü özünə zülm edir.
11. Əgər Allah xəsis fərdləri və peyğəmbərləri qətlə yetirənləri cəzalandırmazsa, fəqirlərə və peyğəmbərlərə zülm etmiş olur.
183. ﴿الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾
“Həqiqətən Allah bizdən əhd alıb ki, bizə atəşin yeyəcəyi bir qurban gətirənədək heç bir peyğəmbərə iman gətirməyək” deyən kəslərə söylə: (Bu sözlər bəhanədir.) Şübhəsiz, məndən qabaq aşkar dəlillər və həmin dediyinizlə peyğəmbərlər gəlmişlər. Əgər doğru deyirsinizsə, nə üçün onları öldürdünüz?”
Dostları ilə paylaş: |