Nöqtələr
◘Bu ayə kafirlər tərəfindən incidilən və təkzib olunan peyğəmbər və digər salehlərə səbir və müqavimət ruhu verir. Ayədə buyurulur: «Hamı öləsidir və inadkarlıqlar müvəqqətidir. Bu çətinliklərə dözümün əvəzini Allah əskiltmədən əta edər.»
◘İmam Sadiq (ə) “hər kəs ölümü dadasıdır” ayəsi haqqında buyurur: «Bütün göy və yer əhli ölər. Yalnız ölüm mələyi, ərşi daşıyanlar, Cəbrail və Mikail qalar. Sonra ölüm mələyinə əmr olunar ki, onların da ruhunu çıxarsın. Nəhayətdə ölüm mələyi tək qalar. Nəhayət, Allahın əmri ilə o da ölər.»1 İmamın başqa bir buyruğuna nəzər salaq: “Ölümü dadmadan qətlə yetirilmiş kəs dünyaya qaytarılar ki, ölümü dadsın.”2
Dostları ilə paylaş: |