Bildirişlər
1. Ölüm yolumuz üstədirsə, haqq qarşısında bir bu qədər inadkarlıq və təkəbbür nə üçündür?
2. Ölüm yoxluq deyil. O, dünyadan axirətə keçid yolu, duyulası bir gerçəklikdir.
3. Günahkarlar və cəhənnəmə sövq edən amillər cazibələrə malikdir. İnsan iman və saleh əməl gücü ilə özünü bu cazibədən qurtarmalıdır.
4. Tam cəza axirətdədir, dünyəvi mükafatlar isə dəyərsizdir.
186. ﴿لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ﴾
“Əlbəttə, siz mallarınız və canlarınızla sınanacaqsınız. Sizdən qabaq kitab verilənlərdən və şirkə uğrayanlardan bir çox əziyyətlər görəcəksiniz. Əgər səbir və təqva yolunu tutsanız, şübhəsiz ki, bu sizin işlərdə möhkəm əzminizdir.”
Dostları ilə paylaş: |