Nöqtələr
◘İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: “Allah kitab əhlindən əhd aldı ki, Tövrat və İncildə həzrət Məhəmməd (s) haqqında bildirilənləri xalqa bəyan etsin və gizlətməsin.1
◘Əgər bu gün dünyada milyonlarla məsihi, yəhudi və məcusi varsa, bunun səbəbi onların alimlərinin susması, haqqı gizlətməsidir. “Ətyəbul-bəyan” təfsirində nəql olunduğuna görə, iki əhd kitabında İslam və İslam peyğəmbəri haqqında altmışdan çox müjdə vardır. Amma kitab əhlinin alimləri bütün bunlara arxa çevirmişlər.
Bildirişlər
1. Allah xalqın hidayəti üçün alimlərdən xüsusi əhd almışdır.
2. Həqiqətlər elə bəyan olunmalıdır ki, xalq üçün gizli bir məsələ qalmasın.
3. Alimlərin vəzifəsi səmavi kitabı xalq üçün aydınlaşdırmaqdır.
4. Alimlər var-dövlətə və məqama çatmaq və ya onları qorumaq məqsədi ilə haqqı bəyan etməmişlər.
5. Səadət və qurtuluş üçün təkcə elm kifayət etmir. Var-dövlətə, vəzifəyə etinasızlıq da əsas məsələlərdəndir.
6. İlahi ayələrin gizlədilməsi müqabilində insan hər nə alarsa, uduzar.
7. Din və ilahi əhdlərə əməlin böyük dəyəri var. İstənilən mal və məqam müqabilində haqqı gizlədən şəxs zərərdədir.
188. ﴿ لاَ تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلاَ تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴾
“Güman etmə ki, etdikləri işlərdən şad olanlar, etmədiyi işlərə görə təriflənmək istəyənlər ilahi əzabdan qurtulmuşlar. Onlar üçün dərdli əzab var.”
Dostları ilə paylaş: |