Nöqtələr
◘Xalq üç dəstədir:
1. Bir dəstə insan gördüyü iş müqabilində xalqdan heç bir təşəkkür gözləmir. 2
2. Bir dəstə insan gördüyü işdən xalqın xəbərdar olmasını və tərif edilməsini istəyir.3
3. Bir dəstə insan isə heç bir iş görmədiyi halda xalqdan tərif gözləyir.
◘Səlahiyyəti çatmayan məqam, ixtisas, məsuliyyət iddiasında olan kəsin qeybətini etmək caizdir.
◘Görülməyən işə görə tərif umacağını aradan qaldırmaq üçün İslam istənilən növ yağlı dil tökülməsini qadağan edir.
Bildirişlər
1. Xudbinlik, qürur, xalqdan tərif umacağı kimi əxlaqi çirkinliklər insanı məhvə aparır.
2. Quran istənilən bir kəsə qarşı istənilən bir halda yersiz təhlil və təfsiri məhkum edir.
3. Allah insanın təkcə əməllərini yox, həm də xeyir və şər istəklərini hesaba alır.1
4. Həmddə bir növ sitayişlə pərəstiş çaları olduğundan şükür və mədh istəyi yox, həmd istəyi çox təhlükəlidir.
5. Günahkar şəxs peşman olub tövbə də edə bilər. Lovğa insanlar isə hətta tövbə etmək fikrinə də düşmürlər. Ona görə də belələrinin qurtuluşuna ümid yoxdur.
6. Dünyada xudbinlik, mənəm-mənəmlik xəstəliyinə tutulanlar qiyamətdə ilahi əzaba düçar olarlar.
189. ﴿ وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
“Göylərin və yerin hakimiyyəti Allah üçündür. Allah hər işə qadirdir.”
Dostları ilə paylaş: |