Bildirişlər
1. Qəlbən edilən dua hökmən qəbuldur. Daim Allah zikri, düşüncə və sitayişlə yerinə yetirilən duanın qəbulu şübhə doğurmur.
2. Düşüncə və zikr əhlinin duası tezliklə qəbul olar.
3. Duaların qəbulu ilahi rübubiyyət cilvələrindəndir.
4. İlahi dünyagörüşündə əvəzsiz əməl yoxdur.
5. Dua özü bir əməldirsə də, səy və təlaşla müşayiət olunduqda qəbul edilir.
6. Həm əməl, həm də əməl sahibi diqqət mərkəzindədir. Həm əməlin, həm də əməl sahibinin gözəlliyi nəzərdən qaçmır.
7. Kafirlərin əməlləri puça çıxdığından yalnız möminlər öz əməllərinin mükafatını alırlar.
8. İlahi dünyagörüşündə uca insanlıq məqamına çatmaqda kişi və qadın bərabərdir.
9. Kişi cinsi qadın cinsindən üstün deyil.
10. İslam cəmiyyətində bütün müsəlmanlar bir-birlərindəndir.
11. Günahlar və eyblər aradan götrülməyincə kimsə behiştə daxil olmaz.
12. Allah yolunda hicrət, cihad, sürgün, əzab-əziyyət bağışlanma vasitələridir.
13. Vətən məhəbbəti Quran tərəfindən qəbul olunmuş bir həqiqətdir. Bu haqqı insandan almaq zülmdür.
14. İlahi yolu adlamaq üçün hicrət, sürgün, işkəncə, cihad və şəhadət zəruridir.
15. Şəhadət ən üstün mərtəbə olsa da, düşmənin əzab-əziyyəti qarşısında müqavimət üçün səbrə ehtiyac var. «Allah yolunda» sözü əzab-əziyyət» sözü ilə yanaşı işlənmişdir. Bəli, cəbhədə vücudunun bir parçasını itirənlər şəhidlərdən də səbirli olmalıdırlar.
16. Bəzi səhvlərinə görə insanları rədd etməyək. Ayədən göründüyü kimi ilahi övliyalardan və behişt əhlindən olan düşüncə sahiblərinin də büdrəmələri var. Amma Allah onları pərdələyir.
17. Allahın xüsusi diqqət və yardımı düşüncə sahibi olan möminlər üçündür. Bu ayədəki əksər fellər birinci şəxsin tək halında işlənmişdir. Bundan əlavə “onların Rəbbi” ifadəsi Allahın düşüncə sahiblərinə xüsusi diqqət nişanəsidir.
18. Allahın vədlərinə zərrəcə şəkk etməyin. Bütün vədlər təkidlə bəyan olunmuşdur.
19. Bütün mükafatlar zaman və məkandan asılı olaraq dəyərini itirə bilər. Amma ilahi mükafatlar insanın fitrət və yaranışına uyğundur və heç vaxt dəyərini itirmir.
20. Behişt çayları həm ağacların, həm də behişt əhlinin məskənlərinin altından axır.
21. Bağışlanma və behişt ümumi bir savabdır. Amma Allahın və möminlərin şəninə uyğun savab Allahın yanında olan xüsusi bir savabdır və biz bundan xəbərsizik.
22. İlahi mükafatlar tam şəkildə təsəvvür olunmur. Bunu bilək ki, uyğun mükafatlar bütün mükafatlardan üstündür.
23. İlahi mükafatlar növbənöv kəramətlərlə müşayiət olunur.
Dostları ilə paylaş: |