Nöqtələr
◘Ayənin ərəbcə mətnindəki “nüzul” sözü qonağın qarşılanması üçün olan ilk şeyə aiddir. Şərbət və meyvə buna misal ola bilər. Möminlərə bildirilir ki, kafirlərin ticari gediş-gəlişləri sizi təqva və imandan çıxarmasın. Sizin qəbulunuzun müqəddiməsi behişt bağlarından başlayır.
Bildirişlər
1. Dünyəvi nemətlər axirət nemətləri ilə müqayisədə heç bir şeydir.
2. Dünyəvi qazanc məqsədi ilə səy və təlaş təqvanın hifzinə və axirət mənafelərinə diqqətə mane olmur.
3. Əbədi behişt nemətlərinə diqqət insanı təqvaya sövq edir və cüzi dünya nemətlərinə aldanışın qarşısını alır.
4. Yaxşıların (“əbrar”) məqamı müttəqilərin məqamından ucadır.
199. ﴿وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلّهِ لاَ يَشْتَرُونَ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ﴾
“Həqiqətən, kitab əhlindən bəziləri Allaha, sizə nazil olana və özlərinə nazil olana mütiliklə iman gətirmiş kəslərdir. Onlar ilahi ayələri ucuz qiymətə dəyişmirlər. Allahın yanında mükafatı olan da onlardır. Həqiqətən, Allah tez hesab çəkəndir.”
Dostları ilə paylaş: |