Bildirişlər
1. İrs hökmləri ilahi hüdudlardandır. Bu sərhəddi aşmaq olmaz.
2. Allahın rəsuluna itaət Allaha itaət yerindədir.
3. Səadət və qurtuluş irsdən daha çox kam almaqda yox, ilahi yolda hərəkətdədir.
14. ﴿ وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ ﴾
“Hər kəs Allaha və Onun rəsuluna itaətsizlik etsə, ilahi hədləri pozsa, Allah onu həmişə qalacağı oda daxil edər. Onun üçün zəliledici əzab var.”
Bildirişlər
1. Vəsiyyətə əməl etməyən və ya ölünün borcunu ödəməyənlər, varislərin haqqını görməməzliyə vurub ölünün malına sahib çıxmağa çalışanlar daim ilahi əzab və qəhrdədirlər.
2. Xoşbəxtlik və bədbəxtlik ölçüsü Allaha itaət edib-etməməkdədir.
3. Allah rəsuluna itaətsizlik Allaha itaətsizlikdir.
4. Ardıcıl itaətsizlik əbədi əzab səbəbidir.
5. Başqalarının haqqına təcavüz edənlər kafirlərlə bir sırada əbədi əzaba düçar olarlar.
6. İlahi qəhr və qəzəb həm cismə, həm də ruha aiddir.
15. ﴿وَاللاَّتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَآئِكُمْ فَاسْتَشْهِدُواْ عَلَيْهِنَّ أَرْبَعةً مِّنكُمْ فَإِن شَهِدُواْ فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىَ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللّهُ لَهُنَّ سَبِيلاً﴾
“Qadınlarınızdan zinaya yol verənlər üçün öz aranızdan dörd şahid tutun. Əgər şəhadət verdilərsə, həmin qadınları evlərində ya ölənədək, ya da Allah onlar üçün bir yol açanadək saxlayın.”
Dostları ilə paylaş: |