Bildirişlər
1. Bir şeyin haram-halal buyurulmasının ixtiyarı yalnız Allahındır.
2. Ana südü anadan doğulma kimi məhrəmlik səbəbidir. Dayə seçərkən diqqətli olaq.
3. Arvadlarınızın əvvəlki ərlərindən olan qızlarına öz qızınız kimi baxın və onları tərbiyə edin.
4. Qanun verildiyi vaxtdan qüvvəyə minir. Qanuna qədər iki bacı ilə evlənənlər günahkar sayılmasa da, bu qanun verildikdən sonra bacılardan biri boşanmalıdır.
24. ﴿وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاء إِلاَّ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَاء ذَلِكُمْ أَن تَبْتَغُواْ بِأَمْوَالِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا﴾
“(Allahın hökmü ilə kafirlərlə döyüşdə) malik olduğunuz qadınlar istisna olmaqla ərli qadınlarla izdivac haram edilmişdir. (Bu hökmlər) sizin üçün Allahın yazısı və qanunudur. (Deyilənlərdən) başqaları sizin üçün halaldır. (Digər qadınları) öz mallarınız vasitəsi ilə - zina məqsədi ilə yox - paklıq və nikah qəsdi ilə tələb edin. Kam aldığınız qadınların (müvəqqəti nikahda) mehrlərini vacib şəkildə ödəyin. Mehriyyə təyin etdikdən sonra bir-birinizlə razılığa gəlməyinizdə sizin üçün günah yoxdur. Həqiqətən, Allah biləndir və hikmət sahibidir.”
Dostları ilə paylaş: |