Bir neçə sual:
1. Məgər müvəqqəti izdivac pərdələnmiş fahişəlik deyilmi?
Cavab: Xeyr, belə deyil. Çünki:
a) Müvəqqəti izdivacda qadın yalnız bir kişinin ixtiyarında olur;
b) Müvəqqəti izdivacda ən azı 45 gün iddə saxlanılır;
v) Mütədən doğulan uşaq daimi kəbindən doğulan uşaq kimidir.
2. Əhlikef kişilər bu qanundan sui-istifadə etmirlərmi?
Cavab: Bütün qanunlardan sui-istifadə etmək mümkündür. Məgər şərabı üzümdən hazırlamırlarmı?! Əgər bəziləri həcc səfərinə başqa məqsədlə gedirsə, bu səfər qadağanmı edilməlidir?
3. Müvəqqəti nikahdan, mütədən doğulan övladların daimi nikahdan doğulan övladlardan fərqi nədir?
Cavab: Mütədən doğulan övladların hüquq, irs və bu kimi digər məsələlərdə daimi nikahdan doğulan övladlardan heç bir fərqi yoxdur.
Dostları ilə paylaş: |