Nöqtələr
◘Əvvəlki ayənin nöqtələrində deyildiyi kimi, “əl muhsənatil-möminat” sözü azad qadınlara işarədir. Çünki bu söz qarşısında kənizlər mənasını bildirən “fətəyatikumul-möminat” ifadəsi zikr olunmuşdur. Quran başqa bir yerdə də kənizlər haqqında danışarkən “fətəyat” sözünü işlətmişdir: “Öz kənizlərinizi zinaya məcbur etməyin.”1
◘“Əxdan” sözü “xidn” sözünün cəm forması olub, dost və rəfiq deməkdir. Amma, adətən, bu söz gizli və qeyri-şəri yolla əlaqə saxlayan adamlar (aşna) haqqında işlədilir. Bu söz aşkar zinaya yol verənlərə aid “müsafihat” sözü qarşısında işlədilmişdir.
◘“Tovl” sözü güclü və imkanlı olmaq, "ənət" sözü isə çətinlik və əziyyət mənasını bildirir.
◘Kəniz sahibi olanlar izdivac əqdi olmadan yaxınlıq hüququna malikdirlər. Bu ayədə başqalarının mülkü olan kənizlərlə izdivacda sahiblərinin icazəsi ilə əqd zəruri sayılmışdır.
◘Kənizlərlə izdivac bəyənilməmişsə də, kənizlər arasında ləyaqətli qadınlar çox olmuşdur. Bəzi övliyalar məhz kənizlərin kamal sahibləri olduqları üçün onlarla ailə qurmuşlar. Belə kənizlərin övladları böyük şəxsiyyətlər olmuşdur.
Dostları ilə paylaş: |