“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə307/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   303   304   305   306   307   308   309   310   ...   494

Nöqtələr


◘Əvvəlki ayələrdə haram yemək qadağan olundu. Bu ayədə isə haram yeməyin köklərinə işarə olunur. Bildirilmişdir ki, bunun səbəbi tamah, arzu və rəqabətdir.

◘Ədalət bərabərlik demək deyil. Ədalət daim dəyərlidir. Bərabərlik isə bəzən dəyərsiz də ola bilər. Hətta bərabərlikdə zülm də müşahidə olunur. Məsələn, həkim bütün xəstələrə eyni dərman verərsə, müəllim bütün şagirdlərə eyni qiymət yazarsa, bu iş bərabərlik olsa da, ədalət olmaz. Ədalət odur ki, hər bir kəsə onun haqqını verək. İnsanın ləyaqət və kamalına görə onu dəyərləndirmək haqqın bərpası, batilin süqutudur. “Təbiz” heç bir əsas olmadan fərqləndirməkdir. Adi halda isə hansısa meyarlara əsasən fərqləndirməyin heç bir eybi yoxdur. Bütün deyilənləri nəzərə alsaq, bərabərlik yox, ədalət arzusunda olmalıyıq. Hamının və hər şeyin eyniliyini arzulamaq yersizir. Bir əzanın üzvləri, bir mexanizmin hissələri forma, material və funksiya baxımından fərqlənə bilər. Amma bütün bu fərqlərdə bir hikmət var. Əgər Allah hər şeyi eyni şəkildə yaratmayıbsa bu onun hikmətini göstərir. Ona görə də bizdən asılı olmayan xüsusiyyətlərə görə, məsələn, gözəlliyə, istedada, nitqə, yaddaşa, ömrün uzunluğuna görə və bütün bunların bölgüsünə şükür edib Allahın təqdirindən razı olmalıyıq. Əgər Allahı ədalətli və hikmət sahibi kimi tanıyırıqsa, anlamadığımız işlərdə tələsik mühakimə yürütməməliyik. Hansısa bir bölgünün hikmətini anlamadığımız üçün hikmət sahibi olan Allaha sui-zənn etməməliyik. Əgər hansısa xüsusiyyətlərinə görə bir insan bizdən üstündürsə, ona həsəd aparmağa dəyməz. Çünki kimə çox verilmişsə, çox da tələb olunacaq. Yəni çox nemət çox məsuliyyət deməkdir. Neməti əldə etməyin sevinci ilə onu itirməyin qəmi arasında elə də böyük fasilə olmur. Bu məsələ “Nəhcül-bəlağə” də yetərincə işıqlandırılmışdır.

Əgər öz əlimizdədirsə çalışmalı, səy göstərməli, tənbəllikdən çəkinməli və sağlam rəqabətlə güc və müstəqillik əldə etməliyik. Amma məhrumiyyəti aradan qaldırmaq öz əlimizdə olmadıqda yaranmış fərqləri cəmiyyətin inkişaf, imtahan və təhrik amili saymalıyıq. Çünki bütün xalq eyni imkanlara malik olsaydı, səxavət, şücaət, isar kimi səciyyələr istifadəsiz qalardı. İnsanın xarakteri eniş-yoxuşlarda açılır. İnsanı başqaları ilə bağlılığa sövq edən onun ehtiyaclarıdır.

◘İmam Sadiqdən (ə) bu ayə haqqında soruşulduqda buyurmuşdur: “Kimsə başqasının zövcə və övladına göz dikməsin. Amma Allahdan onlar kimisini istəsin.”1

◘Bu ayə nazil olduğu vaxt səhabələr peyğəmbərdən soruşmaq istədilər ki: “Allahın fəzlindən istəyin” təbirində məqsəd nədir?” Belə bir qərara gəlindi ki, Həzrət Əli (ə) bu mövzunu həzrət Peyğəmbərə (s) açıqlasın. Peyğəmbər (s) uyğun sualın cavabında buyurdu: “Allah ruziləri xalq arasında halal yolla bölmüşdür. Haram da onların qarşısındadır. Kim haram ruzidən əldə etsə, halal ruzisindən həmin qədər azalar və harama görə hesaba çəkilər.”1


Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin