Bildirişlər
1. İki nəfərlik bir cəmiyyətdə də biri məsul, rəhbər olmalıdır. Ailənin müdiri kişidir.
2. Ailə işlərinin idarəsində ağıl və tədbir hiss və məhəbbətə hakim olmalıdır.
3. İslam dininin hüquq nizamı yaranış nizamı ilə həmahəngdir. Kişinin müdriyyət haqqı onun fiziki və ruhi möhkəmliyinə əsaslanır.
4. Təbii üstünlüklər ilahi fəzldir.
5. Ailənin xərcləri kişinin öhdəsinədir.
6. Qanun hazırlayan kəs qadın və kişi arasındakı təbii fərqləri nəzərə almalıdır.
7. Ərə itaət və təvazö qadının ləyaqət nişanəsidir.
8. Layiqli zövcənin əlaməti onun özünü əri olmayan yerdə hifz etməsidir.
9. Qadının ərə itaəti və ərin haqqını hifz etməsi onun ailə ehtiyaclarının kişi tərəfindən təmin olunmasından asılıdır.
10. Hadisə baş verməmiş çarə tapılmalıdır. Qadın itaətdən çıxmamış tədbir görün.
11. İtaətçil zövcəyə əziyyət vermək olmaz.
12. Qadına nəsihət, onun yatağının tərk olunması və tənbehi qadını itaətə gətirmək üçün müəyyən olunmuş yollardır. Qadın digər bir yolla itaət edirsə, kişinin ona qarşı çıxmaq haqqı yoxdur. Ayədən aşkar görünür ki, başqa bir yolla olmuş olsa, əsas məsələ itaətdir.
13. Qadının təvazökarlığı onun zəifliyi yox, dəyərli olma əlamətidir.
14. Sirr saxlamaq, mal, abır və namusun hifzi layiqli zövcənin nişanələrindəndir. Layiqli qadın ər olmayan yerdə də özünü qoruyur.
15. Pis işlə addım-addım, mərhələ-mərhələ mübarizə aparılmalıdır, əvvəlcə moizə, sonra arxa çevirmə, daha sonra isə tənbeh.
16. Moizə təsir edən yerdə sərtlik qadağandır. Əgər ər öz arvadından kənarlaşmaqla onu itaətə gətirə bilirsə, tənbeh qadağan olur.
17. Sərt rəftar və tənbeh intiqam almaq üçün yox, vəzifəni yerinə yetirmək üçündür.
18. Kişinin qadından üstünlüyü onu qürrələndirməməlidir. Çünki Allah ən üstün varlıqdır.
19. Allahın üstünlüyünə diqqət təqva və zövcəyə qarşı zülmdən çəkinmək səbəbidir.
35. ﴿ وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا ﴾
“Əgər onların (ərlə arvadın) ikisi arasında ayrılıqdan qorxsanız, ər ailəsindən bir, arvad ailəsindən bir hakim seçin (bu yolla ixtilaf öz həllini tapsın). Həmin iki nəfər islah fikrində olsalar, Allah o iki nəfər arasında razılıq yaradar. Çünki Allah (hamının niyyətindən) xəbərdar və agahdır.”
Dostları ilə paylaş: |