◘Çöhrələrin məhvi və çevrilməsi dedikdə, qəlblərin, sağlam fitrətlərin, əql və düşüncələrin səadət yolundan çıxarılması nəzərdə tutula bilər. Onlar ilahi ayələr qarşısında inadkarlıq göstərməklə, bir addım irəli getmək əvəzinə bir addım geri çəkilirlər. Beləcə, onların insani çöhrələri məsx və məhv olur. Çöhrələrin çevrilməsi onların məsx olmasına işarə ola bilər. Qiyamətdə surətlərin dəyişməsi də ehtimal olunan mənalardandır.
◘“Səbt əshabı” (“şənbə günü əshabı”) Allahın şənbə günləri balıq ovunu qadağan edən əmrinə qarşı çıxmış yəhudilərdir. Onlar hiylə işlədərək balıqları şənbə günü bağlı bir yerə salır və növbəti gün ovlayırdılar. Onlar Allahın qəzəbinə düçar oldular və çöhrələri meymun çöhrəsinə məsx oldu.1