Nöqtələr
◘Əvvəlki ayədə yəhudilərin xəsisliyinə işarə olundu. Bu ayədə isə onların həsədçilliyindən danışılır. Həsəd xəsislikdən də pisdir. Çünki xəsis adam malını bağışlamır, həsədçil insan isə başqasının verdiyi hədiyyəyə görə də narahat olur.
Yəhudilər başqalarından daha əvvəl ilahi lütf və nemətə çatdıqları halda nə üçün başqalarına nemət və qüdrət verilməsindən narahat olurlar? Nə üçün Ali-İbrahimə verilənlər Ali-Mühəmmədə (s) və Bəni-Haşimə verilməsin? Həzrət Əli (ə) rəvayətlərində buyurmuşdur: “Həsədə tuş gələnlər bizik.”1
◘İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq: “Kitab” dedikdə nübüvvət, “hikmət” dedikdə düşüncə və mühakimə, “mulkən əzim” dedikdə isə xalqın itaəti başa düşülür.”2 İmam Baqir (ə) “Mulkən əzim” təbiri haqqında buyurmuşdur: “Məqsəd budur ki, Allah onların arasında həqiqi imamlar qərar vermişdir.3 Həzrət Əlidən (ə) nəql olunmuş digər bir hədisdə oxuyuruq: “Ali-İbrahim dedikdə biz peyğəmbər Əhli-beyti nəzərdə tutulmuşdur.”4
Dostları ilə paylaş: |