“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə340/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   336   337   338   339   340   341   342   343   ...   494

Nöqtələr


◘Onlar hər an inadkarlıq göstərdiklərindən hər an yeni bir dəri ilə əzabı dadmalıdırlar. Necə ki, “Təfsire-Safi”də deyilir: “İmamların dövründə din müxaliflərindən olan ibn Əbul-Əvca adlı biri İmam Sadiqdən (ə) soruşdu: “Yeni dərinin günahı nədir?” İmam buyurdu: “Yeni dəri əvvəlki dərinin yanıqlarından düzəlir. Necə ki, kərpic ovulduqdan sonra yenidən düzələ bilər.”

Bildirişlər


1. Kafirlərin cəzası daimidir.

2. Yeni dəri şiddətli əzabı dadmaq məqsədi ilə qərar verilir. (Çünki yanma zamanı ən böyük ağrı dəriyə aiddir. Əgər alov sümüyə çatsa ağrı azalar.)

3. Məad, ölümdən sonrakı həyat cismanidir.

4. Əzab davamlı olduğu üçün kafirlərə adiləşməz.

5. Kafirlərin daimi cəzalandırılması hikmətə əsaslanır. Heç bir qüvvə cəhənnəmdə Allahın qəzəbinin qarşısını ala bilməz.
57. ﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِـلاًّ ظَلِيلاً ﴾

İman gətirib yaxşı işlər görənləri tezliklə altından çaylar axan bağlara daxil edərik. Onlar orada əbədi qalarlar. Orada onlar üçün pak zövcələr var. Onları daimi kölgələrə daxil edərik.”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin