“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)



Yüklə 2,46 Mb.
səhifə345/494
tarix05.01.2022
ölçüsü2,46 Mb.
#111027
1   ...   341   342   343   344   345   346   347   348   ...   494

Bildirişlər


1. Xalq İslam nizamını qəbul etməlidir. İlahi rəhbərə sözdə və əməldə tabeçilik zəruridir.

2. İslam dini əqidə və siyasəti ayrılmaz bir məktəbdir. Peyğəmbər və əmr sahiblərinə itaət kimi siyasi göstəriş Allaha və qiyamətə iman kimi etiqadi əmrlə yanaşıdır.

3. İtaətdə mərtəbələr silsiləsi hifz olmalıdır.

4. Əmr sahibi peyğəmbər tək məsum olmalıdır ki, ona itaət peyğəmbərə itaət sırasında - nə üçün-niyəsiz - olsun.

5. Mömin və imanlı xalqın özündən olan hakimə itaət vacibdir.

6. Əmr sahibinin Allah və Onun rəsulu ilə yanaşı yada salınması göstərir ki, İslam hökuməti və nizamının məsulu çox pak olmalıdır.

7. Gerçək iman nişanəsi çəkişmələr qızışdığı zaman Allaha və Onun rəsuluna müraciət edilməsidir. Adi vəziyyətlərdə itaət mühüm deyil.

7. İslam hökumətinin vəzifələrindən biri vəhdət yaradılması və çəkişmələrin həllidir.

9. Kamil bir dində bütün ixtilafların həlli yolu olmalıdır.

10. Qeyri-ilahi, zalım hökumətlərin əmrinə itaət haramdır.

11. Əgər bütün firqələr Quran və sünnəyə müraciət etsə, bütün ixtilaflar həll olar, vəhdət və birlik yaranar.

12. Allahın, Onun rəsulunun və ilahi rəhbərlərin göstərişlərinə qarşı çıxanlar öz imanlarında şəkk etməlidirlər.

13. İslamın əməl proqramları onun etiqadi proqramlarına əsaslanır. Başqa sözlə, Allaha və qiyamətə iman İslam hökmlərinin icrasının və itaətsizlikdən çəkinmənin dayağıdır.

14. Gələcəyi düşünmək və uzun müddətli məsləhətlərə riayət etmək dəyər ölçüsüdür.


60. ﴿أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُواْ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُواْ إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُواْ أَن يَكْفُرُواْ بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَن يُضِلَّهُمْ ضَلاَلاً بَعِيدًا﴾

Sənə və səndən qabaq nazil olana iman gətirdiyini güman edənlərin hakimliyi (tağuta, zalım hakimlərə) vermək istədiklərini görmürsənmi?! Halbuki, onlara tağutu inkar etmək əmr olunub. Şeytan onları uzun-uzadı bir azğınlıqla yoldan çıxarmaq istəyir!”



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   494




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin