Bildirişlər
1. Peyğəmbərlər və şəhidlərin yolu, yaxşı insanlarla yoldaşlıq yalnız Allah və Onun rəsulunun göstərişlərinə itaət sayəsində əldə olunur.
2. Yaxşı yoldaş peyğəmbərlər, şəhidlər, siddiqlər və salehlərdir. Dünya dostlarını da bu meyarlarla seçmək lazımdır.
3. Peyğəmbərə itaət Allaha itaətdir. Demək, peyğəmbərə itaətin tövhid əqidəsi ilə ziddiyyəti yoxdur.
4. Peyğəmbərə itaətin mükafatı bütün peyğəmbərlərlə yoldaşlıqdır. Çünki bütün peyğəmbərlər eyni bir nurdurlar və bir hədəfə malikdirlər. Bir peyğəmbərə itaət bütün peyğəmbərlərin yolunu getməkdir.
5. Allahın hər şeydən xəbərdar olması vəzifənin yerinə yetirilməsində ən təsirli təşviqdir.
6. Peyğəmbərlik məqamı siddiqlərin, şəhidlərin və salehlərin məqamından ucadır. (Çünki peyğəmbərlər o biri zümrələrdən öndə zikr olunmuşlar.)
71. ﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ خُذُواْ حِذْرَكُمْ فَانفِرُواْ ثُبَاتٍ أَوِ انفِرُواْ جَمِيعًا ﴾
“Ey iman gətirənlər! (Düşmən qarşısında ayıq olun və hazırlıq əlaməti olaraq) silahınızı götürün. Ayrı-ayrı, nizamsız dəstələr şəklində və ya birlikdə düşmənə doğru hərəkət edin.”
Dostları ilə paylaş: |