Bildirişlər
1. Peyğəmbərin danışığı və rəftarı eynən Quran kimi höccətdir və onların icrası lazımdır.
2. Peyğəmbər hökumətinin fərmanlarına itaət vacibdir. (Peyğəmbərə itaət dedikdə onun hökumətinin fərmanlarına itaət nəzərdə tutulur. Peyğəmbərin bəyan etdiyi ilahi göstərişlərə itaət isə peyğəmbərə yox, Allaha itaətdir.)
3. Peyğəmbərlər məsumdurlar.
4. Peyğəmbərin əmrləri ilahi əmrlərdən doğmuşdur.
5. İnsan məcbur yox, azaddır.
6. Peyğəmbərlərin vəzifəsi zor yox, təbliğdir.
81. ﴿وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُواْ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌ مِّنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللّهِ وَكَفَى بِاللّهِ وَكِيلاً﴾
“(Münafiqlər gündüz, sənin hüzurunda) deyirlər: “Mütiyik!” Elə ki, sənin yanından çıxırlar, onlardan bir dəstəsi gecə yığıncaqlarında sənin dediklərinin ziddinə iş görürlər. Amma Allah bu yığıncaqlarda baş verənləri yazır. Onlardan üz döndər və Allaha təvəkkül et. Allahın arxa durması kafidir.”
Dostları ilə paylaş: |