Bildirişlər
1. Fərdiyyətçilik və guşənişinlik İslamda qadağandır.
2. Yaxşı və pisə dəvət mükafat və cəzaya şərik olmaqdır.
3. Məhdudiyyətlər səbəbindən hər işə birbaşa müdaxilə etmək olmur. Amma xeyir havadarlıqla ondan bəhrələnmək olar.
4. Dəllala haqq ödənməlidir. Xeyriyyə və ya ticarət işlərində vasitəçilik edənlərin haqqı var.
5. Havadarlıqda Allahı nəzərdən qaçırmaq olmaz.
86. ﴿ وَإِذَا حُيِّيْتُم بِتَحِيَّةٍ فَحَيُّواْ بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا ﴾
“Əgər sizə salam versələr, onu verildiyindən də yaxşı şəkildə cavablandırın. Ya da (heç olmasa) olduğu kimi cavab verin. Allah daim hər şeyi hesaba alır.”
Dostları ilə paylaş: |