Bildirişlər
1. Hətta kafirlərlə hərbi müqavilələrə ehtiram göstərmək lazımdır.
2. Döyüşlərdə bitərəflik göstərənlərə hücum etməyin.
3. Müsəlmanlar elə qüdrətli olmalıdırlar ki, müxaliflər hücum fikrinə düşməsinlər.
4. Allahın qüdrətinə diqqətli olun ki, qürrələnməyəsiniz.
5. Allahın istək və iradəsi ilə münafiqlər və kafirlər sizinlə döyüşdən çəkindilər.
6. İslamın cihadı hakimlik və əqidənin zorla qəbul etdirilməsi üçün deyil. İslam şər və maneələri aradan götürmək istəyir. Əgər düşmən sizdən əl götürdüsə, siz ona hücum etməyin. Əgər hücum etsəniz, mümkündür ki, onlar Allahın verdiyi qüvvə ilə sizi məğlub edələr.
7. Qarşı tərəfin sülh istəklərinə və atəşkəs təklifinə ehtiramla yanaşın. Çünki İslamda döyüş yox, sülh əsas məqsəddir. Döyüş yalnız zəruri hallarda caiz sayılır.
8. Düşmənin sülh təklif etməsi kifayət deyil. Əminlik üçün düşmən döyüşü tərk etməli, sülh mövqeyi tutmalıdır.
9. Döyüş və sülh meyarları Allah tərəfindən təyin olunmalıdır.
91. ﴿سَتَجِدُونَ آخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُواْ قَوْمَهُمْ كُلَّ مَا رُدُّواْ إِلَى الْفِتْنَةِ أُرْكِسُواْ فِيِهَا فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُواْ إِلَيْكُمُ السَّلَمَ وَيَكُفُّواْ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ ثِقِفْتُمُوهُمْ وَأُوْلَـئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَانًا مُّبِينًا﴾
“Tezliklə başqa bir dəstə ilə rastlaşacaqsınız ki, sizdən (müsəlmanlıqlarını bildirməklə) və öz qövmlərindən (küfr etməklə) amanda qalmaq istəyərlər. Onlar hər dəfə fitnəyə (bütpərəstliyə) tərəf qayıdar, ona qərq olarlar. Əgər sizinlə döyüşdən çəkinməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr onları harada görsəniz tutun və öldürün. Onlar o kəslərdir ki, Biz onların üzərində sizə qüdrət və aşkar qabiliyyət müəyyənləşdirmişik.”
Dostları ilə paylaş: |